Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

ƏMƏK MÜFƏTTİŞLİYİ BAKI ŞƏHƏRİNDƏ REYDLƏR KEÇİRİR

26.05.07 - 9:01679 baxılıb

TİKİNTİ ŞİRKƏTLƏRİ İŞÇİLƏRİN FƏRDİ MÜHAFİZƏ VASİTƏSİLƏ TƏMİN EDİLMƏSİNƏ MALİYYƏ XƏRCLƏMƏK İSTƏMİR

Tikinti sektorunda əmək qanunvericiliyinin tələblərinə riayət edilməsinin vəziyyətini öyrənmək məqsədi ilə Dövlət Əmək Müfəttişliyi Bakı şəhərində reydləri davam etdirir. Müfəttişliyin rəisi Nəbi Şükürlü bildirib ki, mart ayında bütün tikinti şirkətlərinə mövcud qayda-qanunlara, təhlükəsizlik qaydalarına riayət etmək üçün tədbirlərin görülməsi barədə məktublar göndərilib.
Onun sözlərinə görə, bu tələblər bir növ məlumatlandırma xarakteri daşıyır. "Həmin tələblərdə işəgötürənlə işçi arasında əmək müqaviləsinin bağlanmasından başlayaraq normal iş şəraitinin yaradılması üçün tələb olunan əsas prinsip və meyarlar əksini tapıb. Bu o məqsədlə edilir ki, bədbəxt hadisələr, ölüm hallarından maksimum dərəcədə qaçmaq mümkün olsun. Tikinti sahələrində elə şərait yaradılsın ki, xəsarət hallarının sayı azalsın, bədbəxt hadisə baş verən zaman ilkin tibbi yardım göstərmək mümkün olsun. Bu sahədə çalışmağa gələn sadə işçinin tikinti qaydaları haqqında məlumatı olsun. İş icraçısı bu qaydalar barədə işçini təlimatlandırsın" - deyə N.Şükürlü bildirib.
Müfəttişlik rəisinin sözlərinə görə, bu qaydalara nəzarət edilməsi məqsədi ilə aparılan reydlərin vaxtının uzadılması nəzərdə tutulur. Belə reydlərin həyata keçirilməsində məqsəd tikinti sahəsində olan mövcud iş şəraitini öyrənməkdir: "Demək olmaz ki, reydlərin nəticəsi tam qənaətbəxşdir. Nəzərə çarpan müsbət hal odur ki, bu sahədə əsaslı dönüş var. Artıq paytaxtda aparılan tikinti işləri zamanı irəliyə doğru müsbət addımlar müşahidə olunur. Ancaq görülən tədbirlər bizi qane etmədiyindən qərara alınıb ki, reydlər ardıcıl həyata keçirilsin. Əgər desəm ki, aparılan reydlər bəhrəsini verib, hər şey qaydasındadır, bu, bir qədər şişirdilmiş olar. Bu istiqamətdə indiyə qədər müfəttişlik olaraq fəaliyyətimiz qənaətbəxş səviyyədə olmayıb. İndi başladığımız işi mütəmadi davam etdirsək, tikinti şirkətlərində işəgötürən və işçilərlə, həmkarlar təşkilatları və İqtisadi İnkişaf Nazirliyi ilə birgə iş aparılsa, müsbət nəticələr əldə etmək mümkün olar. İndiki halda yetərincə olmasa da, irəliyə doğru nailiyyətlər var" - deyə N.Şükürlü bildirib.
Qurum rəhbəri qeyd edib ki, tikinti şirkətlərində işçilərin fərdi mühafizə vasitələrilə təmin olunmasına münasibət fərqlidir: "Bu məsələdə fərqli münasibətlər olduğu kimi, fərqli nəticələr də var. Bu vaxta qədər tikinti şirkətlərində işəgötürən tərəfindən işçiyə münasibət, əmək şəraitinin yaradılması kafi olub. Tikinti şirkətlərində belə məsələlərə kortəbii yanaşma var". Bu baxımdan müfəttişliyin məqsədi mütləq hansısa müəssisəni cərimələmək, hansısa tikinti və istehsalat sahəsini qapatmaq barədə məsələ qaldırmaqdan ibarət deyil.
N.Şükürlünün sözlərinə görə, bir çox hallarda işəgötürənlərlə işçilər arasında əmək müqavilələri bağlanmır. İş yerlərində sağlam və təhlükəsiz əmək şəraiti yaradılmır, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasında, işçilərin xüsusi iş geyimləri və digər fərdi mühafizə vasitələrilə təmin olunmasında ciddi nöqsanlara yol verilir. Nəticə etibarilə belə hallar istehsalatda bədbəxt hadisələrin çoxalmasına səbəb olur.
N.Şükürlü apardıqları təhlillərə istinadən qeyd edir ki, tikinti sahəsində bədbəxt hadisələrin baş verməsinə səbəb əsasən hündürlükdən yıxılmadır. Bu da tikinti norma və qaydalarına riayət olunmaması, tikinti sahəsində işləyən fəhlələrə fərdi mühafizə vasitələrinin verilməməsi, həmin vasitələrdən istifadə olunmasına nəzarətin zəif olması, potensial yıxılma təhlükəsi olan eyvanların, pilləkən meydançalarının kənarlarının çəpərlənməməsi, lift və digər təyinatlı şaxtaların üstünün bağlanmaması, işçilərə təlimatın qeyri-mütəxəssislər tərəfindən keçirilməsindən irəli gəlir. Bunun da səbəbi odur ki, işçilərin fərdi mühafizə vasitəsilə təmin edilməsinə maliyyə vəsaiti xərcləmək istəmirlər.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.