Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Milli Bankın İdarə Heyətinin qərarı ilə kommersiya bankları üçün uçot dərəcəsi 13%-dən 14%-ə yüksəldilib. Faiz dəhlizinin aşağı həddinin 5%-dən 3%-ə endirilməsinə, yuxarı həddinin isə 19%-dən 20%-ə yüksəldilməsinə dair qərar qəbul edib.
Görülən tədbirlər saxta məhsulların satışa çıxarılmasının qarşısını ala bilmir
Bakının ticarət obyektlərində keyfiyyətli ərzaq məhsullarını tapmaq o qədər də asan deyil. Bu istiqamətdə görülən tədbirlərə baxmayaraq, bazar və mağazalara keyfiyyətsiz ərzaqlar daxil olur. İstehsalçısı bəlli olmayan, yaxud saxta etiketlər yapışdırılaraq satışa çıxarılan həmin məhsulları bazardan tamamilə çıxarmaq mümkünsüz olub. Rəsmi qurumlar vaxtaşırı istehlak bazarında monitorinqlər keçirərək həmin malları yığışdırsa da nəticəsi olmur. Bir müddət sonra yenidən keyfiyyətsiz ərzaqlar satışa çıxarılır.
Bunun 2,4 milyard dolları dövlət zəmanəti altında cəlb edilib
Azərbaycanın xarici borcu 3,7 milyard dollara çatıb. Bu rəqəm Milli Bankın apardığı monitorinq nəticəsində üzə çıxıb. Borcla yanaşı ölkənin strateji valyuta ehtiyatlarının da həcmi artıb. İndi ölkəmizin 2,9 milyard dollarlıq valyuta ehtiyatı var ki, burada da milli bankın və dövlət neft fondunun payı təxminən bərabərdir.
Ölkəmizdə kapitalın hazırkı səviyyəsi orta Avropa səviyyəsi kimi qiymətləndirilir
Milli Bank ölkənin növbəti üç-dörd ilə hesablanmış bank sektorunun inkişafı strategiyasının hazırlanmasına başlayıb. Strategiyada mövcud bank qanunvericiliyinin yaxşılaşdırılması, bank infrastrukturunun təkmilləşdirilməsi nəzərdə tutulur.
Broyler təsərrüfatları yemin bahalaşması səbəbindən istehsalı dayandırmağa başlayıb
Novruz bayramında yenidən bahalaşan ərzaq məhsullarının qiymətləri, bazara nəzarət edən qurumların nümayəndələrinin arxayınçılıqla verdikləri vədlərə baxmayaraq, ucuzlaşmadı. Meyvə-tərəvəz, süd, yağ, çörək-makaron, şirniyyat məhsulları təxminən 20 faiz, ət və ət məhsullarının qiymətləri 30-40 faiz artıma məruz qalıb. Martın ortalarında 5 manata satılan mal əti indi 6 manatdan ucuz deyil. Qoyun əti son 20 gündə 40 faiz artaraq 6 manat 50 qəpikdən 8-9 manatadək yüksəlib. Toyuq əti isə 50-60 faiz bahalaşıb. Nisbətən sabit qalan yumurtanın qiymətidir.
Qardaş ölkənin sənaye nəhəngi Azərbaycanın Neft Şirkətinə qismət oldu
Gələn ay Azərbaycan Türkiyənin ən nəhəng neft-kimya müəssisəsi olan "Petkim" şirkətinin səhmlərinə sahib olacaq. DNŞ (SOCAR) neft-kimya kompleksinə Türkiyənin "Turcas" və Səudiyyə Ərəbistanının "İnjas" şirkəti ilə alyans yaratmaqla bu müəssisəni işlətmək iddiasındadır. "Turcas"ın Direktorlar Şurasının sədri Erdal Aksoy bildirib ki, mayın 7-dək "SOCAR-Turcas" alyansı "Petkim"də 51 faiz iştirak payı alacaq. Gələn ay memorandumun imzalanması nəzərdə tutulur. Türkiyənin sənaye şəbəkəsinin özəlləşdirilməsi həddindən artıq çətin şəraitdə keçdiyindən DNŞ-in qalib gəlməsini böyük uğur kimi səciyyələndirmək olar.
Respublikamızda Beynəlxalq Əmək Təşkilatının dəstəyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə daha bir layihəyə start verilmişdir.
Aprelin 2-də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası "Əmək münasibətlərinin tənzimlənməsi və əmək qanunvericiliyinə əməl edilməsi sahəsində işəgötürənlərin vəzifələri və məsuliyyəti" mövzusunda seminar keçirmişdir.
Azərbaycanın "Gədəbəy" filiz yatağından 2008-2015-ci illər ərzində 9,5 ton qızıl çıxarılması planlaşdırılır. Bu barədə hökumətdəki mənbələrdən məlumat verilib. Bu müddət ərzində yataqdan qızılla yanaşı, 60,5 ton gümüş və 7.714 ton mis çıxarılması nəzərdə tutulur.
Broylerlər iqtisadi problemlər yaşayır Broyler müəssisələrinin Azərbaycana gətirdiyi yem və avadanlığa əlavə dəyər vergisinin (ƏDV) tətbiq olunması belə müəssisələri çətin vəziyyətə salıb. Bu barədə Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev məlumat verib.
Qazaxıstan öz neftini Şərq-Qərb kəməri ilə nəql etməyə hazırdır
Qazaxıstan parlamenti neftin Bakı-Tbilisi-Ceyhan enerji dəhlizi vasitəsilə dünya bazarlarına çıxarılması barədə qanun layihəsini təsdiq edib. Xatırladaq ki, dünya miqyaslı bu layihənin gerçəkləşməsində Qazaxıstan da təşəbbüskarlığı ilə seçilib. 1999-cu il noyabrın 18-də Türkiyənin İstanbul şəhərində ATƏT-in zirvə toplantısında imzalanan Bəyannamənin əsas detallarından biri də məhz Qazaxıstanın bu layihəyə qoşulmasından ibarət olub. Qazaxıstanın neft ehtiyatlarının bu kəmərə cəlb edilməsi üçün ABŞ-ın şahidliyi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan arasında İstanbul Bəyannaməsi imzalandıqdan sonra rəsmi Astana dəfələrlə öz neftini bu kəmərlə axıtmaq üçün hazırlıq işlərinə başladığını xatırladıb.
Kənd Təsərrüfatı Nazirliyi kömək üçün hökumətə müraciət edib
Kənd Təsərrüfatı Nazirliyi (KTN) spirtli içkilər bazarında yeni monitorinqləri başa çatdırıb. Nazirlik bir sıra qanunsuzluqlar aşkar edib və bununla bağlı keyfiyyətsiz məhsulların satışına qadağa qoyulması barədə hökumətə müraciət edib. KTN-nin ərzaq məhsullarının keyfiyyəti, standartlar və lisenziya şöbəsinin müdiri, alkoqollu içkilərlə bağlı yaradılmış İşçi Qrupunun rəhbəri Əhliman Nəsirov bildirib ki, həmin məhsulların tərkibi kimyəvi qarışıqlardan ibarətdir və insan orqanizmi üçün çox təhlükəlidir. Səhiyyə Nazirliyinin mütəxəssislərinin apardıqları laborator müayinələr zamanı həmin malların keyfiyyətsiz olduğu və mənşəyinin şübhə doğurduğu təsdiqlənib.
Amerika Rusiyanı sıradan çıxarmaq üçün yeni strategiya hazırlayır Amerika və Avropa İttifaqı "TransXəzər" layihəsinin gerçəkləşməsi ilə bağlı son günlər təşəbbüsləri sürətləndirib. ABŞ-ın Dövlət Departamentində Avrasiya üzrə enerji məsələləri koordinatorunun yaradılmasını da superdövlətin bu planının tərkib hissəsi kimi səciyyələndirmək olar. Yeni təsisat Xəzər regionunun enerji resurslarının dünya bazarlarına ixracı üçün strateji marşrutların perspektivlərini və geoiqtisadi vəziyyəti tənzimləmək üçün taktiki addımlar atılmasına hesablanıb.
Ölkə Prezidentinin sərəncamı ilə İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak məhsullarının ekspertizası mərkəzi (laboratoriyaları ilə birgə) ləğv edilib.
Bakıda Azərbaycan və Türkmənistan hökumətləri arasında borc öhdəliyi və maliyyə tələblərinin nizamlanması barədə hökumətlərarası müqavilə imzalanıb. İmzalanma mərasimi Türkmənistan Baş nazirinin müavini Xıdır Saparlıyevin Azərbaycana səfəri çərçivəsində keçirilib. Sənədi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıb.
Ölkə iqtisadiyyatında baş vermiş sürətli inkişaf Nizami rayonunun timsalında özünü göstərmişdir. 2007-ci ilin yanvar-dekabr aylarında fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 671,9 milyon manat dəyərində məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bunun da 14.7 faizi qeyri-dövlət sektoruna aiddir. İstehsal olunmuş məhsulun 101.7 faizi istehlakçılara göndərilmişdir. İstehlakçılara göndərilmiş məhsulun həcmi 683.3 milyon manat təşkil etmişdir.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Dünya Bankı ilə birlikdə 29 ölkədə "Keçid dövründə yaşayış" adlı araşdırma aparıb. Araşdırma çərçivəsində fermer və fəhlələrdən tutmuş evdar qadınlara qədər müxtəlif sosial təbəqələrin nümayəndələri arasında sorğu keçirilib. Məqsəd keçid dövrünün bu insanların yaşayış tərzinə təsirini öyrənməkdən ibarət olub.
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstana qaz tədarükünə dair danışıqları mart ayında Bakıda davam etdiriləcək. Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.