Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Dövlət Oğuz-Qəbələ su kəməri və Samur-Abşeron kanalı ətrafındakı torpaqları satın almaq niyyətindədir

20.06.08 - 20:00447 baxılıb

"Dövlət tərəfindən əhalidən satın alınan torpağın pulunu Dövlət Neft Fondu ödəyəcək". Bu barədə fondun icraçı direktoru Şahmar Mövsümov məlumat verib.


Azərbaycana gələn turistlərin sayı artacaq

20.06.08 - 19:57405 baxılıb

Vahid Əhmədov: "Turizm şirkətləri regionlarda istirahət obyektləri açdığı təqdirdə onlara güzəştlər edilməsi yaxşı olardı"

Qubad İbadoğlu: "Turizm fəaliyyətini hə yata keçirən dövlət qurumları turizm bölgələrində yerləşdirilməlidir"

Gəlirlilik göstəricilərinə görə, turizm sahəsinə maraq ildən-ilə artır. Yaxın illərdə də bu sektorda inkişaf tempinin sürətlənəcəyi proqnozlaşdırılır. Müxtəlif iqlim qurşaqlarının mövcudluğu, siyasi stabillik, inkişafda olan infrastruktur Azərbaycanın da turizm ölkəsinə çevrilməsi üçün geniş imkanlar yaradır. Artıq respublikamızda turizm mövsümü başlayıb. 238 turizm şirkəti sifarişlər qəbul edir.


Dünya ərzaq böhranından çıxış yolu tapa bilmir

13.06.08 - 18:35492 baxılıb

Azərbaycan isə taxıl yığımına başlayıb


Əli Əlirzayev: "Azərbaycanda bahalaşma olacaq, amma ərzaq qıtlığı olmayacaq"


Dünya ərzaq böhranının nəticələrini aradan qaldırmaq üçün beynəlxalq səviyyədə müzakirələr gedir. Son həftə həm MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən iqtisadi forumu, həm də "Böyük səkkizlər"in enerji nazirlərinin görüşü qlobal bahalaşma probleminin qarşısını almaq yollarının axtarılmasına yönəlmişdi. Bütün cəhdlərə baxmayaraq, hələlik konkret nəticələr əldə olunmayıb. Qeyd edək ki, son bir il ərzində dünyada ən vacib kənd təsərrüfatı məhsullarının qiymətində kəskin artım baş verib. Buğda 130 faiz, soya 90 faiz, düyü 80 faiz, qarğıdalı 35 faiz, süd və ətin qiyməti 2 dəfədən çox artıb. Birləşmiş Millətlər Təşkilatının yaydığı hesabata görə, yaxın dövrdə ən azı 36 ölkə ərzaq böhranı ilə üzləşərək risq altında qalacaq.


Kiçik sahibkarların hüququ pozulur

13.06.08 - 18:28436 baxılıb

Aslan İsmayılov:
"Müvafiq qanunvericiliyə kiçik sə hmdarların hüquqlarının müdafiəsinə yönələn dəyişiklik edilməlidir"

Keçid dövründə iqtisadi islahatların mühüm tərkib hissəsi olan özəlləşdirmə prosesinin başlamasından xeyli müddət keçsə də, bu sahədə yaranan problemlərin çoxu öz həllini tapmayıb. Özəlləşdirilən müəssisələrin əksəriyyəti fəaliyyət göstərmir. Daşınar və daşınmaz əmlak satılır və səhmdarlara da dividentlər ödənilmir. Əksər hallarda kiçik paya malik olan səhmdarların hüquqları pozulur.


Xaricdən kredit alınması birmənalı qarşılanmır

13.06.08 - 18:27500 baxılıb

Vahid Əhmədov:
"Ölkənin maliyyə imkanlarının getdikcə artdığı bir məqamda xaricdən yüksək faizlə borc alınmasını düzgün hesab etmirəm"

Azərbaycanın iqtisadi imkanları getdikcə artır. Bu, ölkəmizin istər daxilində, istərsə də regionda bir sıra layihələrin reallaşdırmasına imkan verir. Bununla yanaşı, Azərbaycan özü də xaricdən kreditlər alır. Belə bir məqamda ölkəmizin xaricdən borc alması birmənalı qarşılanmır.


Neft Fondunun aktivlərinin həcmi 5 milyard dolları ötüb

13.06.08 - 18:23425 baxılıb

Son 7 ildə Fondun vəsaitləri
20 dəfəyə yaxın çoxalıb

Dünya bazarında neftin qiymətinin qalxması Azərbaycanın mənfəət neftindən əldə etdiyi gəlirlərin əhəmiyyətli dərəcədə artmasına səbəb olub və hökumət ilin əvvəllərində proqnozlaşdırdığından xeyli artıq valyuta qazanıb.


2010-cu ilə kimi taxıl bazarı yaradıla bilər

13.06.08 - 18:22451 baxılıb

İndiyədək Birliyə üzv ölkələrin Hökumətlərarası Şurasının iclasında birgə istehsal və azad ticarət münasibətləri ilə bağlı təşəbbüsləri müəyyən fayda verib. Bütün MDB ölkələrinin ticarət dövriyyəsində, əsasən də ərzaq mallarının ticarətində bu qurumun üzvləri başlıca rol oynayır. Humanitar dəhlizlərin də faydası az əhəmiyyət kəsb etmir.


Gürcüstanda ən ucuz benzin Azərbaycan benzinidir

13.06.08 - 18:12379 baxılıb

Gürcüstanda neft məhsullarının qiymətləri artıb. Bu haqda neft məhsulları ixracatçıları, idxalçıları və istehsalçıları İttifaqının nümayəndələri bəyan ediblər.
"Hazırda qiymət artımından sonra benzinin qiyməti 5 tetri, dizel yanacağının qiyməti isə 10 tetri təşkil edir" - deyə İttifaqın prezidenti Vano Mtvralaşvili bildirib. Gürcüstanda hazırda Türkmənstan və Azərbaycandan tədarük edilən dizel yanacağının qiyməti bir litr üçün 1.75 - 1,85. lari, avrodizel üçün isə - 2,10 lari təşkil edir".
Benzinə gəldikdə isə, Azərbaycan yanacağının qiyməti 1,65 - 1,70 lari, Avropa yanacağının qiyməti - 1,80-dən 2 lariyədək təşkil edir. "Yaxınlarda neft məhsullarının daha 10 tetri bahalaşacağını gözləyirik. Bu da dünya bazarında müşahidə olunan qiymət artımı ilə bağlıdır" - deyə Mtvralaşvili qeyd edib.
Bununla yanaşı, o həmçinin qeyd edib ki, Gürcüstan bazarda mövcud olan rəqabətin hesabına nisbi də olsa, aşağı qiymətləri qoruyub saxlaya bilib.


“Aqrar sənaye kompleksinin inkişafı"strategiyası yaxın vaxtlarda təsdiq ediləcək

13.06.08 - 18:11466 baxılıb

Azərbaycanda "Aqrar sənaye kompleksinin inkişafı" strategiyasının yaxın vaxtlarda təsdiq ediləcəyi gözlənilir. Bu barədə məlumat verən kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev deyib ki, sənəddə kənd təsərrüfatının kompleks inkişafı ilə bağlı tədbirlər yer alıb: "Bu proqramda investisiya qoyuluşları, aqrar bölmənin inkişafı üçün elmi təminat, bitkiçiliyin inkişafı üçün müasir texnologiyaların tətbiqi, yeni heyvan cinslərinin ölkəyə gətirilməsi, damazlıq cinslərin alınması, artırılması və s. var. Bundan başqa, proqramda marketinqin qurulması da əksini tapıb".
Nazir müavini bildirib ki, sənəd təsdiq ediləndən sonra konkret sahələr üzrə proqram və layihələrin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, strategiya 2008-2015-ci illəri əhatə edir.


İran 2013 - cü ildə ölkəmizdən qaz alacaq

13.06.08 - 18:07376 baxılıb

Əhmədinejad hökuməti də Qərbin neft-qaz
korporasiyaları ilə bir yerdə işləməyə qərar verdi

Azərbaycanın regionda enerji tranziti mərkəzinə çevrilməsi dünyanın iri neft-qaz tədarükçüsü olan və beynəlxalq marşrutlar uğrunda rəqabətdə respublikamızın mənafeyinə zidd siyasət yürüdən ölkələrin siyasətində dəyişikliklərə səbəb olub. Artıq dünyanın iqtisadi xəritəsində strateji yerini tutan Azərbaycanla hesablaşmağa məcbur olan dövlətlərin sırasına anti-Qərb siyasəti yürüdən İran da daxil olmağa başlayıb. İran Azərbaycanın Qərb istiqamətli enerji siyasətini nəzərə alaraq ölkəmizlə eyni yanacaq layihəsində təmsil olunmaqla bir növ Avropanın enerji konsepsiyasına qoşulmuş ola bilər. Söhbət dünyanın iri qaz layihələrindən olan "Şahdəniz" layihəsində İranın da iştirak etmək niyyətindən gedir.


Dünyada gözlənilən ərzaq qıtlığı ölkəmizə təsir edəcəkmi?

27.04.08 - 9:53445 baxılıb

Məmməd Hüseynov:
"Dövlət tərəfindən taxılçılığa diqqət ayrılması bu istiqamətdə ciddi dəyişikliklərə səbəb olub"

Azər Mehtiyev:
"Dünyada yaranacaq ərzaq problemindən Azərbaycan da zərər çəkə bilər"

Son illər havaların istiləşməsi, su qıtlığı və dünyada müşahidə olunan digər ekoloji problemlər kənd təsərrüfatı məhsulları istehsalının azalması ilə nəticələnir. İstehsalın azalması və ərzaq məhsullarına tələbatın artması isə bahalaşmaya rəvac verir. Digər tərəfdən isə, strateji məhsul hesab olunan taxılın ixracına istehsalçı ölkələr qadağalar tətbiq edir. Artıq bir sıra beynəlxalq qurumlar yaxın illərdə dünyada ərzaq probleminin yaşanacağını proqnozlaşdırır. Respublikamızın ərzaq məhsullarının bir hissəsini idxal etdiyini nəzərə alsaq, Azərbaycanda da ərzaq probleminin yaşanacağı istisna edilmir.


Sənaye şəhərciyinin konsepsiyası hazırdır

27.04.08 - 9:51457 baxılıb

Sumqayıt şəhəri yaxınlığındakı Yaşma qəsəbəsində ilk sənaye şəhərciyinin yaradılması layihəsinin konsepsiyası artıq hazırdır. İqtisadi İnkişaf Nazirliyi aparatının rəhbəri Samir Vəliyevin sözlərinə görə, hazırda şəhərciyin yaradılması üçün dəqiq yer müəyyənləşdirilir. Bundan sonra şəhərcikdə müvafiq infrastrukturun yaradılması üçün maliyyə vəsaiti ayrılacaq.


Azərbaycan Bakı-Ceyhan kəmərlərinin genişləndirilməsiinin əleyhinədir

27.04.08 - 9:50437 baxılıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Bakı-Tiflis-Ceyhan neft kəmərinin buraxılış gücünün artırılması ilə bağlı layihə tərəfdaşları ilə apardığı danışıqlarda hələ ümumi razılığa gələ bilməyib. Bunu ARDNŞ-in marketinq və investisiyalar üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.


Neft çəlləyi barıta çevrilir

27.04.08 - 9:48451 baxılıb

"Qara qızıl"ın bahalaşmasından istifadə edən qlobalçılar kasıb dövlətləri dünya xəritəsindən silməyə hazırlaşır


Dünyanın bir nömrəli yanacaq növü olan neftin qiyməti son 4 ayda daha 5 faiz bahalaşaraq 118 dollara çatıb. Nyu-York və London birjalarında "qara qızıl"ın 1 bareli 117, 80 dollara satılıb. Neft ehtiyatları dünya dövlətlərinin tələbatını ödəmir. Ötən il dünyada 2 milyard tondan çox neft satılırdısa, hazırda birinci rübdə istehlak 4 faiz də artıb. Hindistan, Çin, Cənubi Koreya, Yaponiya tələbatın artmasında başlıca rol oynayır. Rusiya və OPEK gündəlik ixracı artırmır və nəticədə dünyanın nəhəng sənaye müəssisələri neft qıtlığını yaşayır. Müəssisələrin ehtiyaclarını ödəmək üçün neft resursları kifayət etmədiyindən bir sıra dövlətlər ötən ilin sonlarından etibarən bioetalon istehsalına başlayıb. Bu isə hazırda dünyanı fəlakətə sürükləyən ərzaq böhranı ilə üz-üzə qoyub.


Ərzaq böhranı dünyanı çalxalayır

19.04.08 - 13:32383 baxılıb

Amerika, Asiya və Afrikada ərzaq qıtlığının
kəskinləşməsi iğtişaşları alovlandırmağa başlayıb

Bu ilin yanvar ayında İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda beynəlxalq maliyyə institutlarının nümayəndələrinin səsləndirdikləri narahatlıq doğuran bəyanatlar özünü doğrultmağa başlayıb. Dünyada geriləmə tendensiyası artıq ilk simptomlarını hiss etdirir. 2008-ci ilin birinci rübündə dünyanın inkişaf etmiş dövlətləri və orta iqtisadi inkişaf dövrü yaşayan ölkələrinin əksəriyyəti bir sıra malların bahalaşması ilə üz-üzə qalıb. Bu faktor iqtisadi artım səviyyəsi 10 faizdən yuxarı keçə bilməyən dövlətlərin ümumi iqtisadi vəziyyətinə mənfi təsir edib. Nəticədə böhran üçün ilkin zəminlər görünməyə başlayıb. Yəni həmin ölkələrdə əhalinin real gəlirləri qiymət indeksini aşa bilmədiyindən inkişaf deyil, geriləmə nəzərə çarpır. Artıq dünya iqtisadiyyatının gerçək mənzərəsi bundan ibarətdir ki, ərzaq və xammal ehtiyatlarına olan tələbat son 5 ildə 50 faizdən çox artıb, bu isə, qiymətlərin bahalaşması bir yana, iri istehsalçıların bazarın tələbini ödəyə bilməməsi ilə nəticələnib.


BMT narahatdır

19.04.08 - 13:26430 baxılıb

Dünya bazarında ərzaq məhsullarının qiymətləri sürətlə artmaqdadır. Birləşmiş Millətlər Təşkilatı bu artımın milyonlarla insanın həyatını təhlükə altına qoyacağı barədə dünya ictimaiyyətinə xəbərdarlıq etdi. Bu gün yalnız acları doyurmaq üçün təcili 500 milyon dollar lazımdır.


İnvestorların bölgələrə cəlb etmək üçün tədbirlər görülməlidir

15.04.08 - 13:05410 baxılıb

Vahid Əhmədov: "Prioritet sahələr müəyyənləşdirilib, buna uyğun infrastruktur layihələr həyata keçirilməlidir"

Ələkbər Məmmədov: "Hər bir bölgənin öz iqtisadi
potensialı işə salınmalı, müvafiq gələn iqtisadi
sahələr yaradılmalıdır"


Ölkədə sahibkarlıq fəaliyyəti getdikcə geniş vüsət almaqdadır. Bu fəaliyyətin bütün respublika ərazisini əhatə etməsi üçün hökumət müxtəlif dövlət proqramları qəbul edib, həyata keçirir.


Taxıl ehtiyatı fondu yaradılır

15.04.08 - 13:02510 baxılıb

Aqrar sektor daha 5 il vergidən azad olunacaq


Taxıl qıtlığı probleminin aradan qaldırılması üçün Kənd Təsərrüfatı Nazirliyi (KTN) Taxıl Ehtiyatı Fondunun yaradılmasını planlaşdırır. Bu barədə Kənd tTəsərrüfatı naziri İsmət Abasov bildirib.


Gədəbəy yatağından qızıl hasilatına başlamaq üçün 20 milyon dollar məbləğində kredit cəlb edilib

15.04.08 - 13:02394 baxılıb

Böyük Britaniyanın "Anglo Asian Mining Plc." şirkəti Azərbaycanın "Gədəbəy" filiz yatağında qızıl istehsalı işlərinə başlanılması məqsədi ilə Azərbaycan Beynəlxalq Bankından 20 mln. ABŞ dolları məbləğində əlavə kredit cəlb edib.


Azərbaycanda hərbi təyinatlı məhsullar istehsal edən zavodlar tikiləcək

15.04.08 - 13:01445 baxılıb

Yaxın vaxtlarda Azərbaycanın Xaçmaz rayonunda və Əli Bayramlı şəhərində hərbi təyinatlı məhsullar istehsal edən yeni müəssisələrin inşası gözlənilir.


< 1 2 3 4 5 ... 11 12 13 14 15 ... 16 17 18 19 20 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.