Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Neftin qiyməti dəyişdikcə, inflyasiya da artacaq...?

14.05.10 - 18:05385 baxılıb

"Büdcədəki profsitin sosial problemlərin həllinə yönəldilməsi daha məqsədəuyğundur". Bunu Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Əli Məsimli deyib. Bu barədə daha ətraflı məlumat almaq məqsədi ilə suallarımızı Ə.Məsimliyə ünvanladıq.

- Sizcə, indiki şəraitdə 2010-cu ilin büdcəsinə yenidən baxılmalıdırmı?
- Neftin qiyməti büdcədə nəzərdə tutulandan təxminən 2 dəfə bahadır. Hesablamalara görə, il ərzində neftin orta qiyməti 78-80 dollar arasında olacaq. Ortalama qiymətin bundan daha yüksək olması da mümkündür. 2011-ci ildə isə qiymətlər indikindən də baha olacaq. Neftin qiymətinin artması büdcədə əlavə vəsaitin toplanmasına kömək edir. Hesablamalara görə, dünya bazarında neftin qiymətinin 1 dollar artması Azərbaycanın büdcəsinə illik təxminən 30-40 milyon dollar əlavə vəsaitin daxil olmasına gətirib çıxarır. İndiki şəraitdə neftin qiymətinin büdcədə nəzərdə tutulandan təxminən 2 dəfə çox olması büdcədə 1 milyard manatdan çox profsitin toplanmasına səbəb olacaq. Belə bir şəraitdə təbii ki, büdcəyə yenidən baxmaq zərurəti yaranır. Amma bizdə büdcəyə yenidən baxılmanın öz prosedurası var. Qanunvericiliyə görə, büdcəyə yenidən baxılmasına Maliyyə Nazirliyi təşəbbüs göstərməlidir. Sonra Maliyyə Nazirliyi Nazirlər Kabinetinə müraciət etməlidir. Təkliflər Prezident Administrasiyasında baxıldıqdan sonra Milli Məclisə göndərilməlidir. Yəni bu, uzun proseduradır. Amma neftin qiymətinin mövcud qiymətləri büdcəyə yenidən baxılmasını zəruri edir.
- Büdcədə yaranmış profsit hansı istiqamətlərə yönəlməlidir?
- Bilirsiniz ki, 2010-cu ilin büdcəsi təsdiqlənərkən ötən illərdə görünməyən həddə böyük miqdarda kəsir nəzərdə tutulub. Ola bilsin ki, büdcədə yaranmış profsit bu kəsirin azaldılmasına yönəldilsin. O da istisna deyil ki, hökumət buna getməsin. Dövlət büdcəsinin kəsiri əvvəlki kimi saxlanılsın, yaranmış profsit sosial məqsədlərə yönəldilsin. Təbii ki, bununla bağlı müzakirələrin aparılmasına ehtiyac var. Məlumdur ki, həm 2008-ci ilin, həm də 2009-cu ilin dövlət büdcəsində büdcə təşkilatlarında çalışanların, yəni müəllimlərin, həkimlərin, elm, mədəniyyət, incəsənət işçilərinin maaşlarının artırılması nəzərdə tutulurdu. Amma dünyada qlobal böhran başlanandan Azərbaycanın gəlirləri azaldı. Nəticədə hökumət bu planını reallaşdıra bilmədi. 2010-cu ilin dövlət büdcəsində də büdcə təşkilatlarında çalışanların maaşlarının artırılması nəzərdə tutulmur. Təbii ki, büdcədən maliyyələşən təşkilatlarda 3 il dalbadal maaşların artırılmaması yaxşı hal deyil. Nəzərə alsaq ki, bu təşkilatlarda çalışanların böyük bir hissəsinin maaşları təxminən 200 manatdır, onda vəziyyətin ağırlığı daha da aydınlaşar. Hökumət həmin şəxslərin həyat şəraitinin yaxşılaşdırılması üçün büdcədə yaranmış profsiti sosial məqsədlərə yönəltməlidir. Yəni büdcədəki əlavə vəsait hesabına müəllimlərin, həkimlərin, elm, mədəniyyət, incəsənət sahəsində çalışanların əməkhaqları artmalıdır. Digər tərəfdən, artıq neçə ildir pensiyalarda da artım qeydə alınmır. Bunu nəzərə alaraq büdcədəki profsitdən bu məqsədlə də istifadə oluna bilər. Məncə, bu istiqamətdə addımların atılması vacibdir. Mənbə var və bundan istifadə olunmalıdır.
- Amma razılaşın ki, dünya bazarında neftin qiymətinin qalxması Azərbaycanın gəlirlərinin artması ilə yanaşı, mənfi tendensiyalar da gətirir...
- Bəli, əslində neftin qiymətinin müəyyən həddə qədər qalxması Azərbaycan üçün müsbət amildir. Qiymətlərin müəyyən həddən yuxarı qalxması isə mənfi fəsadlar doğurur. Hesablamalara görə, iqtisadiyyatın indiki dövründə Azərbaycan üçün neftin ədalətli qiyməti 70-80 dollardır. Neftin bir barelinin qiymətinin 80 dollardan bir qədər yuxarı olması da ciddi fəsadlar doğurmaz. Hazırda dünyada ayrı-ayrı ölkələrin iqtisadiyyatının neftin qiymətinə reaksiyası ilə bağlı təhlillər hazırlanır. Həmin təhlillərə əsasən, neftin bir barelinin qiyməti 200 dollara da qalxsa, Çin iqtisadiyyatı buna tab gətirəcək. Amma digər ölkələrin iqtisadiyyatı buna tab gətirmək iqtidarında deyil. Təsəvvür edin ki, 2008-ci ilin yayında neftin bir barelinin qiyməti 147 dollara çatdı, dünya iqtisadiyyatında ciddi katakalizmlər müşahidə olundu. Qlobal iqtisadi böhran başladı. Neftin qiymətinin 90 dollardan yuxarı qalxması dünyanın əksər ölkələrinin, o cümlədən Azərbaycanın iqtisadiyyatına mənfi təsir göstərə bilər. Bunun səbəbi çox sadədir. Sirr deyil ki, Azərbaycanın əsas ixrac etdiyi məhsul neftdir. Son hesablamalara görə, Azərbaycanın xaricə çıxardığı məhsulların 92 faizi neft və neft məhsullarıdır. Biz nefti satıb onun puluna ölkəyə texnologiyalar gətiririk. Neftin qiyməti baha olanda xaricdən aldığımız texnologiyaların da qiyməti bahalaşır. Çünki neftin qiymətinin baha olması xarici ölkələrdə hazır məhsulların bahalaşmasına gətirib çıxarır.
- Ən əsas problem odur ki, neftin qiyməti qalxdıqca, inflyasiya da artır.Sizcə, bu il Azərbaycanda inflyasiya neçə faiz olacaq?
- İnflyasiya bazardakı proseslərdən asılıdır. 2008-ci ildə bizdə inflyasiya səviyyəsi 21 faizə çatmışdı. 2009-cu ildə bu göstərici cəmi 1,5 faiz oldu. Amma bu il üçün inflyasiya bir az artacaq. Amma yenə də ikirəqəmli olmayacaq. Fikrimcə, Azərbaycanda illik inflyasiya 5-6 faiz ətrafında dəyişəcək.

Gülər Kərimli.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.