Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(mayın 13-də) …Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.
(mayın 14-də) …Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır. …ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.
(mayın 15-də) …MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir. …Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir. …və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər. …və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.
(mayın 16-da) …Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır. …Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir. …Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.
(mayın 17-də) …Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.
250-dən çox müəssisə özəlləşdirilib və 24 milyon çek dövriyyədən silinib
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi özəlləşdirmə prosesinin sürətləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirmək niyyətindədir. Bununla əlaqədar komitə tərəfindən yeni normativ aktlar hazırlanır.
Əcnəbi ekspertlər: "Super dövlətdən müsbət siqnallar gələrsə, böhranın başa çatacağına inam da güclənər"
Qlobal maliyyə böhranının başladığı Amerikada işsizlik son 25 ildə ən yüksək həddə çatıb. Daşınmaz əmlakın qiyməti ucuzlaşır, iri şirkətlərdə ixtisarlar və müflisləşmə gedir. Lakin amerikalılar, bütün bunlara baxmayaraq, nikbindirlər. Əcnəbi ekspertlərin söylədiklərinə inansaq, dörd aydan sonra Amerika iqtisadiyyatı "özünə gəlməyə başlayacaq". Təbii ki, hökumətin iqtisadiyyatın inkişafına buraxdığı maliyyə sayəsində.
Antiböhran tədbirləri əsas hədəflər kimi nəzərdə tutulub
İqtisadi İnkişaf Nazirliyi ölkədə özəl bölmənin inkişafını sürətləndirmək, sahibkarlıq sektoruna dövlət dəstəyini gücləndirmək, dünya maliyyə böhranı şəraitində iri və orta müəssisələrə güzəştlər tətbiq etmək və digər tədbirləri həyata keçirmək niyyətindədir.
Ziyad Səmədzadə: “İnfrastruktur layihələrinin bəziləri təxirə salınacaq”
Maliyyə Nazirliyi 2009-cu ilin dövlət büdcəsi layihəsinə bəzi dəyişikliklər edilməsi ilə bağlı hazırladığı təklifləri Nazirlər Kabinetinə təqdim edib. Gələn ay hökumət tərəfindən Milli Məclisin müzakirəsinə veriləcək büdcə dəyişiklikləri ilə bağlı təkliflər büdcənin xərclər bölməsini əhatə edir. Bu barədə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib. Komitə sədrinin fikrincə, dövlət büdcəsi zərfində nəzərdə tutulan sosial layihələrə dəyişikliklər olmayacaq.
Vahid Əhmədov: “Büdcə sistemi haqqında” Qanuna əsasən, sosial müdafiə xərclərinə ixtisar edilə bilməz”
Qlobal maliyyə böhranı ölkədə həyata keçirilən maliyyə siyasətinə yenidən baxılmasını və büdcə siyasətinin böhranın şərtlərinə uyğunlaşdırılmasını tələb edir. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, ölkə Prezidenti "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında" Fərman imzalayıb və həmin sənədlə maliyyə intizamının qorunması məsələləri nazirlik qarşısında əsas tapşırıq kimi qoyulub.
Ermənilər hər il ölkəmizə məxsus qızıl ehtiyatlarını mənimsəyərək yüz milyonlarla dollar qazanırlar
Gələn ay zəngin qızıl ehtiyatlarına malik olan Gədəbəy rayonunda qızıl hasilatına başlanılacaq. ABŞ-ın tanınmış "R.V. Investment" şirkəti ilə hökumət arasında əldə olunmuş razılığa əsasən, Gədəbəy rayonunda geoloji-kəşfiyyat işləri başa çatdırılıb və ilkin proqnozlar ürəkaçandır.
Azərbaycan keyfiyyətsiz malların poliqonuna çevrilə bilər
Qlobal maliyyə böhranı nəticəsində Azərbaycana valyuta axınının sürəti azalıb. İqtisadçılar bunu dünyadakı maliyyə böhranının Azərbaycana göstərdiyi təsirlərdən biri kimi qiymətləndirirlər. Ekspertlərin fikrincə, bu il böhran nəticəsində Azərbaycana pul axını azalacaq, keyfiyyətsiz mal idxalı isə çoxalacaq. Xüsusilə də ölkəyə xeyli sayda keyfiyyətsiz ərzaq məhsullarının gətiriləcəyi proqnozlaşdırılır. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Əli Məsimlinin sözlərinə görə, Azərbaycan keyfiyyətsiz malların satış poliqonuna çevrilə bilər.
2009-2013-cü illərdə bütün yaşayış məntəqələrində sosial, iqtisadi, infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulur
Yeni sənəd ölkədə qeyri-neft sektorunun inkişafınının sürətləndirilməsi, iqtisadiyyatın diversifikasiyası, tarazlı regional və sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması ilə bağlı kompleks tədbirləri özündə əks etdirir. Yeni proqram bölgələrin iqtisadi və sosial həyatında köklü dəyişikliklərin baş verməsi üçün hansı parametrlərinə görə fərqlənəcək?
2012-ci ildə istifadəyə veriləcək zavodun tullantılarından elektrik enerjisi əldə olunacaq
İqtisadi İnkişaf Nazirliyi Bakı şəhərində məişət tullantıları zavodunun tikintisi ilə bağlı layihənin həyata keçirilməsi üçün Fransanın "Constructions İndustrielles de la Mediterranee S.A" ("CNİM S.A") şirkəti ilə müqavilə imzalayıb.
Şirkət tullantı metalların alınması barədə Dövlət Neft Şirkəti ilə danışıqlar aparır
"Son illər xammal qıtlığından əziyyət çəkən "Baku Stil Kompani", qısamüddətli fasilələri nəzərə almasaq, fəaliyyətini dayandırmadı. Dövlətin dəstəyi və daxili imkanları səfərbər etməklə yaşanan problemlər artıq öz həllini tapmağa başlayıb. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq şirkət aprelin 20-dən etibarən aktiv fəaliyyətə başlayacaq".
Türkiyənin Ermənistanla sərhədləri açması Azərbaycanın bir çox iqtisadi layihələri dayandırması ilə nəticələnəcək
Türkiyənin Ermənistanla sərhədləri aç masına dair məlumatlar bir nömrəli ictimai-siyasi mövzu kimi gündəmdən düşməyir. Bu barədə istər Azərbaycanda, istərsə də Türkiyədə fəaliyyət göstərən müxtəlif təşkilatların mövqeyi, siyasi dairələrin açıqlamaları eynidir: Türkiyə 16 ildir ki, qapanan sərhəd məftillərini qırmaqla Azərbaycana və türk dünyasına xəyanət etmiş olacaq. Ekspertlər erməni-türk "dostluğunun" bumeranqa çevriləcəyini və Ərdoğan iqtidarına böyük zərbə vuracağını bildirirlər. Onlar hesab edirlər ki, bu sövdələşmədən Azərbaycan yox, Türkiyə böyük itkilərlə çıxacaq.
Fond Azərbaycanla əməkdaşlıq strategiyasını nəzərdən keçirir
Beynəlxalq Valyuta Fondunun missiyası iki gündür ki, ölkəmizdə səfərdədir. Edmund Biberin başçılıq etdiyi nümayəndə heyəti hökumət strukturları ilə bir sıra görüşlər keçirib. Aprelin 8-dək davam edəcək səfər zamanı büdcə zərfi, vergi və gömrük sahəsində aparılan islahatlar, vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında müzakirələrin aparılması planlaşdırılır.
Şirkət böhranla əlaqədar bir sıra sahələrə ayrılan xərcləri yarıbayarı azaltmağı qərara alıb
Dünya neft bazarında baş verən böhran meyilləri respublikamızın neft sənayesinə də öz təsirini göstərib. Dünya bazarında neftin qiymətinin 140 dollardan təxminən 50 dollara düşməsi Dövlət Neft Şirkətinin büdcəsinin gəlirlər hissəsində azalma ilə müşayiət olunub. Bu problem şirkəti müvafiq addımlar atmağa məcbur edib.
Böhranın fəsadlarının aradan qaldırılması üçün yarım il ərzində 5 trilyon dollar vəsait ayrılacaq
Londonda "Böyük İyirmilik" sammiti baş tutdu. Böyük Britaniyanın paytaxtına dünyanın 20 ölkəsinin dövlət başçıları, mərkəzi bankların rəhbərləri, maliyyə və xarici işlər nazirləri, beynəlxalq maliyyə və qeyri-maliyyə təşkilatlarının nümayəndələri toplaşdı. Qeyd edək ki, "Böyük İyirmilik"in sammitində əsas müzakirə mövzusu dünya maliyyə böhranının qarşısını almaqdan ibarət idi. Dövlət başçıları 1930-cu ildən etibarən ilk dəfədir ki, təsadüf olunmuş dünya maliyyə böhranı ilə mübarizədə atılacaq birgə addımlarla bağlı müzakirələr aparırlar.
Nüsrət İbrahimov: "Köhnə avtomobillərin idxalının dayandırılması qiymətlərə kəskin təsir etməyəcək"
Ramil Osmanov: "İşlənmiş avtomobillərin idxalına məhdudiyyətlər qoyulması düzgün addımdır"
Ölkəyə köhnə avtomobillərin gətirilməsinə artıq qadağa qoyulur. Rusiyadan Azərbaycana gətirilən xeyli avtomobilin Samur gömrük-keçid məntəqəsində saxlanılmasını prosesin ilk mərhələsi kimi dəyərləndirmək olar. Dövlət Gömrük Komitəsi yaxın vaxtlarda bütün köhnə avtomobillərin ölkəyə gətirilməsinə qadağa qoyulacağını bildirir. Bu addım köhnə avtomobillərin ekoloji, estetik və istismar tələblərinə cavab verməməsi ilə fizah edilir. Yaxın vaxtlarda istismar müddəti 5 ili ötən Rusiya istehsalı olan bütün avtomobillərin gətirilməsi qadağan olunacaq. Digər ölkələrin istehsalı olan avtomobillərdə bu müddət 7-8 il olacağı gözlənilir.
İqtisadi böhrandan əziyyət çəkən ölkələrin 700 milyard dollar civarında borcla qarşı-qarşıya qalacaqları gözlənilir
"Qlobal böhran dünya ölkələrini böyük təhlükə ilə üzləşdirib". Bunu Tanzaniyada keçirilən konfransda Beynəlxalq Valyuta Fondunun (BVF) sədri Dominik Straus-Kan bildirib.
Əcnəbilərin Azərbaycana axını qlobal böhranla deyil, iri layihələrin həyata keçirilməsi ilə əlaqələndirilir
Qlobal iqtisadi böhranın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil. Çünki Azərbaycan da dünya iqtisadiyyatına aktiv inteqrasiya edən ölkələr sırasına daxildir. Ona görə də Azərbaycan hökumətinin böhranın vətəndaşlara təsirinin minimum olması üçün görəcəyi işlər çox önəmlidir. Maraqlıdır ki, maliyyə böhranının fəsadları ilə yanaşı, onun müsbət təsirlərinin də olacağını proqnozlaşdıran ekspertlər kifayət qədərdir.
Alver azalır, əziyyətini isə daha çox sıravi işçilər çəkir
Böhranın "Xidmət İş" Hİ Federasiyasının sahə müəssisələrinə təsirini öyrənmək və imkanımız daxilində onun fəsadlarının azaldılması məqsədi ilə vaxtaşırı araşdırmalar aparırıq. Əldə etdiyimiz məlumatlar böyük fəsadlardan xəbər verməsə də, hər halda bizdə narahatlıq doğurur. Fəallardan təşkil etdiyimiz qrupların təxminən 10-15 məişət malları mağazasında apardıqları monitorinqlər göstərdi ki, əhalinin alıcılıq qabiliyyəti təxminən 30-40 faiz aşağı düşüb. Elə mağazalar oldu ki, fəallarımızın müşahidə apardıqları bir saat ərzində arada alver getməyib.
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” bölgələrin bərabər və tarazlı şəkildə inkişaf etməsinə səbəb olub
2004-cü ilin fevralında təsdiq edilərək icrasına başlanılan "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" son beş ildə bölgələrin bərabər və tarazlı şəkildə inkişaf etməsinə impuls verib, bütün rayonların simasının əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olub.
Son bir neçə ayda respublikamızda fəaliyyət göstərən bir neçə iri şirkətdə işçilərin kütləvi ixtisarı aparılıb. Qısa müddətdə 10 000-ə yaxın insan iş yerlərini itirib. Buna baxmayaraq, rəsmi işsizlərin sayında artım qeydə alınmayıb.
Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.
Əlikram QURBANOV, Bakı şəhəri.
- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir: o müqavilə bağlayan tərəflər haqqında məlumatlar; o tərəflərin hüquq və vəzifələri; o görüləcək işlər və göstəriləcək xidmətlər; o müqavilənin müddəti; o tərəflərin məsuliyyəti; o müqaviləyə xitam verilməsi qaydası. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir. Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər. Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.