Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

ÇEKLƏRİN İSTİFADƏ MÜDDƏTİ BU İL BAŞA ÇATIR

03.11.07 - 9:05538 baxılıb

VAXTIN UZADILMASI HÖKUMƏTİN SƏLAHİYYƏTİNDƏDİR

Bu ilin sonunda çeklərin istifadə müddəti başa çatır. Bu vaxtın artırılıb artırılmayacağı isə hələlik məlum deyil. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Gündüz Məmmədov bildirib ki, indiyədək çeklərin təxminən yarısından istifadə olunsa da, bu vaxtın uzadılması hökumətin səlahiyyətindədir.


AZƏRBAYCANDA BÜTÜN BEYNƏLXALQ REYSLƏR ÜZRƏ AVİABİLETLƏRİN QİYMƏTİ QALXIB

03.11.07 - 9:044968 baxılıb

AZAL Dövlət Konsernindən verilən məlumata görə, noyabrın 1-dən etibarən, Azərbaycandan həyata keçirilən bütün beynəlxalq reyslər üzrə aviabiletlərin qiyməti xeyli artıb. Biletlərin qiymətindəki artım Azərbaycanın, MDB-nin digər ölkələri kimi, Beynəlxalq Avianəqliyyat Təşkilatının (İATA) Avropa zonasına qoşulması ilə izah olunur.


2008-Cİ İLDƏ ÖLKƏMİZDƏ BİZNESİN QEYDİYYATI MAKSİMUM 6 GÜNƏ QƏDƏR AZALDILACAQ

03.11.07 - 9:03579 baxılıb

Dövlət başçısının ötən həftə imzaladığı sərəncama müvafiq olaraq biznes qeydiyyatının aparılması üçün vahid orqanın (Vergilər Nazirliyi) yaradılması qərara alınıb. 2008-ci il yavarın 1-də "bir pəncərə"li sistemin tətbiq edilməsi çərçivəsində biznesin qeyiyyatdan keçirilmə müddəti maksimum 5-6 gün, prosedurun sayı isə 5-ə qədər azaldılacaq. Bu barədə Vergilər naziri Fazil Məmmədov məlumat verib.


BVF İNFLYASİYANIN SƏVİYYƏSİNİ TƏFTİŞ EDƏCƏK

03.11.07 - 9:01555 baxılıb

"Belə söz-söhbətlər gəzir ki, guya, Azərbaycan hökuməti inflyasiyanı düzgün hesablamır və qəsdən aşağı salır. Bu söhbətlərə son qoymaq üçün Beynəlxalq Valyuta Fondunun nümayəndələrini ölkəyə dəvət etmişik. Onlar noyabrda Dövlət Statistika Komitəsinin inflyasiya hesablamasına qiymət verəcəklər".


ÖZƏL PENSİYA FONDLARI YARADILACAQ

03.11.07 - 9:00562 baxılıb

Dövlət Sosial Müdafiə Fondu (DSMF) yaxın vaxtlarda 2008-2013-cü illər üçün sığorta-pensiya sisteminin inkişafı ilə bağlı layihəni təsdiqləmək üçün ölkə prezidentinə təqdim edəcək.
DSMF-dən verilən məlumata görə, 2008-2013-cü illərdə sığorta-pensiya sisteminin inkişafı haqqında dövlət proqramı Azərbaycanda pensiya sistemində aparılan islahatların sonuncu - üçüncü mərhələsini təşkil edir. Bununla əlaqədar həmin proqramda pensiya sistemində əhali üçün faydalı ola biləcək bir sıra yeniliklər nəzərdə tutulub.


BAHALAŞMA KİMLƏRİN UCBATINDAN BAŞ VERİR

27.10.07 - 9:08557 baxılıb

HÖKUMƏT GÜNAHI AVROPA KOMİSSİYASININ ÜSTÜNƏ ATIR

Son zamanlar ticarət şəbəkələrində bir sıra ərzaq məhsullarının, o cümlədən kərə yağının qiymətlərinin bahalaşması hökuməti narahat edib. İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Dövlət Xidməti məsələ ilə bağlı araşdırmalara başlayıb.
"Ölkədə qiymət artımının obyektiv və subyektiv səbəbləri araşdırılmalıdır" deyən Antiinhisar Dövlət Xidmətinin rəisi Samir Dadaşovun sözlərinə görə, kərə yağının bahalaşmasının səbəbləri artıq öyrənilib.


BVF AZƏRBAYCANDA MÜSBƏT SALDONUN YÜKSƏK OLACAĞINI GÜMAN EDİR

27.10.07 - 9:07542 baxılıb

Beynəlxalq Valyuta Fondu (BVF) 2007-ci il üçün Azərbaycanın xarici ticarətində 9,8 milyard müsbət saldonun olacağını proqnozlaşdırır. Fonddan verilən məlumata görə, bu il Azərbaycanın ixracı və göstərdiyi xidmətlərin səviyyəsinin 18,4 milyard dollar olması gözlənilir ki, bu da ötən illə müqayisədə 4,4 milyard dollar çoxdur.


AZƏRBAYCANDA İSLAMA UYĞUN BANKLAR FƏALİYYƏTƏ BAŞLAYACAQ

27.10.07 - 9:05535 baxılıb

Azərbaycanda ənənəvi banklarla yanaşı şəriət qaydaları ilə işləyən banklar da fəaliyyət göstərəcək. Ölkə qanunvericiliyi belə bankların bu qaydalarla işləməsinə imkan verir.


YAŞAYIŞ MİNİMUMU ARTACAQ

27.10.07 - 9:04443 baxılıb

BU, MİLLİ MƏCLİSƏ TƏQDİM EDİLMİŞ BÜDCƏ LAYİHƏSİNDƏ ÖZ ƏKSİNİ TAPIB

Layihəyə əsasən, əmək qabiliyyətli əhali üçün yaşayış minimumunun 79 manata, pensiyaçılar üçün 55 manat, uşaqlar üçün isə 59 manata çatdırılması gözlənilir. Bu, büdcənin parlamentdə təsdiqlənməsindən sonra mümkün olacaq.
Hökumət həmçinin gələn il inflyasiyanın da nəzarət altına alınacağına ümid edir. Mütəxəssislərin fikrincə, gələn il inflyasiyanın birrəqəmli olması da mümkündür.


NEFT FONDUNUN VƏSAİTLƏRİ 20 İLƏ 200 MİLYARD DOLLARI ÖTƏCƏK

27.10.07 - 9:02466 baxılıb

Dövlət Neft Fondunun vəsaitlərinin həcmi 2024-cü ilə qədər 100-200 milyard dollar arasında olacaq. Bunu Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Vaşinqtonda keçirilən birgə illik iclasında iştirak edən ARDNF-in icraçı direktoru Şahmar Mövsümov deyib.


GÜRCÜSTAN AZƏRBAYCANDAN UN İDXAL ETMƏK NİYYƏTİNDƏDİR

27.10.07 - 9:00504 baxılıb

Gürcüstanın baş naziri Zurab Noqaidelinin verdiyi məlumata görə, Gürcüstan Azərbaycanla un idxalı barədə danışıqlar aparır. Nazirin sözlərinə görə, Azərbaycandan un idxalına dair danışıqlar Bakıda səfərdə olan kənd təsərrüfatı naziri Petre Siskarişvili tərəfindən aparılır.
Noqaideli bildirib ki, un və buğdanın idxalına dair danışıqlar həmçinin Ukrayna və Qazaxıstan ilə də aparılır.


GƏLƏN İLİN BÜDCƏ PAKETİ HAZIRDIR

20.10.07 - 9:08467 baxılıb

BÜDCƏ 10 MİLYARD DOLLARI KEÇƏCƏK

Nazirlər Kabineti dövlət büdcəsi layihəsini ölkə prezidentinə sentyabrın 25-də təqdim etmişdi. Gələn il büdcə gəlirlərinin bu ilkindən təxminən 28 faiz çox, yəni 7 milyard 282 milyon manat həcmində olacağı proqnozlaşdırılır.
Büdcə xərcləri isə bu illə müqayisədə 35 faizə yaxın artırılaraq 8 milyard 509 milyon manata çatdırılıb. Büdcənin kəsir hissəsi 1 milyard 126 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da gələn il gözlənilən ümumi daxili məhsulun 4,3 faizi qədərdir.


NEFT ŞİRKƏTİ TÜRKİYƏNİN "PETKİM" KİMYA HOLDİNQİNİ ALDI

20.10.07 - 9:07443 baxılıb

"SOCAR/Turcas/Injaz" alyansı holdinqə 2 milyard dollar təklif edib

Azərbaycan Respublikası Dövət Neft Şirkətinin məlumatında bildirilir ki, Türkiyə hökuməti "SOCAR/Turcas/Injaz" şirkətlər alyansını Türkiyənin "Petkim" kimiya holdinqinin səhmlərin 51%-nin satışı ilə bağlı elan etdiyi tenderin qalibi seçib.
Türkiyənin özəlləşdirmə məsələləri üzrə dövlət orqanı bu həftə "Petkim" kimya holdinqinin 51%-nin alınması ilə bağlı elan edilən tenderinin yekunlarını aparıb və "SOCAR/Turcas/Injaz" alyansını qalib elan edib.


İNFLYASİYA ARTIMI GÖZLƏNİLDİYİNDƏN DAHA YÜKSƏK TEMPLƏ GEDİR

20.10.07 - 9:06449 baxılıb

Qiymət artımı ilə bağlı nəticələri açıqlamaq üçün hökumət ilin sonunu gözləyir. Bu haqda məlumatı İqtisadi İnkişaf naziri Heydər Babayev verib. Nazir indidən hər hansı bir rəqəm açıqlamaq fikrində olmadığını deyib. Onun sözlərinə görə, inflyasiyanın səviyyəsi ilə bağlı ancaq Statistika Komitəsinin rəqəmlərinə inanmaq lazımdır.


REGİONLARA SUBSİDİYALAR AYRILACAQ

20.10.07 - 9:00545 baxılıb

2008-ci ildə dövlət büdcəsindən Azərbaycanın regionlarına ayrılan subsidiyaların həcmi 18 faiz artırılaraq 655 milyon manata çatdırılacaq.
Maliyyə Nazirliyində hesab edirlər ki, Bakı şəhəri istisna olmaqla, digər şəhər və rayonların büdcəsində kəsir yaranacaq. Yəni yerli vergi ödəyicilərindən yığılan vəsaitlər rayon və əyalət şəhərlərin büdcələrinin xərc hissəsini təmin etməyəcək.


TİKİNTİ ŞİRKƏTLƏRİNDƏ ARAŞDIRMA DAVAM EDİR

20.10.07 - 9:00530 baxılıb

Dövlət Əmək Müfəttişliyi tərəfindən sentyabr ayı ərzində 133 müəssisədə dövlət nəzarəti həyata keçirilib. Müfəttişlikdən verilən məlumata görə, bu müəssisələrin hamısına icrası məcburi göstərişlər verilib. Araşdırma aparılan müəssisələrdən 39-u tikinti şirkəti, 74-ü isə daş karxanasıdır.


ŞADLIQ EVLƏRİ ƏSƏB VƏ GÖZ XƏSTƏLİKLƏRİ YARADIR

06.10.07 - 9:04845 baxılıb

SƏS VƏ İŞIQ EFFEKTLƏRİNİN NORMADAN ARTIQ OLMASI İNSAN HƏYATI ÜÇÜN TƏHLÜKƏLİDİR

Son illərdə insanlarda əsəb-sinir xəstəliklərinin artmasına təsir göstərən amillərdən biri ətrafdan orqanizmə qəbul edilən səs-küyün və qulaqbatırıcı səs titrəyişlərinin çoxalmasıdır. Bu sırada şadlıq evləri və restoranlar xüsusilə rol oynayır. Bu tipli obyektlərdə istifadə olunan musiqi alətlərinin ətrafa yaydığı səs effektləri insanların istirahətini və dincliyini pozmaqla yanaşı, onların əsəb-sinir sistemini sıradan çıxarır.


GƏNCLƏR NARKOTİKLƏRƏ YOX DEYİR

06.10.07 - 9:03503 baxılıb

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu AHİK-in, bilavasitə aidiyyatı olan nazirlik, komitə və təşkilatların iştirakı ilə oktyabrın 4-də Bakı Slavyan Universitetində "Gənclər narkotiklərə yox deyir" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.


YENİ BEYNƏLXALQ FEDERASİYA

06.10.07 - 9:00510 baxılıb

ONUN İLK VİTSE-PREZİDENTİ AZƏRBAYCANDAN OLDU

Türkiyənin İstambul şəhərində Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqları Federasiyasının təsis toplantısı keçirilmişdir. Federasiyaya 12 ölkədən 24 sahə həmkarlar ittifaqı, o cümlədən Azərbaycandan "Kənd-Qida İş" və Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı daxil oldu.


ANTİİNFLYASİYA TƏDBİRLƏRİ YETƏRLİDİR

22.09.07 - 9:08467 baxılıb

ASİYA İNKİŞAF BANKININ HESABATINDA İNFLYASİYANIN 15 FAİZƏ ENDİRİLMƏSİ MÜMKÜN SAYILIR

"Azərbaycan hökuməti tərəfindən həyata keçirilən mövcud antiinflyasiya tədbirləri inflyasiyanın qarşısını almaq iqtidarındadır". Beynəlxalq Valyuta Fondundan sonra Asiya İnkişaf Bankı da bu qənaətə gəlib.
Qurum ekspertlərinin hesablamalarına əsasən, ölkəmizdə qiymət siyasətinin məqsədyönlü şəkildə həyata keçirilməsi inflyasiyanın dərinləşməsinin qarşısını ala bilər. İlin sonuna qədər inflyasiyanın 18 faizə yaxınlaşacağını proqnozlaşdıran ekspertlər qiymət indeksində daxili amillərlə yanaşı, dünya bazarında baş verən mövcud tendensiyaların təsirini istisna etmirlər.


< 1 2 3 4 5 ... 16 17 16 17 18 19 20 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.