Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

“GAZ DE FRANCE" “AZƏRİ-ÇIRAQ-GÜNƏŞLİ" YATAĞINA MARAQ GÖSTƏRİR

02.06.07 - 9:04764 baxılıb

AZƏRBAYCAN "ƏSRİN MÜQAVİLƏSİ" LAYİHƏSİNİN STRUKTURLARDAKI QAZ EHTİYATLARINI BAŞQA BİR MÜQAVİLƏ İLƏ FRANSA ŞİRKƏTİNƏ VERƏ BİLƏR

Fransanın "Gaz de France" şirkəti Azərbaycanda yeni qaz yataqlarının kəşfiyyatında və "Azəri-Çıraq-Günəşli" yatağında 500 mlrd. kubmetr qiymətləndirilən dərin qaz ehtiyatlarının işlənməsində iştirak etmək niyyətindədir. Bu barədə Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyevlə görüşdən sonra Fransa şirkətinin baş direktoru Alain Azon bəyan edib.
"Gaz de France" Azərbaycanda yeraltı qaz anbarlarının genişləndirilməsi layihəsində də iştirak etmək niyyətindədir və respublikada qazpaylayıcı şəbəkələri idarəsinə almaq imkanını nəzərdən keçirir.
Şirkət nümayəndələrinin qeyd etdiyi kimi, "Gaz de France" şirkətinin İtaliya və Rumıniyada Azərbaycanın "Şahdəniz" qaz kondensat yatağından qazın satışı üçün infrastrukturu və bazarı var.
Bu ölkələrin hər birində "Gaz de France" şirkəti hər il 7-8 mlrd. kubmetr qaz satır. Lakin son zamanlar bu ölkələrə xaricdən qaz çatdırmaları azalıb və Fransa şirkəti bu çatdırmaları "Şahdəniz" yatağının qazı hesabına kompensasiya etmək niyyətindədir.
Azərbaycanın Sənaye və Energetika naziri N.Əliyev qeyd edib ki, "Gaz de France" şirkəti ilə danışıqlara başlamaq üçün nazirliyin rəhbərliyi tərəfindən hökumətə müraciət edilməsi barədə qərar qəbul olunub.
Fransa şirkəti qaz təminatı üzrə Avropada ən iri şirkətlərdən biridir. Şirkət Avropada təxminən 5 mln. abunəçiyə malikdir. Bundan başqa, şirkət Yaxın Şərq, Şimal dənizi və Mərkəzi Asiyada yataqların kəşfiyyatı və işlənməsi ilə məşğul olur. Hazırda şirkət Qazaxıstanda bir neçə layihə reallaşdırır.
Azərbaycan tərəfindən 1994-cü ildə imzalanmış müqaviləyə əsasən, "bp" və onun "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə əməkdaşları "fasilə layı"nadək neft horizontlarının işlənməsi hüququna malikdir. Eyni zamanda, müqavilədə qeyd olunduğu kimi, aşağı horizontların işlənməsi başqa müqavilənin predmetidir.
Azərbaycanın digər analoji dəniz yataqlarına demək olar ki, "fasilə layı"ndan sonrakı laylar, məsələn, "nadkirmankinsk" və "podkirmakinsk" və "kala" layları qumludur və karbohidrogenlərə malikdir. Azərbaycan geoloqlarının qiymətləndirmələrinə görə, bu ehtiyatlar qaz və kondensatdan ibarətdir. Bundan başqa, hadisələrin uğurlu axınında neft haşiyəsi də aşkarlana bilər ki, bu da əlavə maye karbohidrat ehtiyatları deməkdir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.