Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

AZƏRBAYCANDA İLK XÜSUSİ İQTİSADİ ZONA ƏLƏT YAXINLIĞINDA YARADILACAQ

24.11.07 - 9:06477 baxılıb

REGİONAL İNNOVASİYA ZONASI ÖLKƏYƏ KÜLLİ MİQDARDA GƏLİRLƏR VƏD EDİR

Azərbaycanda ilk xüsusi iqtisadi zona Ələt qəsəbəsi yaxınlığında yaradılacaq. Bu barədə İqtisadi İnkişaf naziri Heydər Babayev məlumat verib. O bildirib ki, bu yer təsadüfi seçilməyib. Xüsusi iqtisadi zona üçün yerin Ələt qəsəbəsində seçilməsi burada yeni limanın və gəmiqayırma zavodunun tikintisi ilə bağlıdır.
Heydər Babayev qeyd edib ki, xüsusi iqtisadi zonalar ayrı-ayrı fəaliyyət növləri ilə ixtisaslaşır. Amma ilk iqtisadi zona liman və buna bənzər fəaliyyətlə məşğul olacaq. Bu təcrübə özünü doğrultsa, digər bölgələrdə də belə zonalar yaradılacaq. Məsələn, belə zonalardan biri informasiya texnologiyaları ilə bağlı ola bilər.
Heydər Babayevin sözlərinə görə, bu zaman xarici şirkətlər Azərbaycanda fəaliyyət göstərməklə məhsullarını digər ölkələrə sata biləcəklər: "Mərkəz olaraq onlar Bakını seçsələr, regional fəaliyyət göstərə bilərlər. Bu bizim üçün çox faydalıdır. Həm Azərbaycanda işçilərin sayını artıracaqlar, həm vergi yığımları çoxalacaq".
Heydər Babayev bildirib ki, indi rabitə və informasiya texnologiyaları ən gəlirli sahələrdən biridir. Onun sözlərinə görə, Azərbaycan bazarı xarici şirkətlər üçün açıqdır və xarici şirkətlərin Azərbaycana sərmayə qoymasında heç bir problem yoxdur.
Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov isə bildirib ki, informasiya-kommunikasiya sektorunda bir sıra layihələrin uğurla yerinə yetirilməsi yüksək texnologiyalara əsaslanan innovasiya yönümlü irimiqyaslı layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Ə.Abbasovun sözlərinə görə, birbaşa investisiya qoyuluşunun həcmi dinamik artaraq bu sektorun yeni bir prioritet sahə kimi inkişafına, elmi-texnoloji tutumlu innovasiya layihələrinin həyata keçirilməsinə əlverişli şərait yaradıb.
Ə.Abbasov bildirib ki, İKT sahəsində ixtisaslaşmış xüsusi iqtisadi zona - regional innovasiya zonasının layihəsi təşəbbüsü irəli sürülüb. Nazirin sözlərinə görə, beynəlxalq və yerli mütəxəssislərdən təşkil olunan ekspertlər qrupu layihənin ilkin mərhələsi kimi Azərbaycanda layihənin texniki-iqtisadi əsaslandırmasını həyata keçirib: "2007-ci ilin mart ayında ekspertlər qrupu layihənin ilkin mərhələsi üzrə görülən işləri, yəni Azərbaycanda və regionda sahə üzrə tələbatın öyrənilməsi, davamlı biznes-modelin işlənib-hazırlanması üzrə təklifləri, İKT üzrə təhsil, araşdırma və tədqiqat konsepsiyalarını, eləcə də layihənin həyata keçirilməsi planını başa çatdırıb.
Regional innovasiya zonasının yaradılmasını mümkün edən qanun layihəsi də artıq hazırlanıb. Təkliflər paketi müvafiq icra hakimiyyəti orqanlarının müzakirəsinə təqdim edilib. Müzakirələrin nəticəsinə uyğun hökumət tərəfindən qəbul ediləcək qərara əsasən layihənin digər mərhələləri və reallaşdırılması üzrə işlərin başlanması planlaşdırılır".
Nazirin sözlərinə görə, zonanın yaradılmasında əsas hədəflər ölkə iqtisadiyyatında İKT-nin xüsusi çəkisini artırmaq, ölkə iqtisadiyyatının diversifikasiyası prosesində katalizator rolunu oynamaqla neft sektoruna alternativ yaratmaq, intellektual potensialın inkişafını və innovasiya yönümlü istehsalı təşviq etmək, ölkənin ixrac potensialını artırmaqdan ibarətdir.
Layihənin regional məqsədləri isə respublika ərazisində elektron avadanlıqların və proqram məhsullarının istehsalı və ixracı üzrə regional bazarın yaradılmasını nəzərdə tutub. Nazirin sözlərinə görə, bu bazar region ölkələrinə elektron xidmətlər də daxil olmaqla informasiya xidmətlərinin göstərilməsinə imkan verəcək.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.