Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

HÖKUMƏT BÜTÜN İRİ RABİTƏ MÜƏSSİSƏLƏRİNİ BİRLƏŞDİRƏCƏK

19.01.08 - 10:33765 baxılıb

“AZTELEKOM”, BAKI TELEFON RABİTƏSİ VƏ TELERADİO İSTEHSALAT BİRLİKLƏRİNİN BAZASINDA YARADILACAQ YENİ QURUM "AZƏRTELEKOM" ADLANACAQ

Azərbaycan hökuməti indiyədək mövcud olan bütün iri rabitə müəssisələrini birləşdirəcək. Bu haqda məlumatı Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin sədri Kərəm Həsənov verib.


NEFT FONDU DİVİDENT ALIB

19.01.08 - 10:32490 baxılıb

Dövlət Neft Fonduna (DNF) Heydər Əliyev adına Bakı - Tbilisi - Ceyhan (BTC) əsas ixrac boru kəməri layihəsi üzrə 2007-ci ilin nəticələrinə uyğun olaraq Azərbaycanın payına düşən 16,5 milyon dollar məbləğində divident ödənilib.


AZƏRBAYCANLA GÜRCÜSTAN ARASINDA YENİ QAZ MÜQAVİLƏSİ İMZALANACAQ

19.01.08 - 10:31404 baxılıb

2008-ci ildə Azərbaycan əhalisi üçün təbii qazın qiyməti artırılmayacaq. Hazırda istehlakçılara satılan "mavi yanacaq"ın qiyməti 1 kubmetr üçün təxminən 0,05 manat təşkil edir. "Azəriqaz" QSC-nin sədri Əlixan Məlikovun sözlərinə görə, hazırda əhalinin təxminən 80 faizi qazla təmin olunur. Yaxın vaxtlarda Beyləqan rayonu, sonra isə Horadiz qəsəbəsi qazla təmin olunacaq.


"KATEL"-İN DÖVLƏT PAYI ÖZƏLLƏŞDİRİLİB

19.01.08 - 10:31552 baxılıb

Hökumət "Katel" Azərbaycan-Amerika birgə müəssisəsindəki dövlətə məxsus 50 faiz payın özəlləşdirilməsini başa çatdırıb və artıq tərəflər arasında müqavilə də imzalanıb.


“PREZİDENT SƏRƏNCAMININ DÜZGÜN İCRASI İNFLYASİYANIN QARŞISINI QİSMƏN ALA BİLƏR”

12.01.08 - 9:04481 baxılıb

2007-ci ildə Azərbaycanda inflyasiya 18,8 faiz olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. 2007-ci ilin dekabr ayında bu nəticə 2,5 faizə bərabər olub.
Beləliklə, ötən il ərzaq məhsullarının qiyməti 19 faizə qədər qalxıb (dekabr ayında 3,6%), qeyri-ərzaq mallarına isə 11,4 faiz (0,9%), xidmətə görə 26,9 faiz (1,7 %). Dekabr ayında un, çörək, makaron məmulatları, uşaq qidaları, mal əti, kolbasa məmulatları, konserva, spirtli içkilər, bitki yağları, şəkər və şəkər tozu, bəzi meyvə və tərəvəz məhsulları, konfet, süd məhsulları, yumurtanın qiymətində artım müşahidə olunub. Portağal, kök kimi məhsullarının qiyməti isə, əksinə olaraq, aşağı düşüb.


BU İLDƏN İCBARİ TİBBİ SIĞORTA TƏTBİQ EDİLƏCƏK

12.01.08 - 9:03489 baxılıb

Cari ildən Azərbaycanda icbari tibbi sığorta (İTS) tətbiqlənə bilər. Bu məqsədlə artıq layihə də hazırlanıb. Pilot layihənin ilk olaraq Siyəzən rayonunda reallaşdırılması nəzərdə tutulub.
İcbari tibbi sığortanın tətbiqi üçün dövlət büdcəsindən maliyyə vəsaiti də ayrılıb. Azərbaycanda İTS sosial təminatın elementi kimi Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirlikləri tərəfindən həyata keçiriləcək. Qeyd edək ki, İTS mexanizmi Nazirlər Kabinetinin "Azərbaycanda səhiyyənin maliyyələşdirilməsi sistemində islahatlar və icbari tibbi sığortanın tətbiqi proqramı haqqında" 2006-cı il tarixli sərəncamından sonra hazırlanıb.


"BİR PƏNCƏRƏ" SİSTEMİNİN TƏTBİQİNƏ BAŞLANILIB

12.01.08 - 9:01491 baxılıb

HƏLƏLİK XÜSUSİ REJİMLİ VERGİ XİDMƏTİ DEPARTAMENTİNƏ MÜRACİƏT EDƏNLƏRİN ÇOXU MƏLUMAT ALMAQ İSTƏYƏNLƏRDİR

Sahibkarların qeydiyyata alınması üçün Azərbaycanda "bir pəncərə" sisteminin tətbiqinə başlanılıb. Müəssisə açmaq istəyənlər yanvarın 7-dən Vergilər Nazirliyinin xüsusi rejimli vergi xidməti departamentinə müraciət etməyə başlayıblar.


NAZİRLƏR KABİNETİ ƏDV-DƏN AZAD OLUNMUŞ MALLARIN SİYAHISINI TƏSDİQLƏYİB

12.01.08 - 9:00512 baxılıb

Nazirlər Kabineti ölkəyə gətirilən əlavə dəyər vergisindən (ƏDV) azad digər malların siyahısını təsdiqləyib. Bu barədə məlumatı Gömrük Komitəsi verib. Komitədən verilən məlumata görə, yeni təsdiq edilmiş sənəddə 30-dan çox adda mal və məmulatların əlavə dəyər vergisindən azad olunması göstərilir.


VERGİLƏR NAZİRLİYİ MÜĞƏNNİLƏRİ HƏDƏFƏ GÖTÜRDÜ

29.12.07 - 9:06522 baxılıb

VERGİ ORQANLARI BU SAHƏDƏ QISA MÜDDƏT ƏRZİNDƏ KÖKLÜ DƏYİŞİKLİKLƏRƏ SƏBƏB OLA BİLƏCƏK CİDDİ TƏDBİRLƏRƏ BAŞLAYACAQ

Vergilər Nazirliyi yeni ildən ölkədəki müğənnilərin gəlirlərinin vergiyə cəlb edilməsi sahəsində nəzarəti gücləndirmək niyyətindədir. Bu barədə Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsi rəisinin I müavini Habil Məmmədov bildirib.


İCTİMAİ BAXIŞ KEÇİRİLMİŞDİR

29.12.07 - 9:03549 baxılıb

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin 30 mart 2007-ci il tarixli qərarı ilə "Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində, məktəbəqədər və məktəbdənkənar uşaq tərbiyə müəssisələrində sağlam və təhlükəsiz iş şəraiti yaratmaq, istehsalat zədələnmələrini, peşə xəstəliklərini aradan qaldırmaq, müəssisə rəhbəri tərəfindən kollektiv müqavilədə nəzərdə tutulmuş əməyin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə ictimai baxış" keçirilmişdir. Respublika Komitəsinin yaratdığı komissiya yerlərdə keçirilmiş baxış- müsabiqəyə təqdim olunmuş sənədləri nəzərdən keçirərək qalibləri müəyyənləşdirmişdir.


ƏMƏYİN MÜHAFİZƏSİNİN VƏZİYYƏTİ MÜZAKİRƏ EDİLMİŞDİR

29.12.07 - 9:02586 baxılıb

Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin III plenumu "RİMHİRK-in xidmətinə daxil olan müəssisə və təşkilatlarda əməyin mühafizəsinin vəziyyəti barədə" məsələ müzakirə etmişdir.
Yığıncağı giriş sözü ilə HİRK sədri Tofiq Musayev açmışdır. Respublika Komitəsi sədrinin müavini Rəşad Səfərovun məruzəsi dinlənilmişdir.
Qeyd edilmişdir ki, sahə müəssisələrində əməyin və sağlamlığın mühafizəsi Rabitə İşçiləri Müstəqil HİRK-in gündəlik fəaliyyətinin əsasını təşkil edir.


NAZİRLƏR KABİNETİ NAXÇIVANA UÇUŞLARIN QİYMƏTİNİ 2 DƏFƏ ENDİRDİ

29.12.07 - 9:00490 baxılıb

NAXÇIVANDAN BAŞQA BÜTÜN REYSLƏRİN QİYMƏTLƏRİ İSƏ TŞ-NİN QƏRARINA UYĞUN SAXLANILIB

Tarif Şurası "AZAL" Dövlət Konserni tərəfindən həyata keçirilən ölkədaxili aviadaşınmaların tariflərini artırması Muxtar Respublikanın sakinləri tərəfindən narazılıqla qarşılandığından Nazirlər Kabineti bu istiqamətə uçan təyyarələrin biletlərinə yenidən baxıb və güzəştlər edib. Tarif Şurasının sədri Heydər Babayev bildirib ki, blokada şəraitində olan Naxçıvana uçmaq istəyənlərin xərclərinin bir hissəsini hökumət ödəyəcək.
NK-nın qərarına əsasən, yeni ildən Bakı-Naxçıvan-Bakı aviareysi ilə hərəkət edən sərnişin təyyarəsinə biletin faktiki satış qiyməti 40 manat olacaq.


ADİ İPOTEKANIN FAİZ DƏRƏCƏLƏRİNDƏ DƏYİŞİKLİK GÖZLƏNİLİR

15.12.07 - 9:07416 baxılıb

Gələn ildən etibarən adi və sosial ipoteka kreditləşməsi bərpa olunacaq. Bu haqda Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. O, qeyd edib ki, adi ipoteka kreditləşməsi kommersiya şərtləri əsasında idarə olunacağından onun faiz dərəcələri artacaq: "Amma bu o demək deyil ki, ipoteka kreditlərinin faiz dərəcələrini banklar istədikləri şəkildə təyin edəcəklər.


DÖVLƏT NEFT FONDU VALYUTA FONDUNA YENİDƏN BAXIŞ KEÇİRİB

15.12.07 - 9:05395 baxılıb

Dolların ucuzlaşması Dövlət Neft Fondunda toplanan vəsaitlərin valyuta tərkibinə yenidən baxılmasını tələb edib. Fondun icraçı direktoru Şahmar Mövsümovun sözlərinə görə, gələn ildən etibarən dollarda saxlanılan vəsaitin həcmi 5 % azaldılacaq.


SIĞORTA ŞİRKƏTİ AÇMAQ ÜÇÜN TƏLƏB OLUNAN NİZAMNAMƏ KAPİTALININ MƏBLƏĞİ ARTIRILIB

15.12.07 - 9:04602 baxılıb

Milli Məclisin “Sığorta fəaliyyəti haqqında” qanuna etdiyi əlavə və düzəlişlərə uyğun olaraq yanvarın 1-dən etibarən sığorta şirkətlərinin nizamnamə kapitalına qoyulan minimum tələb artırılacaq. Bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Şöbəsinin müdiri Namiq Xəlilov məlumat verib.


GƏLƏN İLDƏN ÇİNDƏN GƏTİRİLƏN UŞAQ OYUNCAQLARI CİDDİ YOXLANILACAQ

15.12.07 - 9:02482 baxılıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi fəaliyyətini daha da sərtləşdirmək niyyətindədir
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi ölkədə Çindən gətirilən uşaq oyuncaqları ilə bağlı problemlərin olduğunu bəyan edir. Bunu agentliyin baş direktoru Ramiz Həsənov bildirib.


ÜTT-YƏ ÜZVLÜKLƏ BAĞLI DANIŞIQLAR PROSESİ UZANA BİLƏR

15.12.07 - 9:01434 baxılıb

"ÜTT-yə üzvlüklə bağlı danışıqlar prosesi bir qədər uzana bilər". Bu barədə Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.
Onun sözlərinə görə, hökumət Azərbaycanın bu mötəbər quruma mövcud reallıqları nəzərə almaqla qəbulunu istəyir: "Hazırda növbəti danışıqlara hazırlıq gedir.


MANATIN BAHALAŞMASI AZƏRBAYCANA CİDDİ TƏSİR GÖSTƏRMƏYƏCƏK

15.12.07 - 9:00524 baxılıb

Manatın dollara nisbətən bahalaşması Azərbaycanda ixracla məşğul olan şirkətlərə ciddi təsir göstərməyəcək. Milli Bankın sədri Elman Rüstəmov bildirib ki, dolların ucuzlaşması prosesi Azərbaycanla tərəfdaş olan bütün ölkələrdə gedir.


ƏMANƏTLƏRİN SIĞORTALANMASI PROSESİ SÜRƏTLƏNİR

08.12.07 - 9:07516 baxılıb

FONDA ÜZV BANKLARIN SAYI 37-YƏ ÇATDI

Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) üzv olan bankların sırasına "Bank Avrasiya" və "Paşa Bank" ASC-lər də qoşulub. Bununla da ƏSF üzvlərinin sayı 37-yə çatıb. Fondun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin bankların hər birinin ƏSF-ə ödədiyi birdəfəlik üzvlük haqqı 10 min manatdır. Banklara qurumun şəhadətnaməsi verilir. İştirakçı bankların ölkə ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.


YERALTI ANBARLARDAN QAZIN VERİLMƏSİNƏ BAŞLANDI

08.12.07 - 9:06525 baxılıb

"AZƏRİQAZ" SC QIŞA HAZIR OLDUĞUNU SÖYLƏYİR

"Azəriqaz" SC qışa hazırdır. Cəmiyyətin sədri Əlixan Məlikov bildirib ki, hazırlıq səviyyəsi faizlə ölçülə bilməz, çünki iş prosesində hər gün yeni-yeni problemlər çıxır. Onun sözlərinə görə, hələ aprel ayından qışa hazırlıqla bağlı tədbirlər planı hazırlanıb və indiyədək həmin plan dəqiqliklə icra olunaraq tamamlanıb: "Lakin bununla belə, Bakıda, ətraf qəsəbələrdə və bölgələrdə bütün əhalinin 100 faiz qazla təmin olunacağını iddia etmək olmaz. Ona görə də proses davamlı olaraq getməlidir. Ortaya çıxan problemlər dərhal həllini tapmalıdır".


< 1 2 3 4 5 ... 14 15 16 17 16 17 18 19 20 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.