Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

fevralın 13-də

…Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

fevralın 14-də

…Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl-Nahyanı qəbul etmişdir.
…Belçika Krallığına işgüzar səfərə yola düşmüşdür.
…Brüsseldə Avropa Xalq Partiyasının (AXP) prezidenti Uilfrid Martens ilə görüşmüşdür.

fevralın 15-da

…NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşmüşdür.
…Belçika Krallığına işgüzar səfərdən qayıtmışdır.

fevralın 16-də

…Qusar rayonuna səfərə gəlmişdir.
…Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
…rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir.
…şahmat mərkəzinin açılışında iştirak etmişdir.
…Qubada Qırmızı qəsəbənin sakinləri ilə görüşmüşdür.
…Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.

fevralın 17-də

... Şahdağ qış-yay turizm kompleksinin tikintisinin gedişi ilə tanış olub.

Azərbaycan xarici investorları yenidən tikintiyə cəlb etmək istəyir

09.12.11 - 17:38103 baxılıb

Azərbaycanda tikintiyə dair normativlər Avropa standartlarına uyğunlaşdırılır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu məqsədlə Avropa İttifaqının yardımı ilə yeni standartları öyrənməyə başlayıb. Hazırda qüvvədə olan tikinti normativ sənədlərin tələblərinin Avropa standartlarına uyğunlaşdırılması məqsədi ilə 17 tikinti normativ sənədi yenidən işlənib hazırlanacaq.
Komitənin iqtisadiyyat şöbəsinin rəisi Cahangir Qocayevin bildirdiyinə görə, əsas yeniliklər inzibati və məişət binaları, körpülər və borular, istilik şəbəkələri, zəhərli sənaye tullantılarının zərərsizləşdirilməsi və basdırılması üçün poliqonlar, seysmik rayonlarda tikinti və sair üzrə normativ sənədlərin tam müasir beynəlxaq tələblərə uyğunlaşdırılmasıdır.
C. Qocayev qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq qərarının icrasını təmin etmək məqsədi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma normalarının tamamilə beynəlxalq standatlara uyğunlaşdırılması planlaşdırılır. Burada məqsəd şəhərsalma sektoruna xarici investorların axınını sürətləndirməkdir. Komitə tikinti və şəhərsalma sahəsinə xarici investorları cəlb etmək üçün bir sıra layihələr hazırlayıb. Tikinti-inşaat sektorunda Avropa və İSO standartlarının tətbiqini sürətləndirmək məqsədi ilə Azərbaycanda fəaliyyət göstərən iri tikinti şirkətləri də bu proesə cəlb ediləcək. Bu layihələrin reallaşması üçün xarici dövlətlərin ən nüfuzlu tikinti və dizayn şirkətlərinin cəlb olunması nəzərdə tutulur. Komitə bu sahədə MDB ölkələri ilə də əməkdaşlıq fəaliyyətini davam etdirir. Komitə Belarus və Qazaxıstanın bu sahədəki təcrübəsini öyrənir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

Hansı hallarda hakim mülki işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər?

Ruslan HƏSƏNLİ,
Sumqayıt şəhəri.


- Mülki Prosessual Məcəllənin 19-cu maddəsinə əsasən, hakimin mülki işə baxılmasına aşağıdakı hallarda yol verilmir:
o O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə;
o O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə;
o O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apelyasiya və kasasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə.
Aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər:
o O, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə;
o O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin birbaşa qohumudursa və qohumu olmuşsa, ya da qohumluq əlaqəsindədirsə;
o O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa.
Bir-biri ilə qohumluq əlaqəsində olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.