Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

2008-Cİ İLİN DÖVLƏT BÜDCƏSİNİN HƏDƏFLƏRİ - SOSİAL SAHƏ VƏ İNVESTİSİYA LAYİHƏLƏRİDİR

17.11.07 - 9:03553 baxılıb

HÖKUMƏT İQTİSADİ SAHƏDƏ ƏSAS PROBLEM OLARAQ İNFLYASİYANIN MÖVCUDLUĞUNU GÖSTƏRİR

Milli Məclis bu həftə "2008-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarıb. Maliyyə naziri Samir Şərifov bildirib ki, 2008-ci ildə büdcə gəlirləri 7 milyard 382,6 milyon, xərcləri 8 milyard 509 milyon, büdcə kəsiri isə 1 milyard 126,4 milyon manat proqnozlaşdırılır. Büdcə xərcləri ümumi daxili məhsulun 27 faizini təşkil edəcək. Gələn ilin büdcəsində ən böyük pay birbaşa investisiyaların payına düşür. Proqnozlara görə, gələn il bu məqsədlə 2 milyard 841 milyon manat və ya builkindən 48,3 faiz çox vəsait ayrılacaq. 2-ci yerdə müdafiə xərcləri gəlir, təqribən 1 milyard 20 milyon dollar olacaq.
Gələn il dövlətin təhsilə 973,7, sosial müdafiə və sosial təminata 742,7, səhiyyəyə 330,4, mədəniyyət, incəsənət və bədən tərbiyəsinə 128,7, mənzil və kommunal təsərrüfata 112,2, kənd, meşə təsərrüfatı və ətraf mühitin mühafizəsinə 267,3, elmə 64, nəqliyyat və rabitəyə 76 milyon manat vəsait ayıracağı gözlənilir.
Samir Şərifovun sözlərinə görə, gələn il Azərbaycanda iqtisadi artım tempi 18,2 faizə düşəcək: "Neft sektorunda artım 26, qeyri-neft sektorunda 8,1 faiz olacaq. Eyni zamanda inflyasiya təzyiqləri artacaq və bu, bizi narahat edir".
Buna baxmayaraq, hökumət 2008-ci ildə qiymət artımının maksimum qarşısını almağa çalışacaq və proqnozlara görə, bu göstəriici 12-14 faiz arasında dəyişəcək. Hökumət bahalaşmanın qarşısını almaq üçün əlavə antiinflyasiya tədirlərinin görüləcəyini bəyan edir. İndiyə qədərsə makroiqtisadi sabitlik üçün mühüm addımlardan biri milli valyutanın bahalaşmasının qarşısını almaq olub.
S.Şərifov bildirib ki, gəlirlərin nəzərdə tutulan artımı, ilk növbədə vasitəli vergilərin yığılması və inzibatçılığın gücləndirilməsi və sadələşdirilmiş vergilərin tətbiqinin təkmilləşdirilməsi ilə əlaqədardır. ƏDV sahəsində itkilərin aşağı salınması və vergidən yayınma hallarının qarşısının alınması məqsədi ilə bu vergi üzrə ödənişlərin xüsusi tənzimləmə vasitəsilə həyata keçirilməsi planlaşdırılır.
Nazir bildirib ki, ölkə iqtisadiyyatının inkişafı və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində təsirli tədbirlərin görülməsi hesabına növbəti il üçün dövlət büdcəsinə daxilolmalarda ƏDV üzrə 46,6, gömrük rüsumları üzrə 44,8, torpaq və əmlak vergisi üzrə 41, sadələşdirilmiş vergi üzrə 40, fiziki şəxslərdən gəlir vergisi üzrə 30,4, aksizlər üzrə 12,7 faiz artım nəzərdə tutulur.
Beləliklə, 2008-ci ildə də vətəndaşların sosial təminatlarının gücləndirilməsi, o cümlədən minimum əməkhaqqı və sosial müavinətlərin həcminin artırılması, pensiyaların baza hissəsinin yaşayışının minimumuna yaxınlaşdırılması prioritet məsələlər olacaq. "Gələn il əmək pensiyalarının baza hissəsinin artımı üçün 140 milyon manat, ehtiyac meyarının təklif olunmuş artımı ilə əlaqədar ünvanlı dövlət sosial yardımının tətbiqi üçün 12,8 milyon manat, məcburi köçkünlərə verilən yemək xərcinin artımı üçün 9,5 milyon manat, sosial müavinətlərin artımı üçün 27,8 milyon manat yönəldiləcək. Maaşları vahid tarif cədvəli ilə tənzimlənən vəzifələr üzrə minimum əməkhaqlarının artımı üçün 184 milyon manat vəsait ayrılacaq ki, bu da büdcədən maliyyələşən təşkilatlarda işləyən 630 min nəfərə yaxın insanın maddi vəziyyətinin yaxşılaşdırılmasına imkan verəcək" - deyə S.Şərifov vurğulayıb.
Nazir onu da qeyd edib ki, gələn ilin icmal büdcəsinin gəlirləri 10 milyard 488 milyon manat, xərcləri 10 milyard 182 milyon manat proqnozlaşdırılır. Büdcə tərtib olunarkən bir barel neftin qiyməti 50 dollar həcmində götürülüb.
İqtisadi inkişaf naziri Heydər Babayevin sözlərinə görə isə, maliyyələşdirilən layihələrin 73 faizi regionların payına düşür. Nazirin sözlərinə görə, gələn il yanvarın 1-dən tətbiq olunacaq "vahid pəncərə" sistemi sahibkarların bazarlara daha rahat daxil olmasına və bu sahənin inkişafına önəmli təsir göstərəcək. Nazir əlavə edib ki, 2008-ci ildə ölkədə 31,4 milyard manatlıq ÜDM-in istehsalı gözlənilir. H.Babayevin sözlərinə görə, 2008-2011-ci illəri əhatə edən sosial-iqtisadi inkişaf proqramında bu dövrün inkişaf konsepsiyası müəyyənləşdirilib. Proqrama əsasən, istehsal və xidmət, eləcə də neft və qeyri-neft sahələrinin mümkün olan optimal nisbəti uyğunlaşdırılacaq.
H.Babayev də etiraf edib ki, inflyasiya hökumətin iqtisadi sahədə əsas problemi olaraq qalır. Nazir növbəti ildə inflyasiyanın 12 faiz həcmində proqnozlaşdırıldığını deyib. O, qeyd edib ki, dövlət başçısının tapşırıqları və görülən işlərin nəticəsində qarşıdakı illərdə inflyasiyanın birrəqəmli olması təmin edilə bilər. Onun sözlərinə görə, inflyasiyanın yüksəlməsi dünyada neftin qiymətinin qalxması ilə əlaqədardır. "Ölkəyə daxil olan idxal məhsullarının qiymətindəki artım Azərbaycanda da inflyasiyaya səbəb olur. Hesablamalarımıza görə, gələn il inflyasiyanın həddi 12 faiz olacaq. Lakin bir neçə ildən sonra bu göstərici təkrəqəmli həddə düşəcək".
Milli Bankın rəhbəri Elman Rüstəmovun sözlərinə görə, əgər Milli Bankın valyuta bazarına vaxtında müdaxiləsi olmasaydı, manat dollara nəzərən 20 faiz bahalaşardı. Amma bunun üçün dövriyyədə olan pul kütləsinin həcmini 50 faiz artırmaq lazım gəlib.
Büdcə xərclərinin təqribən 34,7 faiz artımı əməkhaqlarına da təsirisiz ötüşməyəcək. Belə ki, gələn ilin baş maliyyə sənədində dövlət qulluqçuları, aspirant, tələbə və müəllimlərin, eləcə də hərbçi və hüquq-mühafizə orqanlarının işçilərinin maaşlarının artırılmasına 184 milyon manat yönəldiləcək. Əmək pensiyalarının baza hissəsi də artırılacaq.
Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümovun sözlərinə görə, bunun üçün 140 milyon manat ayrılıb: "Pensiyalar iki mərhələdə artırılacaq və düşünürəm ki, 2 mərhələdə 65 manata çatdırılacaq".
Ümumilikdə büdcə xərclərinin 32,8 faizi sosial məqsədli xərclərə sərf olunacaq. İqtisadi inkişaf naziri Heydər Babayev isə regionların inkişafının prioritet təşkil edəcəyini bildirib. Onun sözlərinə görə, 2008-ci ildə Azərbaycan iqtisadiyyatına 6,2 milyard manat investisiya yatırılacaq və bunun 4,4 milyardı daxili mənbələrin payına düşəcək.
Növbəti il əhalinin adambaşına düşən gəlirlərinin 4550, 2011-ci ildə isə 6750 ABŞ dolları olacağı proqnozlaşdırılır. Əhalinin gəlirlərinin isə gələn il 29,4 faiz artaraq 16,7 milyard manata çatacağı gözlənilir. İqtisadiyyatda qeyri-dövlət sektorunun çəkisi isə 89 faizə yüksələcək.
Büdcəyə rəy verən Hesablama Palatası inflyasiya təzyiqlərinin artması səbəbindən hökumətin ehtiyatlı davranışını xüsusi qeyd edib. Sənəddə bir sıra kiçik çatışmazlıqların olduğunu qeydə edən Palatanın sədri Heydər Əsədov 2008-ci ilin büdcəsinə müsbət rəy verdiklərini açıqlayıb.
Büdcə müzakirələri zamanı bəzi millət vəkilləri dövlət qurumları tərəfindən büdcə xərclərinə nəzarətin zəif olduğunu və bunun inflyasiyanı sürətləndirdiyini vurğulayıblar. Millət vəkillərinin qənaətinə görə, hökumətin həll edəcəyi ən vacib problem inflyasiyanın aradan qaldırılmasıdır.
İqtisadi siyasət komissiyasının üzvü Əli Məsimli 2008-ci ildə inflyasiya təzyiqlərinin bu ilkindən də çox olacağını deyib. Bunu azaltmaq üçün antiinhisar məcəlləsinin qəbulunu vacib sayan millət vəkili hökumətdən büdcə xərclərinə nəzarəti artırmağı tələb edir:
Vahid Əhmədov isə qiymət artımı ilə bağlı Statistika Komitəsinin açıqladığı 16 faizin reallığını əks etdirmədiyini, təkcə unun 90 faizə yaxın bahalaşdığını bildirib. Onun fikrincə, qiymət artımında ən çox inhisarçılığın payı var.
İqtisadi siyasət komissiyasının üzvü Azər Əmiraslanov isə əhali gəlirlərinin inflyasiyanı təqribən 2 dəfə üstələdiyini deyib: "Gələn il büdcədən maliyyələşən təşkilatlarda çalışanların maaşları 32 faizdən çox artırılacaq. Bu, ölkə üzrə orta aylıq əməkhaqqının artımından da yüksəkdir".
Millət vəkili Səttar Mehbalıyev büdcə layihəsinin ölkədəki iqtisadi inkişafı xarakterizə etdiyini bildirib. Onun sözlərinə görə, hökumət neft gəlirlərinin bərabər şəkildə bölünməsi üçün bütün addımları atır. Məsələn, ARDNŞ-in vəsaiti hesabına bölgələrdə müalicə-diaqnostika mərkəzləri tikilir. Bu mərkəzlər fəaliyyətə başlayandan sonra sağlamlığında hər hansı problem olan əyalət sakinləri artıq xərc çəkib paytaxta gəlməli olmayacaqlar.
Büdcə müzakirələrində çıxış edən millət vəkillərinin əksəriyyəti təmisl etdikləri bölgələrdəki problemləri sadalayaraq onların həlli üçün vəsait ayrılmasını təklif ediblər. Buraya ən çox yolların, qaz və su xətlərinin bərpası, digər sosial obyektlərin təmiri daxildir. Elmə ayrılan xərclərin artırılması da hökumətdən xahiş olunub.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.