Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
“Mavi yanacağın hesabına Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı dövlətə çevrilə bilərik”
Bu gün Avropa üçün təhlükəsizlik anlamına, sadəcə, enerji təhlükəsizliyi gəlir. Avropa Birliyinin mavi yanacağa olan tələbatının 46 faizini, Mərkəzi və Şərqi Avropanın qaz istehlakının 90 faizini ödəyən Rusiyanın "Qazprom" şirkəti sözügedən qitədə inhisarçı mövqeyə malikdir.
Azərbaycanda son vaxtlar iqtisadi artım tempinin yüksəlməsi ölkə ərazisinə əcnəbi axınını xeyli sürətləndirib. Bu, ilk baxışda sevindirici hal olsa da, neqativ nəticələri də az olmur. Çünki ölkəyə axın edən xaricilərin heç də hamısı milyonçu olmur. Gələnlərin arasında macəra axtaranlar, adi işçilər, sadəcə, təsadüfi adamlar, hətta fırıldaqçılar da var. Onların isə xeyirdən çox ziyanı olur. Ona görə də hökumət bu axından səmərəli istifadə etmək, əhalisinin təhlükəsizliyini təmin etmək, sabitliyi qorumaq, ümumiyyətlə, qeyri-müəyyənliyin fəsadlarını aradan qaldırmaq məqsədi ilə əcnəbilərin Azərbaycanda yaşamaq hüququ alması üçün ölkəyə yatıracaqları pulun məbləğini dəqiqləşdirib.
Neft Şirkəti isə yanacağın keyfiyyətinin "Avro-4" və "Avro-5" standartlarına bir neçə ildən sonra çatdırılacağını bildirir
Avropa İttifaqı (Aİ) Dövlət Neft Şirkəti (DNŞ) qarşısında neft məhsullarının, xüsusilə benzin və dizel yanacağının keyfiyyətinin yaxşılaşdırılmasını və Avropa standartlarına uyğunlaşdırılmasını şərt kimi irəli sürüb. Aİ Azərbaycana tövsiyə edir ki, yanacağın keyfiyyəti yaxın illər ərzində "Avro-4" və "Avro-5" standartları səviyyəsinə çatdırılmalıdır. Dövlət Neft Şirkətinin vitse-prezidenti Davud Məmmədov isə bildirib ki, şirkət neft emalı zavodlarında həmin məhsulların keyfiyyətinin yaxşılaşdırılması üçün texnoloji prosesin səviyyəsini yüksəltməyə çalışır.
BMT ABŞ pulunun yeni beynəlxalq mübadilə vasitəsilə əvəz olunmasını istəyir
Birləşmiş Millətlər Təşkilatı (BMT) dünya maliyyə sistemində radikal islahatların aparılmasını təklif edib. Təşkilat dünyanın aparıcı valyutası sayılan ABŞ dollarının yeni qlobal valyuta ilə əvəz olunması ideyasını irəli sürüb. BMT-nin ekspertləri hesab edirlər ki, maliyyə və iqtisadi böhranların əsas səbəbi dünya iqtisadiyyatını əlaqələndirən valyuta və kapitalla bağlı olan qaydalar sisteminin effektli olmamasıdır.
Hesabat müəllifləri respublikamızı islahatçı ölkələr sırasına aid edib
Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyası "Doing Business-2010" adlı yeni illik hesabatını açıqlayıb. Yeni sənəddə dünya ölkələrində biznes mühitinin vəziyyəti, ticarət qaydalarının sadələşdirilməsi, sahibkarlıq sektorunda rəqabət qabiliyyətinin təmin olunması, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, tikinti üçün icazələrin verilməsi, əmlakın qeydiyyatının aparılması, investorların hüquq və maraqlarının qorunması, gömrük rəsmiləşdirilməsi və digər parametrlər üzrə qiymətləndirmələr aparılıb. Ötən il dünyada bir nömrəli islahatçı ölkə statusu qazanmış Azərbaycan yeni hesabatda mövqeyini itirib və 5 pillə geriləyib. Ötən il 33-cü pillədə qərar tutan respublikamız yeni hesabatda 38-ci yerlə kifayətlənməli olub. Belə ki, Azərbaycan yeni müəssisələrin təsis edilməsi indikatoruna görə 17-ci yeri (ötən il - 13-cü yer), tikinti üçün icazələrin verilməsinə görə 158-ci yeri (155), işə qəbul indikatoruna görə 33-cü yeri (15), əmlakın qeydiyyatı indikatoruna görə 9-cu yeri (9), kreditlərin alınması aspekti üzrə 15-ci yeri (12), investorların hüquq və maraqlarının qorunması üzrə 20-ci yeri (18), vergi ödənişi indikatoruna görə 108-ci yeri (102), gömrük rəsmiləşdirilməsi üzrə 177-ci yeri (174), müqavilələrin icrasının təmin edilməsi aspektinə görə 26-cı yeri (26), biznesin bağlanması indikatoruna görə isə 84-cü yeri (81) tutub. Bir sıra parametrlər üzrə Azərbaycanın mövqeyi zəifləyib.
Amerikanın neft ehtiyatlarının azalması, Şimali Koreya, İranla bağlı xəbərlər neft bazarına təsirsiz ötüşmür
Dünya bazarlarında neftin qiyməti stabil deyil. Londondakı İCE (İnterContinental Exchange Futures) birjasında "Brent Crude Oil" markalı neftin bir barelinin qiyməti 74,47 dollara çatıb. Nyu-Yorkdakı NYMEX (New York Merchantile Exchange) birjasında isə "Light Sweet Crude Oil" markalı neftin bir bareli 0,48 dollar bahalaşıb və 74,37 dollara satılıb. Maraqlıdır, neftin qiyməti bu gedişlə böhrandan əvvəlki səviyyəyə qalxa bilərmi? Bu və digər suallara cavab tapmaq məqsədi ilə iqtisadçı-ekspert Azər Mehtiyevə müraciət etdik.
Dünyadakı böhran və ölkə iqtisadiyyatında vəziyyət yerli bankları əməkhaqqının məbləğindən çox, kreditorların iş yerinin nə qədər möhkəm olmasına fikir verməyə vadar edir. Təbii ki, müşahidə edilən maliyyə krizisi ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində riskləri artırıb. Son vaxtlaradək gəlirli və möhkəmliyi şübhə doğurmayan sahələr indi o qədər də etibarlı sayılmır. Əlbəttə ki, bu məsələ ilk növbədə bankları narahat edir. Verdikləri kreditlərin qayıtmasına arxayın olmaq istəyən banklar müştəriləri əvvəlkindən daha çox saf-çürük edirlər.
Dövlət Neft Şirkəti ilə ABŞ Ticarət və İnkişaf Agentliyi arasında Müasir Tullantı Mərkəzinin yaradılması məqsədi ilə saziş imzalanıb.
Agentliyin Avropa və Avrasiya regionu üzrə icraçı direktoru Devid Hester bildirib ki, sazişə əsasən, Texniki İqtisadi Əsaslandırma sənədinin hazırlanması üçün ARDNŞ-ə 572 068 dollar məbləğində qrant ayrılacaq.
Azərbaycan-Türkiyə-Yunanıstan-İtaliya qaz xətti 2012-ci ildə istifadəyə veriləcək
Avropa bazarlarına qaz kəmərlərinin çəkilişi uğrunda rəqabət qızışır. Ankarada NABUCCO ilə bağlı hökumətlərarası sazişin imzalanmasından bir gün sonra Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan-Bolqarıstan qaz kəmərinin çəkilməsinə dair anlaşma memorandumu imzalanıb. Sazişə imza atan ölkələr Bolqarıstan və İtaliya hökumətləri olsa da, Yunanıstanın da bu layihəyə qoşulacağı istisna deyil. Çünki bu kəmər Yunanıstan-İtaliya boru xəttinin davamı kimi nəzərdə tutulur.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.