Rəsmi
Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(mayın 13-də)
…Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.

(mayın 14-də)
…Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır.
…ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.

(mayın 15-də)
…MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir.
…Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir.
…və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər.
…və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.

(mayın 16-da)
…Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır.
…Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir.
…Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.

(mayın 17-də)
…Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.

NEFT ŞİRKƏTİ TÜRKİYƏNİN "PETKİM" KİMYA HOLDİNQİNİ ALDI

20.10.07 - 9:07473 baxılıb

"SOCAR/Turcas/Injaz" alyansı holdinqə 2 milyard dollar təklif edib

Azərbaycan Respublikası Dövət Neft Şirkətinin məlumatında bildirilir ki, Türkiyə hökuməti "SOCAR/Turcas/Injaz" şirkətlər alyansını Türkiyənin "Petkim" kimiya holdinqinin səhmlərin 51%-nin satışı ilə bağlı elan etdiyi tenderin qalibi seçib.
Türkiyənin özəlləşdirmə məsələləri üzrə dövlət orqanı bu həftə "Petkim" kimya holdinqinin 51%-nin alınması ilə bağlı elan edilən tenderinin yekunlarını aparıb və "SOCAR/Turcas/Injaz" alyansını qalib elan edib.


İNFLYASİYA ARTIMI GÖZLƏNİLDİYİNDƏN DAHA YÜKSƏK TEMPLƏ GEDİR

20.10.07 - 9:06478 baxılıb

Qiymət artımı ilə bağlı nəticələri açıqlamaq üçün hökumət ilin sonunu gözləyir. Bu haqda məlumatı İqtisadi İnkişaf naziri Heydər Babayev verib. Nazir indidən hər hansı bir rəqəm açıqlamaq fikrində olmadığını deyib. Onun sözlərinə görə, inflyasiyanın səviyyəsi ilə bağlı ancaq Statistika Komitəsinin rəqəmlərinə inanmaq lazımdır.


REGİONLARA SUBSİDİYALAR AYRILACAQ

20.10.07 - 9:00568 baxılıb

2008-ci ildə dövlət büdcəsindən Azərbaycanın regionlarına ayrılan subsidiyaların həcmi 18 faiz artırılaraq 655 milyon manata çatdırılacaq.
Maliyyə Nazirliyində hesab edirlər ki, Bakı şəhəri istisna olmaqla, digər şəhər və rayonların büdcəsində kəsir yaranacaq. Yəni yerli vergi ödəyicilərindən yığılan vəsaitlər rayon və əyalət şəhərlərin büdcələrinin xərc hissəsini təmin etməyəcək.


TİKİNTİ ŞİRKƏTLƏRİNDƏ ARAŞDIRMA DAVAM EDİR

20.10.07 - 9:00581 baxılıb

Dövlət Əmək Müfəttişliyi tərəfindən sentyabr ayı ərzində 133 müəssisədə dövlət nəzarəti həyata keçirilib. Müfəttişlikdən verilən məlumata görə, bu müəssisələrin hamısına icrası məcburi göstərişlər verilib. Araşdırma aparılan müəssisələrdən 39-u tikinti şirkəti, 74-ü isə daş karxanasıdır.


ŞADLIQ EVLƏRİ ƏSƏB VƏ GÖZ XƏSTƏLİKLƏRİ YARADIR

06.10.07 - 9:04905 baxılıb

SƏS VƏ İŞIQ EFFEKTLƏRİNİN NORMADAN ARTIQ OLMASI İNSAN HƏYATI ÜÇÜN TƏHLÜKƏLİDİR

Son illərdə insanlarda əsəb-sinir xəstəliklərinin artmasına təsir göstərən amillərdən biri ətrafdan orqanizmə qəbul edilən səs-küyün və qulaqbatırıcı səs titrəyişlərinin çoxalmasıdır. Bu sırada şadlıq evləri və restoranlar xüsusilə rol oynayır. Bu tipli obyektlərdə istifadə olunan musiqi alətlərinin ətrafa yaydığı səs effektləri insanların istirahətini və dincliyini pozmaqla yanaşı, onların əsəb-sinir sistemini sıradan çıxarır.


GƏNCLƏR NARKOTİKLƏRƏ YOX DEYİR

06.10.07 - 9:03537 baxılıb

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu AHİK-in, bilavasitə aidiyyatı olan nazirlik, komitə və təşkilatların iştirakı ilə oktyabrın 4-də Bakı Slavyan Universitetində "Gənclər narkotiklərə yox deyir" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.


YENİ BEYNƏLXALQ FEDERASİYA

06.10.07 - 9:00539 baxılıb

ONUN İLK VİTSE-PREZİDENTİ AZƏRBAYCANDAN OLDU

Türkiyənin İstambul şəhərində Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqları Federasiyasının təsis toplantısı keçirilmişdir. Federasiyaya 12 ölkədən 24 sahə həmkarlar ittifaqı, o cümlədən Azərbaycandan "Kənd-Qida İş" və Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı daxil oldu.


ANTİİNFLYASİYA TƏDBİRLƏRİ YETƏRLİDİR

22.09.07 - 9:08508 baxılıb

ASİYA İNKİŞAF BANKININ HESABATINDA İNFLYASİYANIN 15 FAİZƏ ENDİRİLMƏSİ MÜMKÜN SAYILIR

"Azərbaycan hökuməti tərəfindən həyata keçirilən mövcud antiinflyasiya tədbirləri inflyasiyanın qarşısını almaq iqtidarındadır". Beynəlxalq Valyuta Fondundan sonra Asiya İnkişaf Bankı da bu qənaətə gəlib.
Qurum ekspertlərinin hesablamalarına əsasən, ölkəmizdə qiymət siyasətinin məqsədyönlü şəkildə həyata keçirilməsi inflyasiyanın dərinləşməsinin qarşısını ala bilər. İlin sonuna qədər inflyasiyanın 18 faizə yaxınlaşacağını proqnozlaşdıran ekspertlər qiymət indeksində daxili amillərlə yanaşı, dünya bazarında baş verən mövcud tendensiyaların təsirini istisna etmirlər.


DÜNYA BANKI "BAKI-TBİLİSİ-QARS" LAYİHƏSİNƏ KREDİT AYIRA BİLƏR

22.09.07 - 9:07566 baxılıb

QURUM XƏTTİN AZƏRBAYCAN ƏRAZİSİNDƏN KEÇƏN HİSSƏSİNİ MODERNLƏŞDİRƏCƏK

Dünya Bankı (DB) ilə Azərbaycanın iqtisadi əlaqələri getdikcə genişlənir. Bankın respublikamızda həyata keçirmək istədiyi ən böyük layihələrdən biri dəmiryolunun modernləşdirilməsi və magistral yolların çəkilməsinə kreditlərin ayrılması ilə bağlıdır. Belə ki, beynəlxalq maliyyə institutu "Bakı-Tbilisi-Qars" dəmiryolunun tikintisinə maliyyə dəstəyi göstərmək niyyətindədir.


MİLLİ BANK BANK SEKTORUNUN KAPİTALLAŞMA SƏVİYYƏSİ İLƏ BAĞLI STRATEGİYA HAZIRLAYIR

22.09.07 - 9:05503 baxılıb

Azərbaycanın Milli Bankı ölkənin bank sektorunun gələcək kapitallaşma səviyyəsi ilə bağlı yeni strategiyanın hazırlanmasına başlayıb. Qurumdan verilən məlumata əsasən, hələ ki, banklara ümumi kapitalla bağlı qoyulan tələbin artırılması imkanları müzakirə edilir.


GƏNCƏDƏ YENİDƏN "UAZ" MARKALI AVTOMOBİLLƏRİN YIĞIMINA BAŞLANIB

22.09.07 - 9:02634 baxılıb

Gəncə Avtomobil Zavodu yenidən "Uaz" markalı avtomobillərin yığımına başlayıb. Zavoddan verilən məlumata görə, bu ilin sonuna qədər burada 80 avtomobil yığılacaq.


AZƏRBAYCAN GÜRCÜSTANA SATDIĞI QAZIN QİYMƏTİNİ ARTIRACAQ

22.09.07 - 9:01560 baxılıb

Azərbaycan Gürcüstana satdığı təbii qazın qiymətini artırmağa hazırlaşır. Bu barədə Dövlət Neft Şirkətinin prezidenti, millət vəkili Rövnəq Abdullayev məlumat verib.


"NABUKKO" LAYİHƏSİ REALLAŞIR

22.09.07 - 9:00519 baxılıb

AZƏRBAYCAN DÖVLƏT NEFT ŞİRKƏTİ LAYİHƏDƏ SƏHMDAR QİSMİNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN DƏVƏT OLUNUB

Azərbaycanda Avstriyanın OMV neft-qaz konserninin daimi nümayəndəliyi açılıb. Xəzər enerji ehtiyatlarının Avropaya çatdırılması layihəsinin - "Nabucco Gas Pipeline Company" şirkətinin icraçı direktoru Reynxard Mitşekin verdiyi məlumata görə, Avstriyanın OMV neft-qaz konserninin nümayəndəliyinin açılması Azərbaycanın təbii qazının Avropaya daşınmasına müsbət təsir göstərəcək.
"Nabukko" layihəsinin operatoru OMV şirkətidir və bu layihədə 20% iştirak payına malikdir. Dörd min kilometr uzunluğa malik "Nabukko" qaz kəməri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya ərazisindən keçməklə, Aralıq və Xəzər dənizində hasil olunan qazın Avropaya daşınmasını təmin edəcək.


VERGİLƏRİ TERMİNALDA ÖDƏYİN!

15.09.07 - 9:05532 baxılıb

VERGİLƏR NAZİRLİYİ İLİN SONUNADƏK BÜTÜN REGİONLARDA KOMPYUTER TERMİNALLARI QURAŞDIRACAQ

Azərbaycanda elektron bəyannamələrin tətbiq olunmağa başlandığı vaxtdan vergi ödəyiciləri bu imkandan geniş istifadə etməyə başlayıblar. Təkcə sentyabrın 1-dən bu günədək onlardan 3000-ə yaxını bəyannamələrini elektron variantda təqdim edib. Bütövlükdə Azərbaycanda 200 minə yaxın vergi ödəyicisi var.
Vergilər Nazirliyinin (VN) Vergi Ödəyicilərinə Xidmət İdarəsinin rəisi Elçin Məmmədovun sözlərinə görə, hər gün quruma 200-300-ə yaxın elektron bəyannamə daxil olur. Qeyd edək ki, bəyannamələrin elektron formada qəbuluna bu ilin martından başlanılıb.


AZƏRBAYCAN GÜRCÜSTANA İXRAC ETDİYİ QAZIN QİYMƏTİNİ QALDIRMAYACAQ

15.09.07 - 9:04757 baxılıb

Gürcüstanın energetika naziri Aleksandr Xetaquri Azərbaycandan ixrac edilən qaza olan tariflərin qaldırılması barədə Gürcüstan KİV-lərinin yaydığı məlumatı təkzib edib.
"Danışıqların hazırkı mərhələsinin gündəliyində Gürcüstana ixrac ediləcək qaza olan tariflərin qaldırılması ilə bağlı məsələ dayanmır" - deyə Xetaquri jurnalistlərə bildirib.
Gürcüstanın "Mze" teleşirkəti hökumətdə keçirilən iclasa istinadən belə bir məlumat yayıb ki, iclasda Gürcüstana ixrac ediləcək Azərbaycan qazına olan tariflərin min kubmetr üçün 60 dollar artırılması barədə məsələ müzakirə olunub. Hazırda Gürcüstan Azərbaycan qazının min kubmetrini 120 dollara alır.


SAHİBKARLIĞA 80 MİLYON MANAT AYRILIB

15.09.07 - 9:02643 baxılıb

BU VƏSAİT HESABINA ƏSASƏN İSTEHSAL VƏ EMAL YÖNÜMLÜ LAYİHƏLƏR MALİYYƏLƏŞDİRİLƏCƏK

Sahibkarlığa Kömək Milli Fonduna cari il üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş 80 milyon manat vəsaitin artıq 50 milyon manatı köçürülüb.
İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, həmin vəsaitin 74 milyon manatı Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşməsinə, 6 milyon manatı isə Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına yönəldilməlidir.


"KAPİTALBANK"IN YARISI SATILDI

15.09.07 - 9:01643 baxılıb

DÖVLƏT ƏMLAKININ İDARƏEDİLMƏSİ KOMİTƏSİ "KAPİTALBANK"IN 50 FAİZLİK SƏHM PAKETİNİN ÖZƏLLƏŞDİRİLMƏSİNİ BAŞA ÇATDIRIB.

Satışa çıxarılmış 1,2 milyon səhmin 20 faizini "Ataholdinq", 20 faizini "Xalqbank", 10 faizini isə "Sənaye bankı" alıb. Nominalı 10 manat olan səhmin 1-i 2 dəfə baha qiymətə - 20 manata satılıb.


DÖVLƏT DƏMİR YOLU ÖZƏLLƏŞDİRİLƏCƏK

15.09.07 - 9:00645 baxılıb

Dövlət Dəmir Yolu səhmdar cəmiyyətə çevriləcək. Bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib. Onun sözlərinə görə, bununla bağlı Dünya Bankı ilə danışıqlar aparılır.


MALİYYƏ NAZİRLİYİ XARİCİ İNVESTİSİYA BANKLARI İLƏ ANLAŞDI

14.07.07 - 9:08563 baxılıb

BU BANKLAR XARİCİ VALYUTA NOMİNALLI DÖVLƏT İSTİQRAZLARININ EMİSSİYYASI İLƏ MƏŞĞUL OLACAQ

Maliyyə Nazirliyi "Deutsche Bank AG London" və "Citigroup Global Markets Limited" investisiya banklarını Azərbaycan Respublikasının xarici valyuta nominallı dövlət istiqrazlarının (avroistiqrazların) 2007-ci ilin sentyabr-oktyabr aylarına planlaşdırılmış ilk emissiyası üzrə Birgə Aparıcı Meneceri seçib. Bu barədə nazirlikdən məlumat verilib.


FERMERLƏRƏ YARDIMLARIN VERİLƏCƏYİ ŞƏHƏR VƏ RAYONLARIN ADI MƏLUMDUR

14.07.07 - 9:05558 baxılıb

GƏNCƏ, XANLAR, UCAR, AĞDAŞ, ASTARA, ABŞERON, İSMAYILLI, DAŞKƏSƏN, HACIQABUL RAYONLARININ FERMERLƏRİNİN SƏNƏDLƏRİ MƏQBUL HESAB OLUNUB

Kənd təsərrüfatı məhsullarının istehsalı üçün yanacaq və yağların dəyərinin 50 faizinin ödənilməsi məqsədi ilə fermerlərə yardımların veriləcəyi ilk şəhər və rayonların adı artıq məlumdur. Kənd Təsərrüfatı Nazirliyində bu məqsədlə yaradılmış xüsusi komissiyanın iclası keçirilib.


< 1 2 3 4 5 ... 19 20 19 20 21 22 23 >

Axtarish sistemi

  


« May 2012
Mo Tu We Th Fr Sa Su
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Advokat

Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.

Əlikram QURBANOV,
Bakı şəhəri.


- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir:
o müqavilə bağlayan tərəflər haqqında məlumatlar;
o tərəflərin hüquq və vəzifələri;
o görüləcək işlər və göstəriləcək xidmətlər;
o müqavilənin müddəti;
o tərəflərin məsuliyyəti;
o müqaviləyə xitam verilməsi qaydası.
Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir.
Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər.
Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.