Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Hökumət Taxıl Fonduna ehtiyat məhsul yığmağı qərara alıb

20.07.09 - 10:10384 baxılıb

Anbarlarda saxlanılan taxıl bazarda qıtlıq yarandıqda istifadə olunacaq

Nazirlər Kabineti ölkədə taxıl ehtiyatlarının yaradılması və məhsul qıtlığının qarşısının alınması məqsədi ilə Dövlət Taxıl Fondunun ehtiyat bazasının gücləndirilməsi barədə sərəncam imzalayıb. Hökumətin təsdiq etdiyi qaydalara əsasən, Taxıl Fondunun saxlanması və istifadəsi qaydaları gücləndiriləcək. Bu siyasəti tənzimləmək üçün Fövqəladə Hallar Nazirliyinə bir sıra səlahiyyətlər verilib. FHN taxılın tədarük edilməsi, saxlanması və yeniləşdirilməsi ilə bağlı tədbirləri həyata keçirəcək.


Yanmış taxıl zəmilərinin sahiblərinə kompensasiya ödənilməyəcək

13.07.09 - 10:19386 baxılıb

Vahid Əhmədov: "Ölkənin ərzaq təhlükəsizliyinin əsas komponentlərindən biri - taxıl təchizatı ilə bağlı problemin aradan qaldırılmasıdır"


Son bir neçə gündə dünya bazarında taxılın qiyməti 10-12 faiz aşağı düşüb. İndi birjalarda taxılın kiloqramı 12 sentə satılır. Maraqlıdır ki, Azərbaycanda taxıl biçininin qızğın vaxtında çörəyin qiyməti bahalaşmaqdadır. Çörəkbişirmə sexlərindən qiymətlərin bahalaşmasını çörəyin maya dəyərinin artması ilə izah edirlər. Çörəyin maya dəyərinin bahalaşması isə unun topdansatış qiymətindəki artımla əlaqələndirilir. Bu səbəbdən də çörəyin topdansatış qiyməti 5 qəpik artırılıb. Nəticədə 480 qramlıq çörək mağazalarda 25 qəpiyə satılır. Maraqlıdır, çörəyin qiymətinin bahalaşması hansı amillərlə bağlıdır?


Mənzil sertifikatları ipoteka kreditləşməsində girov mexanizmini sadələşdirəcək

06.07.09 - 10:08385 baxılıb

"Girov şərtlərinin yumşaldılmasına zərurət var"


İpoteka kreditlərinin verilməsi bərpa olunduqdan sonra banklara edilən müraciətlərin sayı durmadan artmaqda davam edir. Sənədlərin qəbuluna başlanılmasından az vaxt keçməsinə baxmayaraq, artıq banklar tərəfindən ipoteka kreditlərinin verilməsinə başlanılıb. Qeyd edək ki, ipoteka kreditlərinin verilməsi özlüyündə mərhələli prosesdir.


Bank sistemindəki gərginlik artmaqda davam edir

06.07.09 - 10:05317 baxılıb

"Standard end Pur" şirkətinin reytinq xidməti ilk dəfə olaraq Azərbaycanın bank sisteminin bank sənayesi üzrə risk analizini dərc etdirib. "Reuters" agentliyinin məlumatına görə, hesabat "Bank sənayesi üzrə risk analizi: Azərbaycanın gənc, fraqmentasiyalı bank sistemi getdikcə qlobal böhranın təsirinə məruz qalır" adlanır.
Hesabatda qeyd edilir ki, Azərbaycanın bank sektoru bir neçə il davam edən sürətli inkişafdan sonra bu gün artıq potensial kredit keyfiyyətinə və likvidlik amortizasiyasına qarşı zəifdir.


Ümumdünya Ərzaq Təşkilatı xəbərdar edir

22.06.09 - 16:11348 baxılıb

KTN isə Azərbaycanda taxıl böhranının gözlənilmədiyini bildirir

BMT-nin Ümumdünya Ərzaq Təşkilatı bu il dünyada taxıl qıtlığının yaranacağını və bunun bir sıra ölkələrdə ərzaq qıtlığı ilə nəticələnəcəyini bəyan edib. Təşkilatın xəbərdarlığında qeyd olunur ki, 2009-cu ildə qlobal iqlim dəyişikliklərinin nəticəsi olan pis hava şəraiti bir çox kənd təsərrüfatı məhsullarının istehsalına, eyni zamanda məhsuldarlığa ciddi təsir göstərərək daha böyük fəsadlara səbəb olacaq.


Əmanət sahibləri üçün xoş sürpriz

22.06.09 - 16:10296 baxılıb

Banklar bağlandıqda vətəndaşın əmanətini Sığorta Fondu 90 gün müddətində geri qaytaracaq

"Əmanətlərin sığortalanması haqqında" Qanuna əlavə və dəyişikliklərin olunmasından sonra vətəndaşların banklara yerləşdirdiyi əmanətlərin sığorta olunan hissəsi 5 dəfə artırılaraq 30 min manata çatdırılıb.


OPEK neftin qiymətinin 149 dollara çatmasını arzulamır

22.06.09 - 16:08352 baxılıb

Abdullah Salem: “Neftin 100 dollardan yüksək olması həm istehsalçılar, həm də istehlakçılar üçün yaxşı nəticələr vəd etmir”

Dünya neft bazarında canlanma müşahidə olunmağa başlayıb. Belə ki, son 6 ayda neft ilk dəfə olaraq 70 dolları ötüb. May ayının ikinci yarısından etibarən dünya birjalarında neftin bir barelinin qiyməti 60 dollardan aşağı satılmayıb.


Bahalaşmanın əsas dalğası tikinti materialları bazarına təsir etməkdədir

16.06.09 - 13:40423 baxılıb

Dünya bazarında neftin qiymətinin son bir ayda 30 faiz bahalaşaraq 70 dolları ötməsi ölkədəki bəzi inhisarçı qrupu idxal olunan bir sıra malları bahalaşdırmağa sövq edib. Neftin qiyməti 40 dollara düşəndə ərzaq və tikinti bazarında qiymətləri 5-7 faiz aşağı salmaqla süni ucuzlaşma görüntüsü yaradan monopolistlər hazırda bazarda tələbin cüzi də olsa artmasını nəzərə alaraq qiymətləri bahalaşdırmağa başlayıblar.


MDB-də ÜDM-in həcmi aşağı düşdüyü halda, Azərbaycanda artım müşahidə olunur

16.06.09 - 13:37284 baxılıb

"2009-cu ildə Azərbaycanda iqtisadi artımın 10,3 faiz təşkil edəcəyi proqnozlaşdırılır"

Müsahibimiz millət vəkili, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, iqtisad elmləri namizədi Əli Məsimlidir.


MDB dövlətlərinin Sankt-Peterburq sammiti

08.06.09 - 12:42320 baxılıb

"Rus Davosu"nda Birlik ölkələri antiböhran proqramının istiqamətlərini açıqlayacaq

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlətlərinin qeyri-formal sammiti keçiriləcək. Sammitdə Rusiya prezidenti Dmitri Medvedevin və digər MDB ölkələrinin dövlət başçılarının iştirakı nəzərdə tutulub. Eləcə də tədbirdə MDB dövlətlərinin hökumət üzvlərindən bəzilərinin çıxışı da istisna olunmur.


Azərbaycan dünya bazarlarında etibarlı enerji təchizatçısına çevrilir

08.06.09 - 12:41321 baxılıb

Azərbaycan 2015-2020-ci illərdə Avropaya ildə 20 milyard kubmetrdən çox qaz nəql edəcək

Bakıda keçirilən XVI Beynəlxalq Xəzər Neft-Qaz Konfransı başa çatsa da, Avropa İttifaqının yüksək rütbəli məmurları və xarici ölkələrin hökumət nümayəndələri Azərbaycanın təşkil etdiyi bu tədbir, eləcə də respublikamızın regionda strateji mərkəzə çevrilməsi haqqında fikirlərini bölüşməkdədirlər. ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda ölkəmizin dünya bazarlarında mühüm və etibarlı enerji təchizatçısına çevrildiyi xüsusi qeyd olunur.


İşbazlar unun süni artım kampaniyasına start veriblər

25.05.09 - 10:13267 baxılıb

Taxıl və una əlavə dəyər vergisinin yenidən tətbiqi unun bahalaşmasına səbəb olub. Müxtəlif aidiyyəti strukturlar deyilənlərlə razılaşmasa da, bu bahalaşma 15-20 faiz civarında qeydə alınıb. İndi 50 kiloluq un kisəsi təxminən 2-3 manat artımla satılır.
Bahalaşmanın qarşısını almaq üçün İqtisadi İnkişaf Nazirliyi çörəyin qiymətinə təsir edə biləcək amillərlə bağlı taxıl idxalçıları və çörəkbişirmə müəssisələri ilə danışıqlar aparır.


Özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması çoxalıb

18.05.09 - 17:53554 baxılıb

250-dən çox müəssisə özəlləşdirilib və 24 milyon çek dövriyyədən silinib

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi özəlləşdirmə prosesinin sürətləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirmək niyyətindədir. Bununla əlaqədar komitə tərəfindən yeni normativ aktlar hazırlanır.


Dörd aydan sonra Amerika iqtisadiyyatı “özünə gələ bilər"

12.05.09 - 15:03663 baxılıb

Əcnəbi ekspertlər: "Super dövlətdən müsbət siqnallar gələrsə, böhranın başa çatacağına inam da güclənər"

Qlobal maliyyə böhranının başladığı Amerikada işsizlik son 25 ildə ən yüksək həddə çatıb. Daşınmaz əmlakın qiyməti ucuzlaşır, iri şirkətlərdə ixtisarlar və müflisləşmə gedir. Lakin amerikalılar, bütün bunlara baxmayaraq, nikbindirlər. Əcnəbi ekspertlərin söylədiklərinə inansaq, dörd aydan sonra Amerika iqtisadiyyatı "özünə gəlməyə başlayacaq". Təbii ki, hökumətin iqtisadiyyatın inkişafına buraxdığı maliyyə sayəsində.


İqtisadi İnkişaf Nazirliyi yeni sosial-iqtisadi ssenarilər hazırlayıb

04.05.09 - 13:00364 baxılıb

Antiböhran tədbirləri əsas hədəflər kimi nəzərdə tutulub

İqtisadi İnkişaf Nazirliyi ölkədə özəl bölmənin inkişafını sürətləndirmək, sahibkarlıq sektoruna dövlət dəstəyini gücləndirmək, dünya maliyyə böhranı şəraitində iri və orta müəssisələrə güzəştlər tətbiq etmək və digər tədbirləri həyata keçirmək niyyətindədir.


2009-cu ilin dövlət büdcəsinə dəyişiklik ediləcək

04.05.09 - 13:00348 baxılıb

Ziyad Səmədzadə: “İnfrastruktur layihələrinin bəziləri təxirə salınacaq”

Maliyyə Nazirliyi 2009-cu ilin dövlət büdcəsi layihəsinə bəzi dəyişikliklər edilməsi ilə bağlı hazırladığı təklifləri Nazirlər Kabinetinə təqdim edib. Gələn ay hökumət tərəfindən Milli Məclisin müzakirəsinə veriləcək büdcə dəyişiklikləri ilə bağlı təkliflər büdcənin xərclər bölməsini əhatə edir. Bu barədə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib. Komitə sədrinin fikrincə, dövlət büdcəsi zərfində nəzərdə tutulan sosial layihələrə dəyişikliklər olmayacaq.


“Maliyyə nəzarətinin gücləndirilməsi zərurəti yaranıb"

27.04.09 - 11:05517 baxılıb

Vahid Əhmədov: “Büdcə sistemi haqqında” Qanuna əsasən, sosial müdafiə xərclərinə ixtisar edilə bilməz”

Qlobal maliyyə böhranı ölkədə həyata keçirilən maliyyə siyasətinə yenidən baxılmasını və büdcə siyasətinin böhranın şərtlərinə uyğunlaşdırılmasını tələb edir. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, ölkə Prezidenti "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında" Fərman imzalayıb və həmin sənədlə maliyyə intizamının qorunması məsələləri nazirlik qarşısında əsas tapşırıq kimi qoyulub.


Azərbaycan Ermənistanın Beynəlxalq Arbitraj Məhkəməsində cavab verməsini tələb edir

27.04.09 - 11:03528 baxılıb

Ermənilər hər il ölkəmizə məxsus qızıl ehtiyatlarını mənimsəyərək yüz milyonlarla dollar qazanırlar

Gələn ay zəngin qızıl ehtiyatlarına malik olan Gədəbəy rayonunda qızıl hasilatına başlanılacaq. ABŞ-ın tanınmış "R.V. Investment" şirkəti ilə hökumət arasında əldə olunmuş razılığa əsasən, Gədəbəy rayonunda geoloji-kəşfiyyat işləri başa çatdırılıb və ilkin proqnozlar ürəkaçandır.


Valyuta axını azalıb

20.04.09 - 10:52344 baxılıb

Azərbaycan keyfiyyətsiz malların poliqonuna çevrilə bilər

Qlobal maliyyə böhranı nəticəsində Azərbaycana valyuta axınının sürəti azalıb. İqtisadçılar bunu dünyadakı maliyyə böhranının Azərbaycana göstərdiyi təsirlərdən biri kimi qiymətləndirirlər. Ekspertlərin fikrincə, bu il böhran nəticəsində Azərbaycana pul axını azalacaq, keyfiyyətsiz mal idxalı isə çoxalacaq. Xüsusilə də ölkəyə xeyli sayda keyfiyyətsiz ərzaq məhsullarının gətiriləcəyi proqnozlaşdırılır. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Əli Məsimlinin sözlərinə görə, Azərbaycan keyfiyyətsiz malların satış poliqonuna çevrilə bilər.


Regionların inkişafı ilə bağlı yeni Dövlət Proqramı təsdiq olundu

20.04.09 - 10:50372 baxılıb

2009-2013-cü illərdə bütün yaşayış məntəqələrində sosial, iqtisadi, infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulur

Yeni sənəd ölkədə qeyri-neft sektorunun inkişafınının sürətləndirilməsi, iqtisadiyyatın diversifikasiyası, tarazlı regional və sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması ilə bağlı kompleks tədbirləri özündə əks etdirir. Yeni proqram bölgələrin iqtisadi və sosial həyatında köklü dəyişikliklərin baş verməsi üçün hansı parametrlərinə görə fərqlənəcək?


< 1 2 3 4 5 6 7 8 9 10 ... 16 17 18 19 20 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.