Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

fevralın 13-də

…Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

fevralın 14-də

…Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl-Nahyanı qəbul etmişdir.
…Belçika Krallığına işgüzar səfərə yola düşmüşdür.
…Brüsseldə Avropa Xalq Partiyasının (AXP) prezidenti Uilfrid Martens ilə görüşmüşdür.

fevralın 15-da

…NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşmüşdür.
…Belçika Krallığına işgüzar səfərdən qayıtmışdır.

fevralın 16-də

…Qusar rayonuna səfərə gəlmişdir.
…Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
…rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir.
…şahmat mərkəzinin açılışında iştirak etmişdir.
…Qubada Qırmızı qəsəbənin sakinləri ilə görüşmüşdür.
…Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.

fevralın 17-də

... Şahdağ qış-yay turizm kompleksinin tikintisinin gedişi ilə tanış olub.

Yerli otellərimiz reklam olunmur

28.10.11 - 17:14192 baxılıb

Qlobal Yayım Sistemləri (QYS) "Amadeus"da Azərbaycanın turizm şirkətləri, otellərinin çox cüzi qismi yayımlanır. Bu gün dünyada, tanınmış zəncir (şəbəkə) otellər istisna olmaqla, yerli otellərin tanıdılmasına böyük ehtiyac duyulur. Ölkəmizdə 478 otel var və bunların cəmi 44-ü "Amadeus"da yayımlanır. Bu rəqəmin də xeyli hissəsi dünyada tanınan zəncir otellərin payına düşür.

Bu gün yerli otellərimizin çoxu haqda internet yayım sistemlərində bilgi yoxdur. Bu halda isə satışın həcmi yüksək ola bilməz. QYS-in region üzrə meneceri Sevinc Əlinin qənaətincə, otellər ölkə daxilində reklam edilərsə, böyük gəlirə ümid etməyə dəyməz. Amma əfsuslar olsun ki, yerli otellərin bəzilərinin buna da büdcəsi çatmır. Otellərin "Amadeus" da yayımlanması isə dünya bazarına birbaşa çıxışdır.
S.Əli deyir ki, Azərbaycan "Eurovision" yarışmasında qalib gəldiyi dönəmdə bu məsələ özəlliklə aktuallaşıb. Yəqin ki, yarışma ərəfəsində Azərbaycana minlərlə əcnəbi gələcək. Otellər bundan çoxlu gəlir əldə edə bilər. Fəqət, məsələ ondadır ki, əksər otelləri yerli turist şirkətlərindən başqa tanıyan yoxdur.
"Amadeus" yerli otellərin bu sistemlərdə yayımlanmasını təmin etmək üçün qiymət məsələsində müəyyən güzəştlərə getməyi planlaşdırır. S.Əli bildirdi ki, Azərbaycan otellərinə xüsusi qiymət təyin etmək barədə danışıqlar gedir: "Ola bilsin ki, çox münasib qiymət və şərtlərlə yerli otellər "Amadeus"da yayımlansın".

Gülər Kərimli.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

Hansı hallarda hakim mülki işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər?

Ruslan HƏSƏNLİ,
Sumqayıt şəhəri.


- Mülki Prosessual Məcəllənin 19-cu maddəsinə əsasən, hakimin mülki işə baxılmasına aşağıdakı hallarda yol verilmir:
o O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə;
o O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə;
o O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apelyasiya və kasasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə.
Aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər:
o O, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə;
o O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin birbaşa qohumudursa və qohumu olmuşsa, ya da qohumluq əlaqəsindədirsə;
o O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa.
Bir-biri ilə qohumluq əlaqəsində olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.