Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 500 mln. dollar həcmində sindikatlaşdırılmış kredit əldə edib. ARDNŞ-dən verilən məlumatda bildirilir ki, bu, Azərbaycan şirkəti tərəfindən zəmanətsiz alınan ilk iri kreditdir.
Hökumət martın 14-də Milli Məclis qarşısında illik hesabat verəcək. Bu barədə Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının sədri Ziyad Səmədzadə məlumat verib.
Kənd Təsərrüfatı Nazirliyi aqrar sektora subsidiyaların məbləğini 100 milyon manatadək artırılması təklifi ilə çıxış edib. Nazirliyin bitkiçilik və toxumçuluq şöbəsinin müdiri Sabir Vəliyev bildirib ki, 2008-ci ilin dövlət büdcəsində bu məqsədlə 80 milyon manat ayrılıb.
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ABŞ Dövlət Departamentinin Avrasiya enerji diplomatiyası üzrə əlaqələndiricisi Stiven Mənnin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. S.Mənn regiona səfəri çərçivəsində Türkiyə və Türkmənistana baş çəkəcəyini, daha sonra yenidən Bakıya qayıdacağını və burada müzakirələri davam etdirəcəyini bildirib. Qonaq Azərbaycanın energetika sahəsində həyata keçirdiyi layihələrin bundan sonra da ABŞ tərəfindən dəstəklənəcəyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın enerjidaşıyıcılarının icracı məsələləri xüsusi maraq doğurur.
"Biz qloballaşma qatarının arxasınca qaçmamalıyıq. Bu qatarda ən yaxşı, super şəraitə malik kupedə yerimizi tutmalıyıq". "Qeyri-formal iqtisadiyyata qarşı mübarizə" mövzusunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının maliyyə dəstəyi ilə "Abşeron" hotelində keçirilmiş dəyirmi masada səsləndirilən bu narahatçılıq respublikamız üçün də aktualdır.
Kənd Təsərrüfati Nazirliyi xarici mütəxəssislərin iştiraki ilə 2007-2015-ci illəri əhatə edən strateji proqram hazırlayıb. Bu barədə məlumat verən Kənd Təsərrüfatı nazirinin nüavini Aslan Aslanov qeyd edib ki, Nazirlik hazırda heyvandarlığın inkişaf etdirilməsi istiqamətində işləyir.
Dövlət Neft Şirkəti (ARDNŞ) xarici maliyyə bazarından 500 mln. ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit cəlb edib. Kreditin təşkilatçısı ABŞ-ın "Citibank"ı, Hollandiyanın "ABN AMRO" banklarıdır. Kredit 3 il müddətinə, illik Libor+1,75% dərəcəsilə ayrılır.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Mərkəzi və Şərqi Avropa, habelə MDB ölkələrində islahatların gedişatı və iqtisadi inkişafa dair hesabat hazırlayıb.
Dövlətlər arasında ticari əlaqələrin genişlənməsi iqtisadiyyatın beynəlmiləlləşməsinə gətirib çıxarır. İndi iqtisadi əlaqələrin qurulmasını dövlətlərdən çox transmilli korporasiyalar həll edirlər. Bu gün beynəlxalq kapital qoyuluşunun həcminin hiss olunan artımı nəticəsində istehsalat dövlətlərin sərhədlərini aşmaqdadır. Avtomobil istehsalı sahəsinə fikir versək görərik ki, bəzən bir şirkətin onlarca ölkə də təchizatçı zavodları fəaliyyət göstərir. Məsələn, amerikanların General Motors Şirkətinin bütün dünyaya səpələnmiş 100 mindən çox təchizatçı şirkəti var. Eləcə də almanların Mercedes şirkəti, fransızların Pegeaut, Renault şirkətləri. Dünyada neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli sahəsində peşəkarlaşmış bp, ŞEVRON, EXON-MOBİL, SAİPEM, ENI GRUPU, TOTAL-FİNA-ELF kimi nəhənglər indi bir dövlətin sərhədlərinə sığışmırlar. Bu gün qarşısıalınmaz bir proses gedir: bir neçə iri maliyə institutu, məsələn, Beynəlxaq Valyuta Fondu (BVF), Dünya Bankı (DB), Avropa Yenidənqurma və İnkişaf Bankı… dünyanın demək olar ki, hər yerində iri layihələrin maliyyələşdirilməsini həyata keçirir və maliyyə nəzarətini öz əllərində saxlayır.
Ötən həftə Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) Müşahidə Şurasının növbəti iclası keçirilib. AİŞ-dən verilən məlumata görə, iclasda "Qaradağ Sement" ASC-yə investisiya qoyuluşu barədə qərar qəbul edilib.
Nazirlər Kabineti 2009-cu il dövlət büdcəsi layihəsi və proqnoz göstəricilərinin dövlət başçısına vaxtında təqdim edilməsi məqsədi ilə sərəncam imzalayıb.
Dövlət Neft Şirkəti tərəfindən "Kulevi" terminalında inşa edilən limanın bu həftə açılışı olacaq. Bu barədə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev məlumat verib.
Torpaq pay mülkiyyətçiləri torpağın keyfiyyətindən asılı olaraq hər hektara görə minimum əməkhaqqının 2 faizindən 12 faizinə qədər sığorta haqqı verəcəklər
Gəncə avtomobil zavodu Azərbaycanda “UAZ” markalı avtomobillərin yığılmasını dayandırır. Zavod rəhbərliyi bu addımı nəzərdə tutulduğu qədər “UAZ”-ın artıq yığıldığı ilə izah edir. Belə ki, 2007-ci ildə Gəncədə 74 müxtəlif modeldə avtomobil yığılıb, bu da bütün normanı əhatə edir.
Bakının Heydər Əliyev və Babək prospektlərinin kəsişməsində ("Exselsior" oteli yaxınlığındakı dairədə) inşa olunan avtomobil yol qovşağının körpü hissəsində Azərbaycanda ilk dəfə buzlaşmaya qarşı istilik sistemləri quraşdırılır. Bu barədə "Azəryolservis" ASC-dən məlumat verilib.
Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Anar Axundov və icraçı direktorun müavini Riad Qasımov Londonda "Securities Research Associates" şirkəti tərəfindən Böyük Britaniyada fəaliyyət göstərən investisiya şirkətlərinin rəhbərləri ilə təşkil olunmuş görüşlərdə iştirak ediblər.
Corc Soros Davos forumunda bütün ölkələri böhrana qarşı birləşməyə çağırıb
isveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumu dünyadakı iqtisadi böhranın və qlobal iqlim dəyişikliklərinin həlli ilə bağlı təxirəsalınmaz qabaqlayıcı tədbirlərin həyata keçirilməsi barədə nəhəng iqtisadi qurumların rəhbərlərinin narahatlığı baxımından diqqəti cəlb etməkdədir. Davos forumu bir daha dünya ölkələrinin, əsasən də Amerikanın ən qorxulu simptom olan böhranla üz-üzə dayandığını göstərdi. Dünyaya hegemonluq etməyə çalışan ABŞ artıq bu böhran qarşısında acizliyini etiraf etməyə məcbur oldu. Superdövlət həm də qlobal iqlim dəyişikliklərinin hansı fəlakətlər törədə biləcəyini bəyan etməklə dövlətləri birliyə çağırır.
Azərbaycanın Kənd Təsərrüfatı naziri İsmət Abasov Azərbaycanın quşçuluq müəssisələrinin idxal etdikləri yemə ƏDV-nin ləğvi ilə bağlı təklifə münasibət bildirərək qeyd edib ki, respublikada quş ətinə olan tələbatı yerli istehsal hesabına ödəmək məqsədi ilə idxal edilən yem və yem əlavələrinə və texnoloji avadanlıqların hissələrinə 18% əlavə dəyər vergisinin ləğv edilməsini məqsədəuyğun hesab edir. Onun sözlərinə görə, bu, məhsulun maya dəyərinin artmasına və son nəticədə quşçuluq məhsullarının qiymətlərinin bahalaşmasına səbəb olur.
Ötən il müvafiq fərdi icazə əsasında ölkədə işləyən əcnəbilərin sayı 1783 nəfər təşkil edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu göstərici daxili əmək bazarında iştirak edən əcnəbilərin real sayından dəfələrlə azdır. Qeyd edək ki, hazırda əcnəbilər üçün fərdi icazənin alınmasına görə işəgötürənlər tərəfindən 44 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur ki, bu da sahibkarların milli əmək bazarında keyfiyyətsiz və ucuz əcnəbi işçi qüvvəsini cəlb etməyə stimullaşdırır. Belə problemləri aradan qaldırmaq məqsədi ilə nazirlik tərəfindən müvafiq təkliflər hazırlanır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.