Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Qazaxıstanın "Kazmunayqaz" və Azərbaycan Dövlət Neft Şirkəti tezliklə Xəzər dənizinin Qazaxıstan hissəsində kəmərlər sisteminin inkişafı üzrə birgə müəssisə yaradacaq. Bu barədə "Kazmunayqaz"ın prezidenti Uzakbay Karabalin bildirib. "Kazmunayqaz"ın rəhbərinin sözlərinə görə, sistemə Xəzərin Qazaxıstan hissəsində terminalın tikintisi daxildir.
RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRİ ƏLİ ABBASOV BELƏ DEYİR
Azərbaycanda mobil rabitə tarifləri artıq əksər MDB ölkələrinkindən də aşağıdır. Gələcəkdə yeni texnologiyaların tətbiqi və internet üzərindən aparılan danışıqların qiymətlərinin daha da ucuzlaşmasına səbəb olacaq. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov məlumat verib.
HÖKUMƏTİN YAXIN ZAMANDA BU BARƏDƏ QƏRAR VERƏCƏYİ GÖZLƏNİLİR
Yunanıstanın Saloniki şəhərində Qara Dəniz Ticarət və İnkişaf Bankının (QTİB) Direktorlar Şurasının növbəti iclası keçirilib. İclasda ölkəmizi İqtisadi İnkişaf nazirinin müavini Mikayıl Cabbarov təmsil edib. Toplantıda Azərbaycanın 2 yerli bankına ümumi məbləği 15 milyon dollar dəyərində uzunmüddətli kredit ayrılması təsdiqlənib. Kredit vəsaiti ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına, uzunmüddətli ipoteka kreditlərinin verilməsinə yönəldiləcək.
İqtisadi İnkişaf Nazirliyində Azərbaycan və Almaniya arasında inkişaf naminə ikitərəfli əməkdaşlığa dair hökumətlərarası məsləhətləşmələr başlanılıb. Hər iki ölkənin aidiyyəti qurumlarının nümayəndələrinin iştirak etdiyi məsləhətləşmələrə Azərbaycan tərəfdən İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev, Almaniya tərəfdən isə Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin Qafqaz, Orta Asiya və MDB ölkələri üzrə ərazi idarəsinin rəisi Yürgen Zoll rəhbərlik edir.
Azərbaycan Respublikası Dövlət Neft Fonduna Azərbaycan Qaz Təchizatı Şirkəti tərəfindən (operator Norveçin Statoil şirkəti) noyabrın 28 - də "Şahdəniz" qaz - kondensat yatağının işlənməsi layihəsi çərçivəsində ilk ödəniş edilib. Bu barədə ARDNF- dən məlumat veriblər. Neft Fonduna ayırmalar Azərbaycan hökuməti ilə xarici hasilatçı şirkətlər arasında hasilatın bölünməsi, Xəzərin Azərbaycan sektorunun perspektivli sahəsinin - "Şahdəniz"in işlənməsi və kəşfiyyatı haqqında Razılaşmaya əsasən həyata keçirilir.
Yaxın illərdə yeni tikilən yolların bəziləri pullu olacaq. Bu barədə nəqliyyat naziri Ziya Məmmədov məlumat verib. Nazirin sözlərinə görə, Azərbaycanda yol tikintisinə pul qoymaq istəyən beynəlxalq maliyyə qurumları yolların ödənişli olmasını təklif edirlər. Nazirin sözlərinə görə, indi hökumətdə bu məsələ ciddi araşdırılır: "Yolların pullu olması xaricdə də var. Burada qəribə heç nə yoxdur. Hesab edirik ki, Azərbaycanda da bəzi yollar pullu olmalıdır. İndi bu məsələ nəzərdən keçirilir".
Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) və İslam İnkişaf Korporasiyasının (İCD) iştirakı ilə yaradılan yeni "Caspian International Investment Company"nin təsis edilməsi ilə bağlı birinci yığıncaq keçirilib. Yekun olaraq AİŞ və İCD-nin icraçı direktorları Anar Axundov və Xalid Əl-Əbudi arasında şirkətin təsis edilməsi ilə bağlı sənəd imzalanıb.
REGİONAL İNNOVASİYA ZONASI ÖLKƏYƏ KÜLLİ MİQDARDA GƏLİRLƏR VƏD EDİR
Azərbaycanda ilk xüsusi iqtisadi zona Ələt qəsəbəsi yaxınlığında yaradılacaq. Bu barədə İqtisadi İnkişaf naziri Heydər Babayev məlumat verib. O bildirib ki, bu yer təsadüfi seçilməyib. Xüsusi iqtisadi zona üçün yerin Ələt qəsəbəsində seçilməsi burada yeni limanın və gəmiqayırma zavodunun tikintisi ilə bağlıdır.
Yaxın vaxtlarda kredit faizlərinə qoyulan limtitlərin götürülməsi xarici və yerli investorların bu sahəyə marağını artıracaq. İpoteka Fondu dövlət zəmanəti ilə vəsait cəlb etmək üçün maliyyə qurumları ilə danışıqlar aparır. Bundan başqa, gələn il güzəştli şərtlərlə kreditlərin verilməsində bəzi yeniliklər olacaq. İpoteka Fondunun icraçı direktoru Faiq Məmmədov deyir ki, indi kredit almaq istəyənlərin çoxu güzəştli təbəqənin nümayəndələridir.
Gələn il Azərbaycanda işsizliyə görə verilən müavinətlər artırılacaq. Rəsmi işsiz kimi qeydiyyata alınanlara verilən müavinətin minimum həddi 24 manatdır. Gələn ildən müavinətlərin 60-70 manata çatdırılması gözlənilir. Milli Məclisin sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli bildirib ki, 2008-ci ildə işsizliyə görə müavinət yaşayış minimumuna çatdırılacaq. Yəni işsiz kimi qeydiyyata alınanlara ayda gələn il 60-70 manat müavinət veriləcək.
Gələn il Dövlət İnvestisiya Şirkətinin iştirak etdiyi layihələrə xarici mənbələrdən 621 milyon dollar investisiya yatırılacaq. Bu barədə İqtisadi İnkişaf naziri Heydər Babayev məlumat verib. Nazir bildirib ki, Dövlət İnvestisiya Şirkətinin qoyduğu hər 1 manat sərmayə xaricdən Azərbaycana 5 manat investisiyanın cəlb edilməsinə imkan yaradır. H.Babayevin sözlərinə görə, gələn il şirkət 55 milyon manat investisiya yatıracaq.
HÖKUMƏT İQTİSADİ SAHƏDƏ ƏSAS PROBLEM OLARAQ İNFLYASİYANIN MÖVCUDLUĞUNU GÖSTƏRİR
Milli Məclis bu həftə "2008-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarıb. Maliyyə naziri Samir Şərifov bildirib ki, 2008-ci ildə büdcə gəlirləri 7 milyard 382,6 milyon, xərcləri 8 milyard 509 milyon, büdcə kəsiri isə 1 milyard 126,4 milyon manat proqnozlaşdırılır. Büdcə xərcləri ümumi daxili məhsulun 27 faizini təşkil edəcək. Gələn ilin büdcəsində ən böyük pay birbaşa investisiyaların payına düşür. Proqnozlara görə, gələn il bu məqsədlə 2 milyard 841 milyon manat və ya builkindən 48,3 faiz çox vəsait ayrılacaq. 2-ci yerdə müdafiə xərcləri gəlir, təqribən 1 milyard 20 milyon dollar olacaq.
İpoteka Fondu özünümaliyyələşmə prinsipləri əsasında fəaliyyət göstərməlidir. Bu barədə Maliyyə naziri Samir Şərifov məlumat verib. S.Şərifov növbəti ildə ipoteka kreditləşməsi ilə bağlı hökumətin siyasətini açıqlayıb.
Azərbaycan İnvestisiya Şirkəti İsveçrənin "Holsim" şirkətinin ölkədə yeni sement zavodunun tikintisi və mövcud zavodun yenidən qurulması ilə bağlı həyata keçirəcəyi layihədə 10 % paya malik olacaq. Bu barədə İqtisadi İnkişaf naziri Heydər Babayev məlumat verib. Onun sözlərinə görə, yaxın günlərdə bu məsələ ilə bağlı “Holsim” şirkətinin Bakıdakı nümayəndəsi ilə memorandum imzalanacaq.
TƏKLİF EDİLƏN DƏYİŞİKLİKLƏR ƏSASƏN VERGİ SİYASƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ İLƏ BAĞLIDIR
Milli Məclis Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişiklikləri qəbul edib. Vergilər naziri Fazil Məmmədov bildirib ki, təklif edilən dəyişikliklər əsasən vergi siyasətinin inkişaf etdirilməsi, vergi ödəyicilərinin hüquqlarının qorunması və inzibatçılığın təkmilləşdirilməsi ilə bağlıdır. F.Məmmədovun sözlərinə görə, gələn ildən əmək müqaviləsi bağlamayan müəssisələrə qarşı tətbiq olunan cərimələr sərtləşdiriləcək. İşçilərlə müqavilə bağlamayanlar 1000 manat cərimə ödəyəcəklər.
Milli Məclisdə əmək pensiyaları və sosial sığorta haqqında qanunlara əlavə və dəyişikliklər edilib. Əmək pensiyaları haqqında qanuna edilən dəyşikliklərə görə isə, bütün müavinətlər üçün meyar eyni olub. Dəyişikliklərdən biri müddətli hərbi qulluqçuların sosial sığortaya cəlb edilməsi ilə bağlıdır. Bir il əvvəl qanuna dəyişikliklər edilərkən əsgərlər də sosial sığorta obyekti kimi götürülürdüsə, sonradan məlum olub ki, əmək pensiyası haqqında qanunda müddətli hərbi xidmətdə olanların sosial sığorta haqqı ödəmədən sosial sığorta stajı qazanması öz əksini tapıb. Ona görə də əsgərlərin sosial sığorta haqqında qanunundan çıxarılması məqsədəuyğun hesab edilib.
Gələn il yanvar ayından etibarən kassa aparatları quraşdırılmalı olan bütün obyektlərdə pos-terminallar da quraşdırılacaq. Bu barədə Vergilər naziri Fazil Məmmədov məlumat verib. Nazir deyib ki, indi pos-terminalların quraşdırılmasıyla bağlı problemlər var.
Hökumət əhalinin sovet dövründən banklarda qalmış əmanətlərinin 2008-ci ildə qaytarilmasından imtina edib. Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, buna səbəb əmanətlərin indeksləşdirilməsində yaranmış problemdir. Üstəlik hökumətdə hesab edirlər ki, əmanətlərin qaytarılması manatın ucuzlaşmasına gətirib çıxara bilər. Bu proses mürəkkəb olduğundan əmanətlərin tezliklə qaytarılması gözlənilmir. Samir Şərifov deyir ki, əmanətlərin qaytarılması 8-10 il ərzində həyata keçirilə bilər.
BU VƏSAİTLƏR YENƏ DƏ SAHİBKARLIĞA KÖMƏK MİLLİ FONDU TƏRƏFİNDƏN VERİLƏCƏK
Azərbaycanda sahibkarlığa dövlət tərəfindən maliyyə dəstəyinin gücləndirilməsi məqsədi ilə 2008-ci ilin dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) 80 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub. Nazirlər Kabinetindən verilən məlumata görə, bundan əlavə aqrolizinqin inkişafı üçün 40 mln. manat, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə kreditlər üzrə xərclərə isə 5 mln. manatın ayrılacağı proqnozlaşdırılır.
Bu ayın sonuna kimi Gürcüstan ilə Azərbaycan arasında qazın alınmasına dair yeni sazişin imzalanması planlaşdırılır. Bu Gürcüstanın Rusiya qazından asılılığını kəskin şəkildə azaldacaq. Gürcüstanın baş naziri Zurab Naqoideli Azərbaycandan alınacaq qazın qiyməti barədə konkret rəqəm deməsə də bildirib ki, bu Rusiyanın "Qazprom" şirkətinə hər min kubmetr qaza görə ödənilən 235 dollardan əhəmiyyətli dərəcədə aşağı olacaq.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.