Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
KOMİSSİYANIN İŞİ ÖLKƏDƏKİ TAXIL VƏ UN EHTİYATLARININ MİQDARINI ARAŞDIRMAQDIR
Ölkədə un və taxıl qıtlığının yaranmaması üçün ölkə başçısının tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyində xüsusi komissiya yaradılıb. Komissiyanın işi ölkədəki taxıl və un ehtiyatlarının miqdarını araşdırmaqdır. Ölkədə taxıl və un ehtiyatlarının müəyyənləşdirilməsi üzrə komissiyanın sədri Sabir Vəliyevin sözlərinə görə, komissiya respublikanın şəhər, rayon qəsəbələrində yerləşən və mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən şirkətlərdə olan taxıl və un ehtiyatlarının müəyyənləşdirilməsinə artıq başlayıb. O bildirib ki, komissiya üzvlərinə kömək üçün hətta Bakı, Sumqayıt, Əli Bayramlı kimi böyük şəhərlərin icra hakimiyyətlərindən də kömək istəyiblər. İlkin məlumatlara görə, ölkədə bu gün üçün lazımi qədər taxıl ehtiyatı olmalıdır. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yanvarın 1-nə qədər ölkədə ərzaq buğda qalığı 656 min ton olub. Cari ilin 6 ayı ərzində isə ölkəyə 590 min 612 ton ərzaq buğdası idxal olunub. Ümumilikdə bu, 1 milyon 146 min ton buğda deməkdir. Adambaşına illik buğda istehlakı 180 kq. müəyyənləşdirilib ki, bu hesabla da Azərbaycan əhalisinin illik tələbatı 1 milyon 530 min ton, 6 aylıq tələbatı isə 765 min ton təşkil edir. Nazirlikdən verilən məlumata görə, ölkədə bu günün göstəricilərinə görə, 381 min 692 ton əlavə taxıl var. Həmin taxıl müxtəlif dəyirmanlarda saxlanılır. Havanın qeyri-sabit keçməsinə baxmayaraq, bundan əlavə bu günə qədər qarğıdalı ehtiyatı hesaba alınmadan 1,3 milyon ton taxıl istehsal olunub. Məlumatda bildirilir ki, hər hektardan 26,9 sentner məhsul toplanılıb. Ötən illə müqayisədə bu, 1 sentner çoxdur. Ümumilikdə isə bu il 1,8 - 2 milyon ton taxıl yığılması planlaşdırılır. Mövsüm dövründə 700 min 639 hektar sahə biçilməsi nəzərdə tutulub. Bu günə qədər isə 4,82 min 398 hektar sahə biçilib ki, bu da ümumi sahənin 69 faizinə bərabərdir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.