Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Azərbaycan Cənubi Qafqazın ən iri enerji nəqletmə kompleksinə sahib ola bilər

06.08.10 - 13:49214 baxılıb

ARDNŞ Rusiyadan Ermənistana mavi yanacaq nəql edən "Şimal-Cənub" magistral qaz kəmərinin Gürcüstan hissəsini almağa hazırlaşır

Respublikamız regionun əsas kommunikasiya dəhlizinə sahib olmaqla Ermənistana qarşı mühüm iqtisadi rıçaq əldə etmək şansı qazanmış olacaq

Regionda strateji enerji-nəqliyyat marşrutları şəbəkəsinin mərkəzinə çevrilən Azərbaycan mühüm tranzit infrastrukturlarının və yanacaq komplekslərinin səhmdarı kimi mövqeyini gücləndirməkdədir. Respublikamızın ən iri enerji şirkəti olan Dövlət Neft Şirkəti (ARDNŞ) bölgədə bir çox dövlətlərin yanacaq-enerji komplekslərinə və nəql marşrutlarına böyük həcmdə investisiya yatıraraq potensial səhmdar kimi özünü təsdiq edib. Bu istiqamətdə sərmayə planlarını davam etdirən ARDNŞ Cənubi Qafqazda daha bir böyük enerji nəqletmə kompleksinə sahib olmağa iddialıdır. Söhbət Rusiyadan Ermənistana mavi yanacaq nəql edən "Şimal-Cənub" magistral qaz kəmərinin Gürcüstandan keçən hissəsindən gedir. Məlumat üçün qeyd edək ki, artıq həmin kəmərin Gürcüstana aid hissəsinin satışa çıxarılması ilə bağlı müvafiq tədbirlərə start verilməsinə hazırlıq görülür. Gürcüstanın baş naziri Nikoloz Qiluari bildirib ki, bu prosesə yaxın müddətdə başlanılacaq.
Mövcud tendensiya isə işğalçı qonşumuz Ermənistanda böyük təşvişə səbəb olub. Ermənistan hakimiyyəti ARDNŞ-in bu enerji infrastrukturunu ələ keçirəcəyindən narahatdır. Xatırladaq ki, Ermənistanın qazla təminatının böyük bir hissəsi məhz "Şimal-Cənub" magistral qaz kəməri vasitəsilə həyata keçirilir. Bədnam qonşumuz həmin kommunikasiya infrastrukturuna digər dövlətlərin sahib olmasını istəyir və Azərbaycanın qələbəsini özü üçün arzuolunmaz sayır. Qeyd edək ki, "Şimal-Cənub" magistral qaz kəmərinin özəlləşdirilməsində Dövlət Neft Şirkəti ilə yanaşı, Rusiyanın "Qazprom" və Qazaxıstanın "Qazmunayqaz" şirkətləri də iddialı tərəf kimi çıxış edir. Həmin şirkətlərin hərracda DNŞ ilə nisbətdə imkanlarının aşağı olması güman edilir. Məlumdur ki, Rusiyanın "Qazprom" şirkəti böyük maliyyə aktivlərinə malik olsa da, onun inhisarçı imici və bölgədə daimi olaraq enerji ehtiyatlarının nəqlində tərəfdaşlarına problemlər yaratması ( Ukrayna, Belarus, Şərqi Avropa ölkələrinin timsalında bu dəfələrlə özünü göstərib) kommunikasiya şəbəkəsini ələ keçirməsinə maneə yaradır. Bundan başqa, "Qazprom"un səhmləri Rusiyanın indiki hakimiyyətinə məxsusdur və mövcud iqtidarla Gürcüstan hakimiyyəti arasında münasibətlər çox pis vəziyyətdədir. Bölgədəki geosiyasi-hərbi gərginlikdə Rusiyanın yaratdığı vəziyyəti yaddan çıxarmayan Gürcüstan özünün böyük bir enerji sistemini həmin ölkənin ələ keçirməsini çox güman ki, istəməz. Gürcüstan hökuməti enerji sisteminin satılmasına həm də milli təhlükəsizlik nöqteyi- nəzərindən yanaşır və buna görə də, rusların kəmərin alınmasında şansı azalmış olur.
Qazaxıstana gəlincə, bu ölkənin Gürcüstanla heç bir problemi yoxdur. Hər iki ölkə arasında səmimi münasibətlər və iqtisadi-siyasi əlaqələr mövcuddur. Son illərdə dövlətlər arasında iqtisadi və enerji sahəsində yaxşı əməkdaşlıq münasibətələri qurulub. Buna görə də, "Qazmunayqaz" şirkətinə qarşı bu ölkədə hansısa qısqanclıq doğurası bir səbəb yoxdur. Yəni, qazax şirkətinin də "Şimal-Cənub" magistral kəmərinin özəlləşdirilməsində üstünlüyü az ola bilməz. Amma Azərbaycanın Dövlət Neft Şirkətinin "Qazmunayqaz"la müqayisədə Gürcüstanın yanacaq bazarında aktiv iştirakı və böyük neft-qaz emalı kompleksinə malik olması nisbətlər balansında qazax şirkətinin geri qalmasını şərtləndirmiş olur. Digər tərəfdən, son illərdə ARDNŞ bölgə ölkələrində həddindən artıq geniş kommunikasiya infrastrukturlarına sahib olub, özünü dünya miqyaslı enerji şirkəti kimi təsdiq edib. Neft Şirkətinin magistral qaz kəmərlərinin istismarında böyük təcrübəsi var. ARDNŞ bu gün qonşu ölkənin qazla təmin olunmasında xüsusi paya malikdir. Gürcüstan hökuməti də ölkənin etibarlı və davamlı yanacaqla təchizatında ARDNŞ-dən başqa partnyor tapa bilməyəcəyini yaxşı anlayır.
Türkiyə, Gürcüstan və Rumıniyada nümayəndəliklərə malik olan ARDNŞ artıq Londonda birbaşa satışlar üzrə nümayəndəliyini açmağa hazırlaşır. Eyni zamanda, şirkətin Yunanıstanda nümayəndəliyinin açılması üzrə iş aparılır. Bütün bu amillər Azərbaycanın nüfuzlu enerji şirkətinin beynəxalq bazarlarda səhmdar kimi mövqeyini artırır. Bir neçə ildir ki, Neft Şirkəti Türkiyə, Gürcüstan, Moldova və Rumıniyada neft emalı müəssisələrinə böyük həcmdə sərmayə qoyaraq bu dövlətlərin enerji-kommunikasiya sistemlərinə nəzarət etmək səlahiyyətləri əldə edib. Qonşu Gürcüstanın kommunikasiya sistemləri və enerji bazarının böyük bir hissəsinə də məhz ARDNŞ nəzarət edir. Göründüyü kimi, Neft Şirkətinin qonşu ölkənin bir çox müəssisələrinə sahib olmasında heç bir problem olmayıb və bu tendensiya "Şimal-Cənub" magistral qaz kəmərinin özəlləşdirilməsində ARDNŞ-in qələbəsini şərtləndirən əsas faktorlardan biridir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars-Axalkalaki layihələri isə ölkələr arasında təmaslara əsaslı zəmin yaradır. Bundan başqa, Gürcüstanın iqtisadiyyatında Azərbaycan investisiyaları əhəmiyyətli rol oynayır. Bir sözlə, Azərbaycanın Gürcüstandakı dəmir yolu, boru nəqliyyatı sistemlərinə nəzarət etməsi strateji tərəfdaşlığın mühüm komponentinə çevrilib.
Bütün bu amillər ARDNŞ-in “Şimal-Cənub” magistral qaz kəmərinin Gürcüstan hissəsinə sahib ola biləcəyinə inamı möhkəmləndirir və Ermənistanın da narahatçılığı bununla bağlıdır. Ermənistanın təşvişini artıran başlıca arqument Gürcüstanla Azərbaycanın strateji tərəfdaşlığa malik olması və iki ölkə arasında sıx münasibətlərin, dostluğun möhkəmlənməsidir. Yeri gəlmişkən, artıq bəzi Gürcüstan mənbələri xəbər yayıblar ki, ARDNŞ kəmərin alınmasına dair Gürcüstan hökuməti ilə danışıqlar aparır və ilkin razılaşma əldə olunub.

ELBRUS CƏFƏRLİ.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.