Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

XARİCƏ PUL ÇIXARILMASINA QOYULAN QADAĞA LƏĞV OLUNACAQ

09.06.07 - 9:03537 baxılıb

ELMAN RÜSTƏMOV: ÖLKƏNİN VALYUTA EHTİYATLARI DÜNYA BANKI, "CP MORGAN" VƏ İSVEÇRƏ MƏRKƏZİ BANKINDA SAXLANILIR

Milli Bank inflyasiyanın dərinləşməsinin qarşısını almaq məqsədi ilə əsas təsir elementlərindən hesab olunan qiymətli kağızların dövriyyədəki çəkisini artırmağa başlayıb. Dövriyyədəki pul kütləsinin böyük bir hissəsinin qiymətli kağız olan notlara yerləşdirilməsi bankın istədiyi nəticələrin əldə olunmasına imkan verib. Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildiriib ki, bank indiyədək 50 milyon manat dəyərində notu dövriyyəyə buraxıb. İlin sonuna kimi notların tədavülü 160 milyon manata çatacaq. Mərkəzi Bankın rəhbəri deyib ki, hazırda qiymətli kağızlar bazarında MB-nin payı 70 faizdən də artıqdır.
Antiinflyasiya metodlarının başlıca detallarından biri olan pul kütləsinin həcminin azaldılması son 5 ayda arzuolunan səviyyəyə çatıb. E.Rüstəmovun fikrincə, əgər ötən ildə pul kütləsinin artımı 30 faiz təşkil edirdisə, hökumətin apardığı qabaqlayıcı tədbirlər nəticəsində bu rəqəm cəmi 10,5 faizə bərabər olub. İnflyasiyanın yanvar-may ayları üzrə orta göstəricisi 9,4 faiz olsa da, ötən aydan başlayaraq qiymət indeksi aşağı düşməyə meyil edib. May ayında inflyasiya cəmi 0,3 faizə çatıb. E.Rüstəmov hesab edir ki, mövsümi amillərlə əlaqədar qiymətlərin qarşıdakı aylarda ucuzlaşacağı proqnozlaşdırılır
Mərkəzi Bankın sədri Azərbaycanda iqtisadi artımın 37 faizə çatdığını xatırladıb. E.Rüstəmov bildirib ki, bu rəqəm MDB dövlətlərinin inkişaf göstəricisindən ən azı 4 dəfə çoxdur. Həmin dövrdə ölkədə əməkhaqqının və əhalinin pul gəlirlərinin artım tempi 25-26 faiz təşkil edib. Ölkənin strateji valyuta ehtiyatları 5 milyard dollara çatıb. Vəsaitlərin 2,2 milyard dolları Milli Bankın sərəncamında olan ehtiyatlar, 1,7 milyard dolları Dövlət Neft Fondunun valyuta sərvətləri hesab olunur. Valyuta ehtiyatlarının 1,1 milyard dolları isə hökumətin sərəncamında qalıb və əlavə büdcə gəlirlərinin formalaşdırılmasına yönəldilib. E.Rüstəmov Azərbaycanın valyuta ehtiyatlarının idarə olunmasından əldə edilən gəlirlərin mühüm əhəmiyyət daşıdığını xatırladıb. Milli Bank ehtiyatların təxminən 279 milyon manatını xarici banklarda yerləşdirib. Vəsaitlər Dünya Bankı, "CP Morgan" və İsveçrə Mərkəzi Bankında idarəolunmaya yönəldilib. Azərbaycan strateji ehtiyatların idarə olunmasından 12 faiz divident əldə edir. E.Rüstəmovun qənaətinə görə, indiyədək bu sahədən ən azı 50 milyon dollar divident qazanılıb. Respublikamızın ilin sonuna kimi valyuta ehtiyatlarının idarə olunmasından 100 milyon dollar gəlir əldə edəcəyi proqnozlaşdırılır. Mərkəzi Bank idarəolunmanı hətta yaxın illərdə neft sektorundan sonra yüksək kapital əldə olunan aparıcı sahə hesab edir. Azərbaycanın valyuta sərvətləri əsasən ABŞ dolları, İngiltərə funt-sterlinqi və avroda yerləşdirilib. Milli Bankın rəhbəri yaxın vaxtlarda bank bazarı və investorlar üçün əhəmiyyətli qərarın qəbul olunacağını bəyan edib. Kapitalın liberallaşması adlanan yeni element ölkədən xaricə pul çıxarılmasının sərbəstləşdirilməsini nəzərdə tutur. E.Rüstəmov bunu bank sektoru üçün strateji addım kimi qiymətləndirib və prosesə başlamaq mərhələsinin çatdığını söyləyib. Kapitalın liberallaşması ölkədən xarici dövlətlərə sərmayə yatırmaq istəyən şəxslərin istənilən həcmdə pul çıxarmasına icazə rejimini tənzimləyəcək. İndiyədək Milli Bank xarici valyutanın çıxarılmasına müəyyən məhdudiyyətlər qoymuşdu.
E.Rüstəmov ölkədə bank sisteminin inkişafı üçün başlıca amillərdən hesab olunan əmanətlərin sığortalanmasına qərar veriləcəyini də diqqətə çatdırıb. Artıq Milli Bankın rəhbərliyi ilə yaradılmış Himayəçilər Şurası Sığorta Fonduna daxil olacaq bankların adını da müəyyənləşdirib. Hələlik, həmin bankları adları açıqlanmasa da, Əmanətlərin Sığortalanması Fondunda onların aparıcı mövqeyə malik olacağı istisna edilmir. Digər tərəfdən yaxın vaxtlarda bir neçə bankın da fondda təmsil olunacağı müəyyənləşəcək. Sığorta Fondu 2-3 aya fəaliyyətə başlayacaq. Bu qurum əhalinin banklara yerləşdirdiyi əmanətlərə zəmanət verərək hər hansı fors-major halı baş verdikdə onların pulunun geri qaytarılmasını tənzimləyəcək. Fondun fəaliyyətə başlaması vətəndaşların öz pullarını banklara əmanət etməsinə inamlarının daha da artmasına səbəb olacaq. Yeri gəlmişkən, Azərbaycanın bank sektorunda inkişaf tendensiyası və qabaqcıl texnologiyaların tətbiq olunması xarici maliyyə qurumlarının maraqlarını artırıb. Xarici ölkələrin tanınmış bankları respublikamızda öz filiallarını yaratmaq istəyir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.