Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
MİLLİ BANK MƏHSUL YIĞIMININ İNFLYASİYAYA TƏSİR ETDİYİNİ BİLDİRİR
Azərbaycan Milli Bankı antiinflyasiya siyasətinin prioritetlərini müəyyən etməyi planlaşdırır. Bunu Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, Azərbaycanda orta illik inflyasiya təxminən 16 faizdən bir qədər çoxdur. Ümumi götürdükdə isə istehlak qiymətlərinin artım indeksi yanvar-aprel aylarında 10 faiz təşkil edib. MB rəhbərinin sözlərinə görə, son vaxtlar inflyasiyanın bir qədər səngiməsi prosesi müşahidə olunur. MB rəsmisinin fikrincə, bu, təsadüfi deyil. Milli Bank rəhbəri bu qənaətdədir ki, hökumət bununla bağlı bir sıra radikal sabitləşdirici addımlar atıb. "Hazırda pul kütləsinin artımı 5 faizdən çoxdur. Görülən tədbirlər nəticəsində pul kütləsini əhəmiyyətli dərəcədə nəzarət altında saxlayırıq. Eyni zamanda manatın məzənnəsinə təzyiqi əhəmiyyətli dərəcədə azaltmağa çalışırıq". E.Rüstəmov qeyd edib ki, son üç ayda inflyasiya səngiməyə və nəzarət altına alınmağa başlayıb. Milli Bank səlahiyyətlisi yay aylarında inflyasiyanın yüksələcəyi məsələsinə münasibətini açıqlayıb. O bildirib ki, hökumət ənənəvi inflyasiyanı gözləyir. "Ötən il 4 aylıq deflyasiya 2,5 faiz olmuşdu. Biz bunu öz proqnozumuzda nəzərə alırıq. Amma bəzi faktorlar var ki, onları nəzərə almaq lazımdır. Kənd təsərrüfatı məhsulunun bolluğu, bu ilin məhsul baxımından necə olacağı ilə maraqlanırıq. Nəzərinizə çatdırım ki, Azərbaycandakı inflyasiyanın təxminən üçdə biri meyvə-tərəvəzin payına düşür. 50 faizə yaxını isə ərzaq məhsullarının payına düşür" - deyə E.Rüstəmov bildirib. İnflyasiyada monetar amillərin payının nə qədər olmasına gəldikdə isə E.Rüstəmov deyir ki, bu, çox cüzidir. Bu amillərin təsiri təxminən 10 faizdir: "90 faizə qədəri isə struktur inflyasiyasıdır. Ona görə də biz antiinflyasiya siyasətində prioritetləri müəyyənləşdirməliyik". Qeyd edək ki, bir sıra ekspertlər Azərbaycanda hazırda müşahidə edilən inflyasiyanın ən yüksək həddə çatmaq üzrə olduğu qənaətindədirlər. Milli Bank rəhbərliyi bu fikirlərlə razılaşmır: "Əslində biz inflyasiyanın bu səviyyəsini faciəvi hesab etmirik. Ölkədə həyata keçirilən iqtisadi layihələr inflyasiya təhlükəsinin qarşısını alır. Prezident makroiqtisadi sabitliyi əsas məqsəd kimi qarşıya qoyub və bunun əsasını aşağı səviyyəli inflyasiya təşkil edir". E.Rüstəmov büdcə dəyişikliyində xərclərin artırılmasının inflyasiyaya təsir edib-etməyəcəyinə də toxunaraq bildirib ki, bu proses inflyasiyaya əhəmiyyətli təsir etməyəcək. Çünki başlıca olaraq bu, gəlirlərin hansı istiqamətdə olmasından asılıdır. Gəlirlər iqtisadiyyatda mövcud olan ehtiyatların hesabına nəzərdə tutulub. Məlumata görə, bu, daxili imkanlar və neft pullarının hesabına yox, vergi, gömrük yığımları səmərəliliyinin artırılması hesabına planlaşdırılır. Xatırladaq ki, bu ay dövlət büdcəsinə əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.