Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Küçə ticarətinin qarşısını almaq mümkün olmur

29.06.10 - 10:30250 baxılıb

İmran Abdullayev: "Əksər kvas satışı yerlərində heç bir sanitariya qaydalarına riayət edilmirdi"

Əliabbas Bağırov: "Paytaxt küçələrində ticarətlə məşğul olan əcnəbilərə qarşı qanunun qüvvəsindən tam istifadə edə bilmirik"

Yay mövsümü ilə əlaqədar havaların istiləşməsi küçələrdə satılan bir çox məhsulların tez xarab olmasına səbəb olur. Günün altında günlərlə saxlanılan məhsulların satılması isə ondan istifadə edənlərin orqanizmi üçün real təhlükə yaradır. Bütun bunlar küçə ticarətinin qarşısının alınması üçün tədbirlərin gücləndirilməsini zəruri edir.

Məsələyə münasibət bildirən Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bununla bağlı tədbirləri gücləndirdiklərini vurğuladı: "Küçə ticarətinin qarşısının alınması üçün təkcə Gigiyena və Epidemiologiya Mərkəzinin gördüyü tədbirlər kifayət etmir. Yerli icra hakimiyyətləri, polis orqanları da bu istiqamətdə işlərini gücləndirməlidir. Həmçinin İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti də bununla bağlı tədbirlər görür. Bizim mərkəz də müəyyən edilməmiş yerlərdə ticarət aparan şəxsləri aşkar edərək müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti orqanlara müraciətlər edib. Küçə ticarətinin qarşısının alınması üçün dövlət sanitar nəzarəti orqanları tərəfindən qərarlar qəbul edilib. Bu qərarların icrası isə bütün təşkilatlar tərəfindən məcburi yerinə yetirilməlidir".
İ.Abdullayev daha sonra qeyd etdi ki, son vaxtlar ən çox su, perajki, qutab kimi məhsulların, bəzi yerlərdə dönər, kvas satışının qarşısının alınması üçun tədbirlərimiz davam etdirilir. Bununla bağlı artıq qərar qəbul edilib. Çünki bu məhsullar satılan əksər yerlərdə heç bir sanitariya qaydalarına riayət edilmir. Satıcılar komissiyadan keçmir və həmin ərazilərdə antisanitariya şəraiti hökm sürür. Bir müddət sonra paytaxt küçələrində meyvə-tərəvəz və bostan məhsullarının satışının da çoxalacağı gözlənilir. Bu kimi halların qarşısının alınması üçün tədbirlərimizi davam etdirəcəyik.
Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin rəhbəri Əliabbas Bağırov bu aylarda xüsusən kənd təsərrüfatı məhsulları və suların, dondurmaların küçələrdə qanunsuz ticarət ilə məşğul olanların mövcudluğunu təsdiqlədi. Həmin hallara daha çox əldə müəyyən satış aparan şəxsləri aid etmək olar: "Onların da əksəriyyəti daha çox Çin, Pakistan vətəndaşlarıdır. Çünki bir neçə il əvvəl bununla bağlı ciddi mübarizə apardığımız vaxt yuxarı orqanlardan göstərişlər gəldi ki, həmin vətəndaşları çox sıxmaq olmaz. Hətta bu işə Çin səfirliyi də qarışmışdı. Buna görə də dövlətlər arasındakı münasibətləri pozmamaq üçün qanunun bütün qüvvəsindən istifadə edə bilmirik".
Qeyd edək ki, artıq Bakı Şəhər Baş Polis İdarəsində paytaxtın görkəminə xələl gətirən, yol hərəkətinin iştirakçılarına maneçilik törədən, antisanitariyaya səbəb olan, ümumiyyətlə, şəhər əhalisinə əlavə problemlər yaradan qanunsuz küçə ticarətinə qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə xüsusi tədbirlər planı hazırlanıb.
Xalid AZƏR.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.