Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

ŞADLIQ EVLƏRİ ƏSƏB VƏ GÖZ XƏSTƏLİKLƏRİ YARADIR

06.10.07 - 9:04844 baxılıb

SƏS VƏ İŞIQ EFFEKTLƏRİNİN NORMADAN ARTIQ OLMASI İNSAN HƏYATI ÜÇÜN TƏHLÜKƏLİDİR

Son illərdə insanlarda əsəb-sinir xəstəliklərinin artmasına təsir göstərən amillərdən biri ətrafdan orqanizmə qəbul edilən səs-küyün və qulaqbatırıcı səs titrəyişlərinin çoxalmasıdır. Bu sırada şadlıq evləri və restoranlar xüsusilə rol oynayır. Bu tipli obyektlərdə istifadə olunan musiqi alətlərinin ətrafa yaydığı səs effektləri insanların istirahətini və dincliyini pozmaqla yanaşı, onların əsəb-sinir sistemini sıradan çıxarır.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevin bildirdiyinə görə, sanitar-gigiyena orqanlarının apardıqları araşdırmalar zamanı insanların sağlamlığına təsir göstərən səs titrəyişlərinin normadan artıq olması aşkar edilib.
Şadlıq evlərindəki musiqi avadanlıqları bir neçə 100 metrə qədər səs buraxır ki, bu da sinir sisteminə mənfi təsir göstərən faktorlardan biridir. Müəyyən edilmiş normativlərə görə, bu cür obyektlərdə istifadə olunan səsyaradıcı vasitələrin səs effekti qulaq pərdəsinin qəbul edə biləcəyi həddən artıq olmamalıdır. Amma aparılan monitorinqlər göstərir ki, ətrafa yayılan səs titrəyişləri həmin normalardan 7-8 dəfə çoxdur. Şadlıq evlərində səsin norması təxminən 55 desibal olmalıdır.
Bundan artıq norma insanlarda müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Monitorinqlər göstərir ki, bəzi restoranlarda, hətta bu rəqəm 400-500 desibala çatır. Gənclərin daha çox meyil göstərdiyi diskoteka və barlarda bu göstərici 700 desibaldan artıqdır. Bu isə bir müddətdən sonra gənclərin sağlamlığında müxtəlif problemlərin meydana çıxması ilə özünü göstərir. İşıq effekti isə təxminən 100-300 lüks (sanitar norma) müəyyən edilib. Yəni, şadlıq evinin zalının böyüklüyündən və kiçikliyindən asılı olaraq həmin normativlər dəyişir. Zalın işıqlandırılması zamanı adi işıqlarla bərabər süni cihazlardan da istifadə edilir.
Bu, daha çox rəngli və gözqamaşdırıcı işıq effektləri ilə müşahidə edilir. Nəticədə mərasimdə iştirak edən insanların əksəriyyəti həmin elementlərin təsiri altında xoşagəlməz vəziyyətlə üzləşməli olurlar. İşıqlanma gözdə qıcıqlanmalara və gözün selikli qişasının reseptorlarında müxtəlif fəsadlara səbəb olur. Bu isə nəticədə gözün qişasının zədələnməsinə gətirib çıxarır.
Kliniki Tibbi Mərkəzin həkimi, nevropotoloq Nailə Əzizli hesab edir ki, şadlıq evlərində və mərasimlərdə səs və işıq effektlərinin sanitar normalara cavab verməməsi insanlarda bir neçə xəstəliyin yaranmasına səbəb olur.
Səsin diapozonunun həddindən artıq olması qulaq pərdəsinə mənfi təsirlər göstərir və eşitmə sinirlərini zədələyir. Eşitmə nevriti xəstəliyi yaradır. Bundan başqa, səs dalğalarının gücünün artıq olması bəzi insanlarda qıcolma sindromunu yaradır. Bu isə epilepsiya xəstəliyinin yaranması üçün başlıca amillərdən sayılır. Həkim-nevropotoloq onu da bildirib ki, səsin sanitar normalardan artıq olması uzun müddət davam etdikdə, insanlarda qan təzyiqi, nevroz, psixoz kimi xəstəliklərin də yaranmasına səbəb olur.
İmran Abdullayev bildirib ki, Milli Məclisə təqdim olunan "Şou-biznes haqqında" qanun layihəsində həmin elementlərin nəzərə alınması təklif olunub. Həmin layihədə normaları pozan iaşə obyektlərinin, eləcə də digər xidmət müəssisələrinin səs akustikasının sərhədlərinin müəyyən edilməsi əks olunacaq.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.