Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Rəsmilər qadağanın ölkə daxilində taxıl qıtlığı ilə bağlı olduğunu deyirlər. Digər tərəfdən uzunmüddətli isti hava şəraiti və davamlı quraqlıq da Rusiyanın builki məhsul perspektivlərini xeyli azaldıb. 2008-ci ildə ölkənin taxıl məhsulu rekord həddə yüksələrək 108 milyon ton olubsa, ötən il təxminən 100 milyon ton təşkil edib. Cari ildə isə ən yaxşı halda 70-75 milyon ton olacağı proqnozlaşdırılır. Onun əsas müştəriləri Aralıq dənizi hövzəsi, Yaxın Şərq ölkələri, habelə, MDB dövlətləridir. İTAR-TASS agentliyinin yaydığı xəbərə görə, Rusiya Türkiyənin əsas xarici taxıl təchizatçısıdır. İldə bu ölkəyə Rusiyadan 2,4 milyon ton taxıl gəlir. Azərbaycan da Rusiyanın aparıcı müştərilərindəndir. Ötən il respublikamıza 1,3 milyon ton rus taxılı göndərilmişdi. Diqqəti çəkən isə rəsmi Moskvanın Gömrük Birliyinə üzv olan Qazaxıstan və Belarusa da bənzər addım atmaq təklifini nəzərdən keçirməsidir. Artıq məsələ ilə bağlı Rusiya İqtisadi İnkişaf Nazirliyinə tapşırıqlar verib. Xatırladaq ki, hər iki ölkə - yəni Belarus və Qazaxıstan da Azərbaycanın taxıl idxalında mühüm paya malikdir. Beynəlxalq iqtisadçıların fikrincə, taxıl istehsalçıları və ixracatçıları imic itkisi ilə üzləşsə də, müəyyən uğur əldə edəcəkləri istisna deyil. Dünya bazarında qiymət artımı istehsalçıların faydasına olacaq. Ekspertlər isə qiymət artımının daxili bazarda da yaşanacağını proqnozlaşdırırlar. Artıq bəzi istehsalçılar taxıl satışını dayandırıb, qiymət artımını gözləyirlər. Yaşananlar əhali arasında da təşvişə səbəb olub. Arayış üçün: Azərbaycanın ərzaq buğdasına illik tələbatı 3 milyon tondur. Ötən il ölkədə 2 milyon 960 min tondan çox buğda istehsal olunub. Daxili istehsalla yanaşı, ölkəyə xaricdən gətirilən taxılın da həcmi artırılıb. Qeyd edək ki, Azərbaycana taxıl əsasən Qazaxıstandan idxal olunur. Bu ilin 5 ayı ərzində idxal olunan taxılın cəmi 15 faizi Rusiyadan gəlib. Taxıl idxalının və istehsalının azalmasının çörəkbişirmə sənayesinə təsirlərindən danışan iqtisadçı Vüqar Bayramov bildirir ki, 2010-cu ildə buğda istehsalının 15 faiz azalacağı gözlənilir. Cari ildə Azərbaycanda təxminən 2 milyon 300 min ton buğda tədarük ediləcək. İstehsal olunan taxılın heç də hamısı Taxıl Fondu tərəfindən qəbul edilməyə bilər. Çünki Fondun keyfiyyət standartları var. İqtisadçı bütün bunları nəzərə alaraq qeyd edir ki, xaricdən 1 milyon tona yaxın buğda idxalı gözlənilir. Maraqlıdır, Rusiyanın ixrac qadağası Azərbaycanın ərzaq təhlükəsizliyi və strateji məhsul olan buğda ilə təminatında problemlər yaradacaqmı? İqtisadçı yaxın aylarda buğda ilə təminatda problemlərin gözlənmədiyi fikrindədir: "Ötənilki istehsalın, eləcə də idxal olunmuş taxılın bir hissəsi ehtiyat şəklində Taxıl Fondunda saxlanılır. Başqa tərəfdən, Rusiyanın tətbiq etdiyi qərarın 2010-cu ilin sonuna qədər qüvvədə olması nəzərdə tutulub. Növbəti aylarda Azərbaycanda taxıla olan tələbat 1 milyon 500 min ton olacaq. Yerli istehsal ilin sonunadək buğdaya olan tələbatı ödəməyə imkan verir". V.Bayramov iki problemi istisna etmir: "Güman olunur ki, 2010-cu ildə buğda istehsalının azalması buğdanın, çörəyin qiyməti üçün müəyyən baza yaradacaq. Xüsusilə noyabr ayından əksər ölkələrdə taxılın qiymətində artımların olacağı qaçılmazdır. Bu halda, taxılın qiymət artımı çörəyin qiymətinə də təsir edəcək. Əgər Rusiya ixracla bağlı qərarının vaxtını uzadarsa və Rusiyadan taxıl ixracına qadağa 2011-ci ilin əvvəllərində də qüvvədə qalarsa, o cümlədən Qazaxıstan da bu qadağaya qoşularsa, problem gələn ilin əvvəllərində daha da dərinləşə bilər". Azərbaycanda baş verən sel və daşqınlarla əlaqədar olaraq məhsul qıtlığının olacağı bildirilsə də, iqtisadçı bununla razılaşmadığını dedi: "Kənd Təsərrüfatı Nazirliyi sel və daşqınlarla əlaqələndirsə də, daşqınlar taxıl istehsalına ciddi təsir göstərməyib. Hətta daşqınlardan əvvəl 2010-cu ildə taxıl istehsalının ötən illərlə müqayisədə nisbətən azalacağı deyilmişdi. Bu da onunla bağlı idi ki, 2009-cu ildə istehsal olunan taxılın bir qismi fond tərəfindən alınmamışdı. O cümlədən keyfiyyət standartlarının müəyyənləşdirilməsi istiqamətində aparılan müzakirələr uzandı, bəzi fermer təsərrüfatları taxıl yığımını həyata keçirmədi. Nəticədə sahələr məhv oldu, yığılan taxıl sahələrdə qaldı. Bütün bunların nəticəsində fermerlərin taxıl istehsalına maraqları azaldı. Eyni zamanda Maliyyə Nazirliyinin subsidiyalarla bağlı yoxlamaları da 2010-cu il üçün subsidiyaların vaxtında alınmasına imkan vermədi. Fermerlər taxıl istehsalı ilə bağlı xərclərini qarşılaya bilmədilər". Rusiyanın ixrac yasağının daxili bazara psixoloji təsirlərinə gəlincə, V.Bayramov bildirir ki, bunun müddəti uzadılarsa, psixoloji gərginlik istisna deyil. İş adamları alternativ mənbələr axtararaq idxal həyata keçirməyə başlayacaqlar ki, bu da qiymətə təsir edəcək. Beləliklə, Rusiyanın taxıl ixracına qoyduğu yasaq hələlik Azərbaycanın taxıl bazarına təsir göstərməyəcək. Çünki ölkədə hazırda istifadə olunan taxıl 2009-cu ilin taxılıdır. İlin sonunadək ehtiyat taxıl ölkə təlabatını ödəməyə imkan verəcək. Bu il isə keyfiyyət standartlarına uyğun olan 2 milyon tonluq istehsal gözlənilir ki, bu da Rusiyanın məlum qərarına baxmayaraq, taxıla olan tələbatın ödənilməsində problem yaratmayacaq. Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik Məhsullarının İstehsalı, Emalı və Ərzaq Ehtiyatlarının Dövlət Tənzimlənməsi Şöbəsinin müdiri Sabir Vəliyev cari ilin ötən 5 ayı ərzində Azərbaycana 520 min ton taxıl idxal olunduğunu dedi. Onun sözlərinə görə, ölkədə lazımi qədər taxıl ehtiyatı var. Hökumətə təklif edilib ki, xüsusilə buğda, buğda unu, heyvandarlıq üçün idxal olunan yemlərin müəyyən müddətdə ƏDV-dən azad edilməsi üçün xüsusi qərar qəbul olunsun. Bu il Azərbaycanda taxıl istehsalında 500 min ton və ya 15 faiz azalma gözlənilir. Ötən ilin payızında təxminən 148 min hektar az sahədə taxıl əkilib. Bundan başqa, hava şəraiti kənd təsərrüfatı üçün qeyri-sabit keçdi". S.Vəliyev deyir ki, ötən ilin payızında azalan əsasən buğda sahələri olub. Ona görə də buğda istehsalının az olacağı məlumdur. 2009-cu ildə Azərbaycanda, qarğıdalı da daxil olmaqla, 1125,4 min hektar sahədən, hər hektardan orta hesabla 26,6 sentner olmaqla, 3 milyon tona yaxın taxıl məhsulu toplanıb. Cari ilin birinci yarısında Azərbaycana 500 min tondan artıq ərzaq buğdası idxal olunub. 2008-ci ildə isə Azərbaycanda qarğıdalı da daxil olmaqla, 900 min hektar dənli və dənli-paxlalı bitkilərin sahəsi biçilib və 2,5 milyon ton taxıl yığılıb. 2007-ci ildə Azərbaycanda 652 min hektar sahədə taxıl əkilib və 1,7 milyon ton taxıl istehsal olunub. Əslində son bir ildə ölkədə taxılçılıq inkişaf etmək əvəzinə geriləyib. Bu il havaların əlverişsiz keç məsi, sel-su daşqınları, taxılın ucuz olması nəticəsində kəndlinin ona marağının azalması taxılçılığa mənfi təsir göstərib. Taxıla olan tələbat hələ də idxalın hesabına ödənilir, hər il ölkəyə orta hesabla 700-800 min ton buğda gətirilir: "Ötən il də yerli istehsal tələbatı ödəməyib. Doğrudur, əkin sahələri bir qədər artsa da, bu, əhəmiyyətli həcmdə deyil. Ölkənin tələbatı 3,5-4 milyon tondur. Əvvəlki illərdən fərqli olaraq bu mövsümdə buğdanın qiyməti artıb, 1 kq-ı 22-30 qəpikdir". Nazirlik sözçüsü regionlarda aparılan müşahidələrə istinadən deyir ki, həmin qiymət fermerlər üçün əlverişli deyil: "Kəndlilərin sözlərinə görə, hətta hökumətdən aldıqları hər hektara görə 40 manat kompensasiyaya baxmayaraq taxıl onlara baha başa gəlib. Bazardakı qiymət isə onlar üçün əlverişsizdir. Kəndliyə öz məhsulundan cüzi gəlir qalır ki, bu da taxılçılıqla məşğul olmağı faydasız edir. Fermerlər üçün taxılın 1 kq-nın qiymətinin 40 qəpik olması daha cəlbedicidir. Lakin keçən il dünya bazarında taxılın bol olması nəticəsində ölkəyə xeyli taxıl gətirilib. Bazarda bolluğun yaranması nəticəsində buğda fermer üçün əlverişsiz həddə qədər ucuzlaşıb. Bir sözlə, hökumət unun və çörəyin ucuzlaşması naminə daxili bazarda bolluq yaradıb. Bu il də taxıl idxalının ƏDV-dən azad olunması gözləniləndir". Təbii ki, bununla yanaşı, fermerin taxıl əkməsi üçün onun buna marağı qorunmalıdır. Daha doğrusu, qiymətlər elə olmalıdır ki, fermer gəlir əldə edə bilsin və taxıl əkməyə həvəslənsin. Ona görə də hökumət elə bir siyasət yürütməlidir ki, buğdanın qiyməti həm fermer üçün əlverişli olsun, həm də ölkədə un və çörək bahalaşmasın. S. Vəliyev iddia edir ki, bunun üçün hökumətin kifayət qədər imkanları var. Ötən dövrdə hökumətin yanacağı bahalaşdırması, bahalı kredit, gübrə və texnika təklif etməsi taxılçılığı səmərəsiz sahəyə çevirdi. Rayonlarda kombaynlar bir hektar sahəni 40 manata biçiblər ki, bu da kəndli üçün o qədər də əlverişli rəqəm deyil. Kəndlinin taxılçılığa maddi marağı artırılsa, ölkədə istehsalı ən azı 3-3,5 milyon tona çatdırmaq mümkündür. Bu həm də vacibdir. Çünki hazırda bütün dünyanı ərzaq təhlükəsizliyi problemi narahat edir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.