Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Zibil emalı zavodunu Fransanın “CNİM S.A" şirkəti tikəcək

13.04.09 - 10:17524 baxılıb

2012-ci ildə istifadəyə veriləcək zavodun tullantılarından elektrik enerjisi əldə olunacaq

İqtisadi İnkişaf Nazirliyi Bakı şəhərində məişət tullantıları zavodunun tikintisi ilə bağlı layihənin həyata keçirilməsi üçün Fransanın "Constructions İndustrielles de la Mediterranee S.A" ("CNİM S.A") şirkəti ilə müqavilə imzalayıb.


“Baku Stil Kompani" aprelin 20-dən fəaliyyətini bərpa edəcək

13.04.09 - 10:15416 baxılıb

Şirkət tullantı metalların alınması barədə Dövlət Neft Şirkəti ilə danışıqlar aparır

"Son illər xammal qıtlığından əziyyət çəkən "Baku Stil Kompani", qısamüddətli fasilələri nəzərə almasaq, fəaliyyətini dayandırmadı. Dövlətin dəstəyi və daxili imkanları səfərbər etməklə yaşanan problemlər artıq öz həllini tapmağa başlayıb. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq şirkət aprelin 20-dən etibarən aktiv fəaliyyətə başlayacaq".


Bakı-Tbilisi-Ərzurumun fəaliyyəti dayandırıla bilər

13.04.09 - 10:14378 baxılıb

Türkiyənin Ermənistanla sərhədləri açması Azərbaycanın bir çox iqtisadi layihələri dayandırması ilə nəticələnəcək



Türkiyənin Ermənistanla sərhədləri aç masına dair məlumatlar bir nömrəli ictimai-siyasi mövzu kimi gündəmdən düşməyir. Bu barədə istər Azərbaycanda, istərsə də Türkiyədə fəaliyyət göstərən müxtəlif təşkilatların mövqeyi, siyasi dairələrin açıqlamaları eynidir: Türkiyə 16 ildir ki, qapanan sərhəd məftillərini qırmaqla Azərbaycana və türk dünyasına xəyanət etmiş olacaq. Ekspertlər erməni-türk "dostluğunun" bumeranqa çevriləcəyini və Ərdoğan iqtidarına böyük zərbə vuracağını bildirirlər. Onlar hesab edirlər ki, bu sövdələşmədən Azərbaycan yox, Türkiyə böyük itkilərlə çıxacaq.


Valyuta Fondunun missiyası ölkəmizdə səfərdədir

06.04.09 - 13:54375 baxılıb

Fond Azərbaycanla əməkdaşlıq strategiyasını nəzərdən keçirir


Beynəlxalq Valyuta Fondunun missiyası iki gündür ki, ölkəmizdə səfərdədir. Edmund Biberin başçılıq etdiyi nümayəndə heyəti hökumət strukturları ilə bir sıra görüşlər keçirib. Aprelin 8-dək davam edəcək səfər zamanı büdcə zərfi, vergi və gömrük sahəsində aparılan islahatlar, vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında müzakirələrin aparılması planlaşdırılır.


Dövlət Neft Şirkəti Antiböhran Proqramının icrasına başlayıb

06.04.09 - 13:53361 baxılıb

Şirkət böhranla əlaqədar bir sıra sahələrə ayrılan xərcləri yarıbayarı azaltmağı qərara alıb

Dünya neft bazarında baş verən böhran meyilləri respublikamızın neft sənayesinə də öz təsirini göstərib. Dünya bazarında neftin qiymətinin 140 dollardan təxminən 50 dollara düşməsi Dövlət Neft Şirkətinin büdcəsinin gəlirlər hissəsində azalma ilə müşayiət olunub. Bu problem şirkəti müvafiq addımlar atmağa məcbur edib.


“Böyük İyirmilik"in sammiti uğurla başa çatdı

06.04.09 - 13:49292 baxılıb

Böhranın fəsadlarının aradan qaldırılması üçün yarım il ərzində 5 trilyon dollar vəsait ayrılacaq

Londonda "Böyük İyirmilik" sammiti baş tutdu. Böyük Britaniyanın paytaxtına dünyanın 20 ölkəsinin dövlət başçıları, mərkəzi bankların rəhbərləri, maliyyə və xarici işlər nazirləri, beynəlxalq maliyyə və qeyri-maliyyə təşkilatlarının nümayəndələri toplaşdı. Qeyd edək ki, "Böyük İyirmilik"in sammitində əsas müzakirə mövzusu dünya maliyyə böhranının qarşısını almaqdan ibarət idi. Dövlət başçıları 1930-cu ildən etibarən ilk dəfədir ki, təsadüf olunmuş dünya maliyyə böhranı ilə mübarizədə atılacaq birgə addımlarla bağlı müzakirələr aparırlar.


Köhnə avtomobillərin idxalına qadağa qoyulması reallaşır

13.03.09 - 19:21387 baxılıb

Nüsrət İbrahimov: "Köhnə avtomobillərin idxalının dayandırılması qiymətlərə kəskin təsir etməyəcək"

Ramil Osmanov: "İşlənmiş avtomobillərin idxalına məhdudiyyətlər qoyulması düzgün addımdır"

Ölkəyə köhnə avtomobillərin gətirilməsinə artıq qadağa qoyulur. Rusiyadan Azərbaycana gətirilən xeyli avtomobilin Samur gömrük-keçid məntəqəsində saxlanılmasını prosesin ilk mərhələsi kimi dəyərləndirmək olar. Dövlət Gömrük Komitəsi yaxın vaxtlarda bütün köhnə avtomobillərin ölkəyə gətirilməsinə qadağa qoyulacağını bildirir. Bu addım köhnə avtomobillərin ekoloji, estetik və istismar tələblərinə cavab verməməsi ilə fizah edilir. Yaxın vaxtlarda istismar müddəti 5 ili ötən Rusiya istehsalı olan bütün avtomobillərin gətirilməsi qadağan olunacaq. Digər ölkələrin istehsalı olan avtomobillərdə bu müddət 7-8 il olacağı gözlənilir.


Dünya böyük təhlükə qarşısındadı

13.03.09 - 19:21331 baxılıb

İqtisadi böhrandan əziyyət çəkən ölkələrin 700 milyard dollar civarında borcla qarşı-qarşıya qalacaqları gözlənilir

"Qlobal böhran dünya ölkələrini böyük təhlükə ilə üzləşdirib". Bunu Tanzaniyada keçirilən konfransda Beynəlxalq Valyuta Fondunun (BVF) sədri Dominik Straus-Kan bildirib.


Əmək bazarında yerli işçilərin üstünlük qazanması üçün dövlət rüsumları artırıla bilər

13.03.09 - 19:19459 baxılıb

Əcnəbilərin Azərbaycana axını qlobal böhranla deyil, iri layihələrin həyata keçirilməsi ilə əlaqələndirilir


Qlobal iqtisadi böhranın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil. Çünki Azərbaycan da dünya iqtisadiyyatına aktiv inteqrasiya edən ölkələr sırasına daxildir. Ona görə də Azərbaycan hökumətinin böhranın vətəndaşlara təsirinin minimum olması üçün görəcəyi işlər çox önəmlidir. Maraqlıdır ki, maliyyə böhranının fəsadları ilə yanaşı, onun müsbət təsirlərinin də olacağını proqnozlaşdıran ekspertlər kifayət qədərdir.


Böhranı bəhanə gətirənlər də olur

10.03.09 - 13:22405 baxılıb

Alver azalır, əziyyətini isə daha çox sıravi işçilər çəkir

Böhranın "Xidmət İş" Hİ Federasiyasının sahə müəssisələrinə təsirini öyrənmək və imkanımız daxilində onun fəsadlarının azaldılması məqsədi ilə vaxtaşırı araşdırmalar aparırıq. Əldə etdiyimiz məlumatlar böyük fəsadlardan xəbər verməsə də, hər halda bizdə narahatlıq doğurur. Fəallardan təşkil etdiyimiz qrupların təxminən 10-15 məişət malları mağazasında apardıqları monitorinqlər göstərdi ki, əhalinin alıcılıq qabiliyyəti təxminən 30-40 faiz aşağı düşüb. Elə mağazalar oldu ki, fəallarımızın müşahidə apardıqları bir saat ərzində arada alver getməyib.


Beş illik proqramın icrası beş balla qiymətləndirildi

03.03.09 - 15:50431 baxılıb

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”
bölgələrin bərabər və tarazlı şəkildə inkişaf etməsinə səbəb olub

2004-cü ilin fevralında təsdiq edilərək icrasına başlanılan "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" son beş ildə bölgələrin bərabər və tarazlı şəkildə inkişaf etməsinə impuls verib, bütün rayonların simasının əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olub.


Azərbaycanda iqtisadi fəal əhalinin 6,2 faizi işsizdir

23.02.09 - 13:23434 baxılıb

Qeyri-rəsmi işsizlərin sayı 264 700 nəfərdir

Son bir neçə ayda respublikamızda fəaliyyət göstərən bir neçə iri şirkətdə işçilərin kütləvi ixtisarı aparılıb. Qısa müddətdə 10 000-ə yaxın insan iş yerlərini itirib. Buna baxmayaraq, rəsmi işsizlərin sayında artım qeydə alınmayıb.


Bazarlarda vaxtı keçmiş ərzaq məhsulları artır

23.02.09 - 13:23372 baxılıb

Eyyub Hüseynov: "Nə qədər məmur bizneslə məşğul olur, qanunları öz biznesinin xeyrinə dəyişir, bu vəziyyət davam edəcək"

Zirəddin Kazımov: "Ötən il 147 müəssisənin
fəaliyyəti müvəqqəti dayandırılıb"

Respublikamızda keyfiyyətsiz ərzaq məhsullarının satışının qarşısının alınması üçün görülən tədbirlərə baxmayaraq, problemi tam şəkildə aradan qaldırmaq mümkün olmayıb. Keyfiyyətsiz məhsullar içərisində xaricdən gətirilənlər də, Azərbaycanın özündə istehsal olunanlar da var. Belə məhsulların istehlakı çox vaxt kütləvi zəhərlənmələrə səbəb olur. Müvafiq qurumlar da etiraf edir ki, bu gün respublikamızda gigiyenik tələblərə cavab verməyən xeyli sayda istehsal obyektləri mövcuddur. Maraqlıdır, problemin mövcudluğu təsdiq olunursa, onun qarşısının alınması nə üçün mümkün olmur?


“Böyük təcrübəyə malik kadr potensialımız var”

23.02.09 - 13:20444 baxılıb

Gözlənilən rəqabətə hazırlaşmağımız üçün çox az vaxtımız qalır

"Kurort" Səhmdar Cəmiyyətinin uzun fasilədən sonra baş tutmuş Kollegiya iclası, gözlənildiyi kimi, "nailiyyətlər toplusu" xarakteri daşımadı. Doğrudur, son bir ildə Cəmiyyətin tərkibində birləşən müəssisələr xidmətin keyfiyyətini hiss ediləcək dərəcədə artırmışdır. Bu, hesabat çıxışlarında da konkret faktlarla söylənildi. Bir qədər sonra həmin hesabatlardan müəyyən fraqmentləri oxucularımızın diqqətinə çatdıracağıq. Amma Cəmiyyətin yeni rəhbəri, 2008-ci ilin əvvəlindən bu xidmət şəbəkəsinin məsuliyyətini üzərinə götürmüş Əbil Ağasıyevin çıxışında uğurların sevincindən çox gələcəyin narahatlığı hiss edilirdi.


Antiböhran tədbirləri görülür

23.02.09 - 13:17504 baxılıb

Məclis bu sahədə mübarizəni daha da gücləndirməyi tövsiyə etdi

Bu günlərdə Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Məclisinin iclası keçirilmişdir. İclasda "Azərbaycan neft sənayesində 2008-ci ildə işçilərin əmək şəraitinin yaxşılaşdırılması və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində görülən işlər barədə", "Saziş və kollektiv müqavilələr haqqında" məsələlər müzakirə olunmuşdur. Tədbiri giriş sözü ilə RK-nın sədri Cahangir Əliyev açmışdır.


Xüsusi iqtisadi zonaların yaradılması gündəmdədir

16.02.09 - 11:49432 baxılıb

Qlobal maliyyə böhranının gücləndiyi bir vaxtda xüsusi iqtisadi zonaların yaradılması məsələsi yenidən gündəmə gəlib. Buna səbəb odur ki, iqtisadi zonalar ölkəyə investisiyaların cəlb olunmasında, yeni iş yerlərinin açılmasında, ərazinin əlverişli coğrafi mövqeyindən, nəqliyyat imkanlarından istifadə edilməsində, o cümlədən bölgələrin inkişafında əvəzsiz rola malikdir.


Hökumət bu il yol və körpü tikintisinə 958 milyon manat xərcləyəcək

16.02.09 - 11:46417 baxılıb

Cari ildə 500-dən artıq investisiya
layihəsi maliyyələşdiriləcək

Nazirlər Kabineti gələn ilin dövlət büdcəsi zərfində nəzərdə tutulan sosial, infrastruktur və investisiya layihələrinin ayrıca təsnifatı üzrə xərclər istiqamətini müəyyənləşdirib və hər bir sahə üzrə həyata keçiriləcək tədbirlər planının konkret bölgüsünü təsdiqləyib. NK-dan verilən məlumata görə, 2009-cu ildə investisiya xərclərinin bölgüsündə infrastruktur, nəqliyyat, rabitə, su təsərrüfatı, yol tikintisi, məktəb və xəstəxanaların yenidən qurulması və digər bölmələr üzrə quruculuq işləri nəzərdə tutulur. Bu il hökumət həmin sahələrə 4 milyard 717 milyon 999 min 600 manat vəsaitin ayrılmasını planlaşdırır.


Prezident Obama kimin tərəfindədir?

09.02.09 - 12:49371 baxılıb

Ötən həftə ABŞ Prezidenti B.Obama Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının 10 qlobal sahə birliyindən biri olan Beynəlxalq Həmkarlar İttifaqı Şəbəkəsinin nümayəndə heyətini Ağ Evdə qəbul etmişdir.


Neftin qiyməti ən yaxşı halda 60 dollara kimi yüksələcək

09.02.09 - 12:47452 baxılıb

Şigeo Katsu: “Azərbaycanda indiki şəraitdə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilməlidir”

Dünya Bankının vitse-prezidenti Şigeo Katsu həftənin əvvəllərində ölkəmizdə səfərdə olub və hökumət strukturları ilə bir sıra görüşlər keçirib. Danışıqlarda dünya maliyyə böhranının ölkəmizə təsiri və böhranla bağlı hökumətin atdığı addımlar əsas müzakirə mövzularından olub. Ş.Katsu danışıqların əsas parametrləri ilə bağlı suallarıimızı cavablandırıb.


2009-cu ilin büdcə zərfi dəyişdirilə bilər

09.02.09 - 12:47430 baxılıb

Büdcənin sosial xərclərində azalma nəzərdə tutulmur

Neftin qiymətinin ucuzlaşması Azərbaycanın dövlət büdcəsində dəyişikliyin edilməsi zərurətini ortaya çıxarıb. Büdcədə neftin nəzərdə tutulan qiyməti 70 dollar olsa da, dünya bazarında satış 40 dollara bərabərdir. Bu isə büdcə xərclərində müəyyən problemlər yarada bilər. Milli Məclisin müvafiq komissiyaları may ayında büdcəyə dəyişiklik ediləcəyini bildirirlər.


< 1 2 3 4 5 ... 7 8 9 10 11 ... 16 17 18 19 20 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.