Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
"Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydaları" ilə güzəştli kreditlərin verilməsi mexanizmi sadələşdirilib. Yeni qaydalara uyğun olaraq sahibkarlar birbaşa Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) iqtisadi rayonlar üzrə nümayəndələrinə müraciət edə bilərlər. Bundan başqa, qəbul edilən müraciətlər araşdırılmaq üçün fonda təqdim edilməlidir. İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, fondda sahibkarın güzəştli kreditə olan tələbatı və ondan səmərəli istifadə perspektivi öyrənilir. Fondun Müşahidə Şurasının müvəkkil kredit təşkilatlarına müraciət hüququnu təsdiqləyən sənədi əsasında sahibkarlar müvəkkil kredit təşkilatlarına müraciət edirlər. Yeni qaydalara görə, müvəkkil kredit təşkilatlarının layihə çərçivəsində cəlb etdikləri vəsaitlər onların məcmu kapitalının maksimum 150 faizini, böyük və irihəcmli layihələrin maliyyələşdirilməsi zamanı isə maksimum 200 faizini təşkil edə bilər. Bundan başqa, irihəcmli kreditlərin həddi 1 milyon manatdan 3 milyon manatadək artırılıb. Nazirlikdən bildiriblər ki, kiçikhəcmli kreditlər üçün müddət 2 ilədək, ortahəcmli kreditlər üçün 3 ilədək, böyükhəcmli kreditlər üçün 5 ilədək, irihəcmli kreditlər üçün 7 ilədək müəyyənləşdirilib. İstifadə istiqamətlərindən asılı olaraq fondun kreditlərinin müddəti Müşahidə Şurasının qərarı ilə artırıla bilər. Bu və fondun vəsaitlərindən istifadə qaydalarındakı digər yeniliklər sahibkarlığa maliyyə dəstəyinin daha da gücləndirilməsinə, sahibkarların güzəştli kreditlərdən çevik və səmərəli istifadəsinə imkan verəcəkdir. Məlumat üçün bildirək ki, 2007-ci ildə bu məqsədlə dövlət büdcəsindən 80 milyon manat həcmində vəsaitin ayrılması nəzərdə tutulub. Bu vəsaitin 74 milyon manatı SKMF vasitəsilə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşməsinə, 6 milyon manatı isə Naxçıvan MR-də sahibkarlığın inkişafına yönəldiləcək.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.