Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

ƏMƏK MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİKLƏR GÖZLƏNİLİR

02.06.07 - 9:01573 baxılıb

BU SAHƏDƏ XÜSUSİ DÖVLƏT PROQRAMI HƏYATA KEÇİRİLƏCƏK

İşəgötürənlərlə işçilər arasında əmək müqaviləsinin bağlanması və onun ləğvi, çevik iş rejiminin tətbiqi və əmək qanunvericiliyinə dair digər məsələlər üzrə Əmək Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər hazırlanıb.
Əməyin mühafizəsi və texniki təhlükəsizliyi sahəsində normativ bazanın təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması da planlaşdırılır.
Bundan başqa, istehsalatda baş verən bədbəxt hadisələrdən və peşə xəstəliklərindən işçilərin icbari şəxsi sığorta edilməsini tənzimləyən qanun layihəsi hazırlanıb və müvafiq qaydada ölkə prezidentinə təqdimlənəcək. Regionlar səviyyəsində sahibkarlar üçün ixracata kömək məqsədi ilə təşkilati, məlumat-məsləhət və digər istiqamətləri əhatə edən struktur yaradılacaq. Bütün bunlar "Azərbaycan Respublikasının məşğulluq strategiyasının həyata keçirilməsi üzrə dövlət proqramı" çərçivəsində baş tutacaq.
Bu proqram 2007-2010-cu illəri əhatə edir. Dövlət proqramının əsas məqsədi əhalinin səmərəli məşğulluğunun inkişafına yönəldilən siyasi, iqtisadi, sosial və institusional mühitin yaradılması əsasında 2011-ci ilə qədər nəzərdə tutulmuş prioritet istiqamətlərin həyata keçirilməsinin təmin edilməsidir. Proqram çərçivəsində iqtisadi inkişaf və səmərəli məşğulluğun təmin edilməsi, istiqamətləndirilmiş makroiqtisadi siyasətin həyata keçirilməsi, məşğulluq sahəsində beynəlxalq hüquq normalarına uyğun olaraq milli qanunvericilik bazasının təkmilləşdirilməsi nəzərdə tutulub.
Bundan başqa, əmək bazarının təkmilləşdirilməsi və institusional inkişaf, işçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması və əmək bazarında rəqabətli kadr potensialının yaradılması da planlaşdırılır.
İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi də proqram daxilində həyata keçirilən tədbirlər sırasındadır. Proqramın tətbiqi zamanı ərazilərdə məşğulluğun inkişafına yönəldilmiş tədbirlərin səmərəliliyinin artırılması məqsədi ilə məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələrinin işinin gücləndirilməsi və respublika üzrə əlaqələndirmə komitəsinin yaradılması da nəzərdə tutulub.
Qeyri-neft sektorunda yeni iş yerlərinin yaradılmasına üstünlük verməklə ərazi sosial-iqtisadi inkişaf və məşğulluq proqramlarının hazırlanıb həyata keçirilməsi, bu proqramların keyfiyyətinin artırılması və onların icrasına nəzarətin gücləndirilməsi də nəzərdə tutulan tədbirlər sırasına daxildir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasından verilən məlumata görə, qeyri-büdcə sahələrində əməyin ödənilməsi sistemlərinin və əməkhaqqının məbləğinin müəyyən edilməsi, məşğulluğun təmin olunması, işçilərin peşə hazırlığı məsələlərinə də xüsusi diqqət yetiriləcək. Qadınlar arasında məşğulluğun inkişaf etdirilməsi məqsədi ilə milli və xalq tətbiqi sənəti növlərinin inkişaf etdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcək.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.