Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
"SOCAR/Turcas/Injaz" alyansı holdinqə 2 milyard dollar təklif edib
Azərbaycan Respublikası Dövət Neft Şirkətinin məlumatında bildirilir ki, Türkiyə hökuməti "SOCAR/Turcas/Injaz" şirkətlər alyansını Türkiyənin "Petkim" kimiya holdinqinin səhmlərin 51%-nin satışı ilə bağlı elan etdiyi tenderin qalibi seçib. Türkiyənin özəlləşdirmə məsələləri üzrə dövlət orqanı bu həftə "Petkim" kimya holdinqinin 51%-nin alınması ilə bağlı elan edilən tenderinin yekunlarını aparıb və "SOCAR/Turcas/Injaz" alyansını qalib elan edib. İyulun əvvəlində "Transcentral Asia Petrochemical Holding" şirkəti "Petkim" kimya holdinqi ilə bağlı elan edilən tenderdə ən böyük məbləği təklif etmişdi (2,05 mlrd. dollar), lakin Türkiyə hakimiyyətinin tənzimləyici orqanları tenderin yekunlarını ləğv edib və ikinci böyük məbləği təklif edən (2,04 mlrd. dollar) "SOCAR/Turcas/Injaz" alyansını tenderin qalibi elan edib. Tenderin qalibinə razılıq verilməməsi səbəbi "Transcentral Asia Petrochemical Holding" şirkətinin təsisçilərindən birinin erməni əsilli olması olub. Tenderdə cəmi səkkiz şirkət iştirak edib. "Petkim"in dölvət payını həmçinin "Zorlu", "Anadolu", "Ulker" və "Indian Oil Corp." şirkətləri də almaq niyyətində olublar. Türkiyənin özəlləşdirmə məsələləri üzrə dövlət orqanının qərarı bir ay ərzində Türkiyə Respublikasının rəqabətə nəzarət ali orqanı, ekologiya, maliyyə, yanacaq və energetika nazirlikləri, həmçinin, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan tərəfindən təsdiq olunmalıdır. "SOCAR/Turcas/Injaz" şirkətlər alyansının Türkiyənin "Petkim" kimya holdinqinin istehsal obyektlərinin modernləşdirilməsinə yatıracağı sərmayələr Türkiyə bazarında müəssisənin payını 27%-dən 40%-dək artıracaq. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin işlənmə üzrə vitse-prezidenti Davud Məmmədov bildirib. "1-2 il ərzində alyansın sərmayələri 50-60 mln. dollar təşkil edə bilər" - deyə D.Məmmədov bildirib. D.Məmmədovun sözlərinə görə, hazırda Türkiyə kimyəvi məhsulların 70-75%-ni idxal edir, "SOCAR/Turcas/Injaz"ın "Petkim"in inkişafına yatıracağı sərmayələr məhsulun idxalını 30%-ə qədər azaltmağa imkan verəcək. Türkiyə bazarında kimyəvi məhsullara olan tələbat hər il 12% artır. "Qoyulan sərmayələr 5-6 il ərzində nəticə verə bilər, bu, bazarda mövcud olan şəraitdən asılı olacaq" - deyə D.Məmmədov bildirib. ARDNŞ-nın işlənmə üzrə vitse-prezidenti bildirib ki, "SOCAR/Turcas/Injaz" alyansı "Petkim"in istahsal obyektlərinin yaxınlığında Türkiyə ərzisində neft emalı zavodu tikmək niyyətindədir. Zavodun emal gücü il ərzində 6 mln. ton təşkil edəcək.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.