Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

fevralın 13-də

…Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

fevralın 14-də

…Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl-Nahyanı qəbul etmişdir.
…Belçika Krallığına işgüzar səfərə yola düşmüşdür.
…Brüsseldə Avropa Xalq Partiyasının (AXP) prezidenti Uilfrid Martens ilə görüşmüşdür.

fevralın 15-da

…NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşmüşdür.
…Belçika Krallığına işgüzar səfərdən qayıtmışdır.

fevralın 16-də

…Qusar rayonuna səfərə gəlmişdir.
…Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
…rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir.
…şahmat mərkəzinin açılışında iştirak etmişdir.
…Qubada Qırmızı qəsəbənin sakinləri ilə görüşmüşdür.
…Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.

fevralın 17-də

... Şahdağ qış-yay turizm kompleksinin tikintisinin gedişi ilə tanış olub.

Azərbaycan iqtisadiyyatına görə 65-ci yerdə olacaq

27.01.12 - 18:3141 baxılıb

HSBC bankının hesabatına Gürcüstan, Ermənistan, Moldova, Qırğızıstan və Tacikistan daxil edilməyib

Azərbaycan 2050-ci ildə iqtisadiyyatının həcminə görə dünyada 65-ci ölkə olacaq. Bu barədə Böyük Britaniyanın HSBC bankının "2050-ci ildə dünyanın ən böyük 100 iqtisadiyyatı" adlı proqnozunda bildirilir.
HSBC-nin proqnozuna əsasən, hesabatda 2010-2050-ci illərin göstəriciləri müqayisə edilir. Azərbaycanda Ümum Milli Məhsulun (ÜMM) həcmi 2010-cu ildəki 20 mlrd. dollardan 2050-ci ildə 168 mlrd. dollara, gəlirin adambaşına həcmi isə 2,3 min dollardan 14,5 min dollara çatacaq.
2050-ci ildə dünyanın ən böyük iqtisadiyyatları siyahısına indiki MDB-dən yalnız 7 ölkə düşə biləcək. Bu, Rusiya (15-ci yer), Ukrayna (40), Özbəkistan (50), Qazaxıstan (53), Azərbaycan (65), Belarus (75) və Türkmənistandır (86). Gürcüstan, Ermənistan, Moldova, Qırğızıstan və Tacikistan isə bu siyahıya düşməyib.
Proqnozlara görə, 2050-ci ildə regionun iqtisadi cəhətdən ən böyük dövləti Rusiyanı geridə qoyan Türkiyə olacaq. Türkiyədə ÜMM-in həcmi indiki 385 mlrd. dollardan 2,149 trln. dollara qalxacaq. Rusiyada isə bu göstəricilər 412 mlrd. dollar və 1,878 trln. dollar təşkil edəcək. Regionun digər ölkəsi İran isə bu siyahıda 27-ci yerdədir. Dünyanın ən böyük iqtisadiyyatına malik olan 100 ölkənin siyahısına 2050-ci ildə ABŞ-ı geridə qoyan Çin başçılıq edəcək. Bu müddət ərzində Çində ÜMM 7,2 dəfə artaraq 25,3 trln. dollara çatacaq. ABŞ-da isə 2 qat artımdan sonra 22,270 trln. dollarlıq göstərici əldə olunacaq.
Hindistan 8,2 trln. dollarla dünyanın 3-cüsü olacaq.
Hesabatın ən sürpriz ölkələrindən biri Filippindir. Hesablamalara görə, Filippin iqtisadiyyatı sürətli artım nəticəsində dünyanın 16-cısı olmaqla İndoneziyanı geridə qoyacaq.
Misir isə proqnozlara görə, 2050-ci ildə iqtisadiyyatın həcminə görə Səudiyyə Ərəbistanını qabaqlayacaq. Yaxın Şərqin ən böyük iqtisadiyyatına malik olan ölkəyə çevriləcək.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

Hansı hallarda hakim mülki işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər?

Ruslan HƏSƏNLİ,
Sumqayıt şəhəri.


- Mülki Prosessual Məcəllənin 19-cu maddəsinə əsasən, hakimin mülki işə baxılmasına aşağıdakı hallarda yol verilmir:
o O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə;
o O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə;
o O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apelyasiya və kasasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə.
Aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər:
o O, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə;
o O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin birbaşa qohumudursa və qohumu olmuşsa, ya da qohumluq əlaqəsindədirsə;
o O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa.
Bir-biri ilə qohumluq əlaqəsində olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.