Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
İqtisadi İnkişaf Nazirliyində Azərbaycan və Almaniya arasında inkişaf naminə ikitərəfli əməkdaşlığa dair hökumətlərarası məsləhətləşmələr başlanılıb. Hər iki ölkənin aidiyyəti qurumlarının nümayəndələrinin iştirak etdiyi məsləhətləşmələrə Azərbaycan tərəfdən İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev, Almaniya tərəfdən isə Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin Qafqaz, Orta Asiya və MDB ölkələri üzrə ərazi idarəsinin rəisi Yürgen Zoll rəhbərlik edir. S.Vəliyev bildirib ki, 1997-ci ildən başlayaraq hər il mütəmadi olaraq Azərbaycan və Almaniya arasında hökumətlərarası məsləhətləşmələr keçirilir. Bu məsləhətləşmələr zamanı iki ölkə arasında əlaqələr və əməkdaşlıq perspektivləri, texniki və maliyyə əməkdaşlığı çərçivəsində icra olunan, eyni zamanda həyata keçirilməsi nəzərdə tutulan yeni layihələr müzakirə olunur. Ümumiyyətlə, Azərbaycan və Almaniya arasında əməkdaşlıq iki istiqamətdə - maliyyə və texniki sahələrdə aparılır. Hazırda Almaniyanın KfW Bankı və Almaniya Texniki Əməkdaşlıq Təşkilatı (GTZ) Azərbaycanda müxtəlif sahələri əhatə edən bir sıra layihələrə maliyyə və texniki yardım göstərir. Bu günə qədər Almaniya hökuməti tərəfindən KfW Bankı vasitəsilə Azərbaycanda infrastrukturun bərpası, maliyyə və bank sektorunun inkişafının dəstəklənməsi, özəl sektor, səhiyyə, ətraf mühitin mühafizəsi və s. sahələrdə həyata keçirilən layihələrin icrasına 144,58 milyon avro həcmində kredit, 23,8 milyon avro məbləğində isə qrant ayrılıb. GTZ tərəfindən hazırda özəl sektorun inkişafının, aqrar siyasətin, məhkəmə və hüquq islahatlarının dəstəklənməsi, habelə regional inkişaf naminə əməkdaşlıq çərçivəsində səhiyyə, kənd təsərrüfatı, təhsil, bank sistemlərinin, eləcə də normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı layihələr həyata keçirilir. Bu günə kimi Azərbaycanda texniki əməkdaşlıq çərçivəsində layihələrin həyata keçirilməsi üçün Almaniya hökuməti tərəfindən 44 milyon avro həcmində vəsait ayrılıb. Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin Qafqaz, Orta Asiya və MDB ölkələri üzrə ərazi idarəsinin rəisi Y.Zoll ölkəsinin Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, ötən müddət ərzində Azərbaycanda bir çox sahələrdə nəzərəçarpacaq dəyişikliklər baş verib: "Bu dəyişikliklər istər beynəlxalq əlaqələrin inkişafında, istərsə də Azərbaycanın Avropa Qonşuluq Siyasətinə qoşulmasında özünü büruzə verib". Ölkəsinin regionda həyata keçirilən layihələri dəstəklədiyini qeyd edən Y.Zoll Almaniya hökumətinin təkcə "Vərəmə qarşı regional mübarizə" layihəsi çərçivəsində dərmanların alınması üçün Azərbaycana 1,6 milyon avro həcmində vəsait ayırdığını vurğulayıb. Almaniyalı qonaq iki ölkə arasında əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əmin olduğunu və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün ölkəsinin hər cür köməklik göstərməyə hazır olduğunu da nəzərə çatdırıb. Nazirliyin məlumatına görə, 2 gün davam edən məsləhətləşmələrdə qeyri-neft sektorunun müxtəlif sahələrində, xüsusilə səhiyyə, kənd təsərrüfatı, infrastruktur, turizm, ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlığın, eləcə də özəl sektorun inkişafına dəstəyin davam etdirilməsi və s. məsələlər də müzakirə olunub.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.