Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
fevralın 13-də
…Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
fevralın 14-də
…Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl-Nahyanı qəbul etmişdir. …Belçika Krallığına işgüzar səfərə yola düşmüşdür. …Brüsseldə Avropa Xalq Partiyasının (AXP) prezidenti Uilfrid Martens ilə görüşmüşdür.
fevralın 15-da
…NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşmüşdür. …Belçika Krallığına işgüzar səfərdən qayıtmışdır.
fevralın 16-də
…Qusar rayonuna səfərə gəlmişdir. …Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. …rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir. …şahmat mərkəzinin açılışında iştirak etmişdir. …Qubada Qırmızı qəsəbənin sakinləri ilə görüşmüşdür. …Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.
fevralın 17-də
... Şahdağ qış-yay turizm kompleksinin tikintisinin gedişi ilə tanış olub.
"Dünya valyuta bazarında baş verən dəyişikliklər rezervlərin valyutada saxlanması riskini artırır"
Avrozonada baş verənlər Avropanın vahid valyutası üçün müsbət gələcək vəd etmir. Belə ki, son günlər avronun məzənnəsi digər valyutalara nisbətdə kəskin düşməkdədir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov jurnalistlərə təkcə son 6 ayda avronun dollara nisbətən məzənnəsinin 15 faiz zəiflədiyini xatırladır: "İyunda 1 avro 1 dollar 48 sent idisə, artıq 1 avro almaq üçün 1 dollar 27 sent ödəmək lazım gəlir. Avronun məzənnəsində bu gün son 1 ildə ən aşağı hədd qeydə alınıb. Azərbaycanın valyuta bazarında 1 avro 1 manat dəyərindədir. Avropadakı devalvasiya 1 avronun 1 manatdan aşağı düşəcəyini proqnozlaşdırmağa əsas verir. Yaxın günlərdə valyutadəyişmə məntəqələrindən avro almaq üçün manat deyil, sadəcə, qəpik ödəmək lazım gələcək". V.Bayramovun fikrincə, Yunanıstan və İspaniyada antiböhran tədbirlərinin səmərəli olmaması artıq avrozonanın gələcəyi ilə bağlı ciddi fikir ayrılığı yaradıb. Aydındır ki, avrozonada qalmaq sözügedən ölkələrdə, xüsusən də Yunanıstanda dövlət xərclərinin azalmasına imkan yaratmır: "Əksinə, dövlət xərclərinin artımı müşahidə edilir. O baxımdan avrozonada baş verən son proseslər avronun valyuta kimi dövriyyədən çıxarılma təhlükəsini gündəmə gətirir. Düzdür, Avropa Birliyi avronun vahid valyuta kimi istifadəsinin qorunub saxlanmasına çalışacaq. Bununla belə, AB bir sıra Avropa ölkələrində, xüsusən İtaliya və İspaniyada dövlət xərclərini azaltmaq üçün avronun devalvasiyasına gedəcək. Avronun məzənnəsini digər valyutalara nisbətdə aşağı salmaqla həm avrozonaya ixracı stimullaşdırmağa, həm də devalvasiya hesabına dövlət xərclərinin bir qismini örtməyə çalışacaq". İqtisadçı bildirib ki, yaxın zamanlarda avronun dollara nisbətən məzənnəsinin düşmə prosesi sürətlənəcək: "Bu, avronun manata nisbətən də məzənnəsinin azalması demək olacaq. Məlum olur ki, bir sıra ölkələr öz ehtiyatlarının bir qismini qızılda saxlamağa çalışır. Dünya valyuta bazarında baş verən dəyişikliklər rezervlərin valyutada saxlanması riskini artırır. Artıq Ukrayna hökuməti dövlət rezervlərinin əhəmiyyətli hissəsinin qızılda saxlanmasına dair qərar qəbul edib. Dövlət Neft Fondunun da yaxın zamanlarda avro ilə saxlanılan rezervlərin bir qisminin qızıla çevrilməsi yönündə addımlar atacağı gözləniləndir". Qeyd edək ki, avronun dəyəri son 11 il ərzində yapon ienasına və son 16 ay ərzində ABŞ dollarına qarşı ən aşağı səviyyəyə düşüb. Avropa valyutasının dəyərinin düşməsi investorların avrozona ölkələrinin iqtisadiyyatının durumuna inamının azalmasıdır. İnvestorlar üç məsələyə görə ehtiyat edirlər. Reytinq agentlikləri Fransanın kredit reytinqinin düşə biləcəyini bildirsələr də, bu ölkə büdcə kəsirini azaltmaq üçün 10 milyard dollarlıq istiqraz satıb. Özü də dekabrda analoji istiqraz satışından sonra 10 illik istiqrazların gəlirlilik dərəcəsi artıb. Macarıstanın da əsas birja indeksi düşməkdə davam edir, amma Macarıstan hakimiyyəti üçün də xarici borclanmanın qiyməti artıb. Bu ölkənin xarici borclanmalarının dərəcəsi illik 2 faizdən 10 faizə qədər qalxıb. Maliyyə bazarları Budapeştin Beynəlxalq Valyuta Fondu və Avropa Birliyi ilə kredit limitinin təqdimi ilə bağlı danışıqlarını narahatlıqla izləyirlər. İspaniyanın iqtisadiyyat naziri Luis de Qindos istisna etmir ki, İspaniya bankları əmlaka görə yaranmış 65 milyard dollarlıq qaytarıla bilməyən borcları silməsin.
Hansı hallarda hakim mülki işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər?
Ruslan HƏSƏNLİ, Sumqayıt şəhəri.
- Mülki Prosessual Məcəllənin 19-cu maddəsinə əsasən, hakimin mülki işə baxılmasına aşağıdakı hallarda yol verilmir: o O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; o O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; o O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apelyasiya və kasasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə. Aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər: o O, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; o O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin birbaşa qohumudursa və qohumu olmuşsa, ya da qohumluq əlaqəsindədirsə; o O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. Bir-biri ilə qohumluq əlaqəsində olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.