Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Mərkəzi Bank qızıl sikkə buraxacaq

04.02.11 - 17:16287 baxılıb


Suyun qiyməti və dəmir yolunda gedişhaqqı niyə artırılıb?

04.02.11 - 16:51198 baxılıb

Aidiyyəti orqanlar qiymətlərin artırılmasının təmsil etdikləri sahələr üçün müsbət nəticələr verəcəyini bildirirlər

Məlum olduğu kimi, Tarif Şurasının qərarı ilə ölkədəki bir sıra kommunal xidmət və kommunikasiya növlərinin tarifləri fevralın 1-dən etibarən artırılıb. Şuranın qərarına əsasən, poçt xidmətlərinin tarifləri təxminən 2,5 dəfə bahalaşıb. Bundan başqa, dəmir yolu nəqliyyatında daşıma tarifləri və suyun satış qiyməti də 2 dəfədən çox artırılıb.


Qiymət artımlarına heç bir iqtisadi səbəb yoxdur

28.01.11 - 15:59351 baxılıb

Sabir Vəliyev:“Bahalaşma yalnız süni inhisarçılığın əlamətidir və bunda müvafiq orqanlar günahkardırlar”

Məlum olduğu kimi, 2010-cu ildə dünyada baş verən təbii fəlakətlərlə bağlı taxıl məhsullarının istehsal həcmi azaldı və bu, özünü müəyyən dərəcədə çörək və un məmulatlarının qiymətlərində göstərdi. Yəni istehsalın aşağı düşməsi əlavə olaraq taxıl idxalı zərurəti meydana çıxardı, bu isə qiymət bazarına öz təsirini göstərdi.


Hökumət kənd təsərrüfatında islahatların yeni mərhələsinə başladı

21.01.11 - 18:14222 baxılıb

Nazirlər Kabinetinin qərarına əsasən, ehtiyat fonddakı torpaqlar dövriyyəyə cəlb ediləcək, kooperasiyalar və yeni aqrar komplekslər yaradılacaq

2010-cu ildə bir sıra kənd təsərrüfatı məhsullarının istehsalının azalması və dünyada yeni ərzaq böhranı dalğasının başlanması təhlükəsi hökuməti narahat etməyə başlayıb. Hökumət ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi üçün müvafiq orqanlar qarşısında təxirəsalınmaz tədbirlər görülməsini irəli sürüb. Kənd Təsərrüfatı Nazirliyi (KTN), Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) və "Meliorasiya və Su Təsərrüfatı" ASC-yə istehsal imkanlarının səfərbər olunması, mülkiyyətçilərə dövlət tərəfindən güzəştlərin edilməsi, torpağın əkin dövriyyəsinin artırılması, meliorativ tədbirlərin görülməsi və digər tapşırıqlar verilib.


Mərkəzi Bank manata sərbəstlik verdi

14.01.11 - 12:59267 baxılıb

Milli valyuta üzən məzənnə rejimində idarə olunacaq

Məlum olduğu kimi, Mərkəzi Bank (MB) yanvarın 10-dan etibarən valyuta bazarında məzənnə siyasətinə ciddi dəyişiklikləri tətbiq edib. Bank manat-dollar münasibətlərində açıq bazar siyasətinə keçid edib və yeni taktiki dəyişikliklər valyuta bazarının bütün seqmentlərini əhatə etməyə başlayıb.


2011-ci ildə maliyyə bazarında risklər gözlənilir

10.01.11 - 13:36199 baxılıb

Mərkəzi Bank yeni ildə inflyasiyanın ikirəqəmli həddə çatmasının qarşısını almaq üçün bütün dövlət orqanlarını antiinflyasiya tədbirlərinə dəvət edir

2008-ci ildən başlayaraq dünya ölkələrinə ağır iqtisadi zərbələr vuran qlobal böhranın təsirləri aradan qalxmamış dünyada baş verən kəskin iqlim dəyişiklikləri və ərzaq qıtlığı problemi yenidən ümumdünya böhranının simptomlarını üzə çıxarıb. 2011-ci il Amerika və Avropa dövlətləri üçün gözlənildiyindən sərt başlayıb və qlobal soyuqlaşma tendensiyası fonunda ərzaq böhranı sürətlənib. Bir çox dövlətlərdə ötən il böhranın təsirləri aradan qalxmamış yenidən böhran tsikli ortaya çıxıb.


Yanvarın 1-dən özəlləşdirmə çekləri etibarsız sayılacaq

20.12.10 - 12:15274 baxılıb

Gələn ildən özəlləşdirmə paylarının dövriyyə müddəti uzadılmayacaq və dövlətsizləşdirmə siyasəti pullu hərraclar vasitəsilə həyata keçiriləcək

Təxminən 13-14 gündən sonra, 2011-ci il yanvarın 1-də özəlləşdirmə çeklərinin dövriyyə müddəti başa çatır. Bu o deməkdir ki, əgər çeklərin dövriyyə müddəti uzadılmasa, hökumət özəlləşdirmə payları ilə vidalaşacaq və əhalidə qalan bu kağızlar lazımsız hesab olunacaq. Artıq Əmlak Məsələləri Dövlət Komitəsi çeklərlə bağlı açıqlama verib. Komitənin mövqeyindən məlum olur ki, yeni ildən özəlləşdirmə paylarının dövriyyə müddəti uzadılmayacaq. Bundan sonrakı müddətdə isə özəlləşdirmə başqa vasitələrlə aparılacaq. Yəni çeklərin müddətinin başa çatması heç də özəlləşdirmənin sona yetməsi demək deyil, dövlətsizləşdirmə siyasəti digər vasitələrlə, yəni pullu hərraclarla həyata keçiriləcək.


Avropa Bankı ilə Azərbaycan arasında 2010-2013-cü illərə dair yeni əməkdaşlıq strategiyası qəbul olunub

13.12.10 - 12:39181 baxılıb

AYİB respublikamızda qeyri-neft sektoruna maliyyə dəstəyi göstərəcək, NABUCCO layihəsini maliyyələşdirməkdə iştirak edəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanla qarşıdakı illər üzrə yeni əməkdaşlıq strategiyasını qəbul edib. 2010-2013-cü illəri əhatə edən yeni strategiyaya əsasən, iqtisadiyyatın bir çox sahələri üzrə davamlı layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Ölkəmizdə ən iri layihələrin maliyyələşdirilməsində aktiv iştirak edən beynəlxalq maliyyə institutu kimi AYİB Azərbaycana yönəltdiyi investisiyaların həcmini artırmaq niyyətindədir. Bank respublikamızda infrastruktur, energetika, yol-nəqliyyat, su təsərrüfatı, maliyyə, bank və digər bölmələrə sərmayə yatırmış nüfuzlu donorlardan hesab olunur. Qeyd edək ki, AYİB indiyədək Böyük İpək Yolu layihəsinin, həmçinin ən böyük elektroenergetika obyektlərinin tikintisinə və yenidən qurulmasına investisiya yönəldib.


Dünya Bankı Azərbaycanla bağlı yeni strategiya hazırlayır

03.12.10 - 16:47194 baxılıb

Eduard Dayan: “Poçtların banklar kimi kredit cəlb etmək və kredit vermək səlahiyyətləri olmalıdır”

Dünya Bankı (DB) Azərbaycan hökuməti ilə qarşıdakı illərə dair yeni əməkdaşlıq strategiyasını hazırlamaq niyyətindədir. Əməkdaşlığın yeni mərhələsində əsas istiqamətlər qeyri-neft sektoruna dəstəyi daha da artırmaqdan ibarət olacaq. DB qarşıdakı illərdə Azərbaycanın inkişafı üçün daha geniş perspektivlər vəd edən informasiya-kommunikasiya texnologiyaları sektoruna sərmayə qoymaqda maraqlıdır.


“Ümid" yatağı Azərbaycanı ümidləndirdi...

26.11.10 - 16:22405 baxılıb

İran və Türkmənistanın iddialarına baxmayaraq, neftçilərimiz Xəzərdə yeni kəşflərə imza atmaqdadır


Azərbaycan neftçiləri ölkəmizin neft-qaz sənayesi üçün tarixi hadisə olan yeni kəşfə imza atıblar. Söhbət Xəzərin ən perspektivli qaz yataqlarından sayılan "Ümid" blokunun kəşfindən gedir. "Şahdəniz"dən sonra ən böyük ikinci yataq hesab olunan "Ümid" yatağının kəşf olunması Azərbaycanın bəxtinə açılan yeni qapı da sayıla bilər.


2011-ci ildə neftin qiyməti 150 dollara çatacaq

19.11.10 - 15:57327 baxılıb

Neftin bahalaşması yanacağın və enerjidaşıyıcılarının qiymətlərinin artmasını da labüd edir

Dünya bazarlarında neftin qiyməti yenidən sürətlə artmağa başlayıb. Son bir həftədə "qara qızıl"ın bir bareli 10 dollara yaxın bahalaşıb. Neftin indiki birja qiymətləri üzrə artım dinamikası 2008-ci ilin yay aylarındakı vəziyyəti xatırladır. Yəni neft həmin dövrdəki rekord qiymətlərə yaxınlaşmağa doğru gedir və bazar konyukturası bunları diqtə edir. Qeyd edək ki, 2008-ci ilin iyul ayının əvvəllərində "qara qızıl"ın qiyməti 135 dollar təşkil etdiyi halda, həmin ayın sonunda 150 dollara çatmışdı.


Dollar ucuzlaşacaq, yoxsa sabit qalacaq?!

12.11.10 - 17:15191 baxılıb

Amerika valyutası son 11 ildə ən aşağı həddə düşüb

Ötən ilin əvvəllərindən başlayaraq davam edən dolların ucuzlaşması tendensiyası son bir həftə ərzində bir qədər də artıb. ABŞ pulu noyabrın ilk günlərindən başlayaraq valyutadəyişmə məntəqələrində və birjalarda 80 qəpikdən də aşağı alınır.
Hazırda 1 dolların alış qiyməti 79 qəpiyə bərabərdir. 2005-ci ilin avqust ayında iki günlük "dollar böhranını" nəzərə almasaq, bu, son 11 ildə dolların ən aşağı qiymət indeksi sayıla bilər. Qeyd edək ki, 1999-cu ildə 1 dollar 79,5 qəpiyə bərabər olub və ondan sonra hökumət dolların kəskin şəkildə ucuzlaşmasının qarşısını almaq üçün əks tədbirlər görüb. Nəticədə 2000-ci ildə dollar yenidən bahalaşaraq məzənnəsi 82 qəpiyə yüksəlib. Bir sıra mütəxəssislərin fikrincə, Amerika valyutası ilin sonuna kimi bir az da ucuzlaşa və 1 dollar 75 qəpiyə satıla bilər.


“Dünyada hələ də mövcud olan təzadlı iqtisadi durum şə raitində dövlət büdcəsinin gəlir və xərclərinin artım sürətinə ehtiyatla yanaşılıb"

15.10.10 - 18:26274 baxılıb

Vahid Əhmədov: "Dövlət Neft Fondundan büdcəyə transfertlərin artmasından narahatam"

Əli Məsimli: "Neftin büdcədəki qiymətinin 60 dollar göstərilməsi təqdirəlayiqdir"


2011-ci ilin dövlət büdcəsi hazırlanarkən qlobal maliyyə böhranının dərsləri nəzərə alınıb. Bu fikir Milli Məclisin iqtisadiyyat, aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında səsləndirildi. İqtisadiyyat komitəsinin sədri Ziyad Səmədzadə qeyd etdi ki, dünyadakı qlobal böhrana baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik bərpa olunub, maliyyə ehtiyatları artırılıb, büdcə şəffaflığının təmin olunması istiqamətində böyük işlər görülüb. Təkcə deputatlara təqdim olunan büdcə layihəsində 2 milyondan artıq rəqəm əksini tapır.


“2011-ci il dövlət büdcəsinin Neft Fondundan transfertlər hesabına formalaşmasında qəbahətli heç nə yoxdur"

08.10.10 - 15:32365 baxılıb

"2011-ci il dövlət büdcəsinin Dövlət Neft Fondundan transfertlər hesabına formalaşmasında qəbahətli heç nə yoxdur. Dövlət büdcəsinin gəlirləri və xərcləri hər il dövlət proqramlarının parametrlərinə uyğun hazırlanır. Gəlirlərin 12 milyard 61 milyon manat, xərclərin 12 milyard 748 milyon manat olması o deməkdir ki, büdcə kəsiri proqnozlaşdırılır. Büdcə kəsirinin hansı mənbələrdən ödəniləcəyi də layihədə izah edilib. Bu, büdcəyə büdcədənkənar daxilolmaların, qiymətli kağızlar bazarına cəlb oluna biləcək vəsaitlərin, özəlləşdirmədən daxilolmaların hesabına olur. Büdcə kəsirinin ümumi daxili məhsulda 3-4 faiz olması elə böyük problem yaratmır. İqtisadi nəzəriyyədə belə bir şey var ki, büdcə kəsirinin olması hökuməti daha fəal işləməyə sövq edir". Bunları Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Nazim Məmmədov 2011-ci ilin dövlət büdcəsi layihəsini şərh edərkən bildirdi.


Qida məhsullarının təhlükəsizliyi problemi

01.10.10 - 15:22414 baxılıb

Dünya ölkələrində qida məhsullarının təhlükəsizliyi problemi böyüməkdə davam edir.

Hazırda qlobal xarakter alan sözügedən problemin həlli istiqamətində lazımi tədbirlər görülsə də, vəziyyət hələ də dəyişməz olaraq qalır. Belə ki, statistikaya əsasən, hər il inkişaf etmiş ölkələrdə əhalinin təxminən 30 faizi qida mənşəli xəstəliklərdən əziyyət çəkir. Məsələn, təkcə ABŞ-da hər il təxminən bu tip xəstəliklərlə bağlı 76 milyon hal qeydə alınır ki, onların da 325 mini hospitallaşdırma, 5 mini isə ölümlə nəticələnir. Adətən infeksiya və zəhərlənmə şəklində özünü büruzə verən qida mənşəli xəstəliklər isə hər bir ölkədə istənilən insanı təhdid edir.


İstiqraz al, mənzil qazan...

24.09.10 - 15:34352 baxılıb

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi vətəndaşları ipoteka istiqrazları almaqla mənzil problemlərini həll etməyə çağırır

Hökumət son 2 ildə əhalinin nağd pulla mənzil ala bilmək imkanlarının azaldığını görərək başqa vasitələrin köməyi ilə daşınmaz əmlak bazarını canlandırmaq istəyir. İpoteka kreditlərinin həcminin az olması və bu kreditlərdən əhalinin cüzi bir hissəsinin faydalanması da çıxış yolu olmadığından, digər alternativ vasitə- ipoteka istiqrazlarının buraxılışının gücləndirilməsi qərara alınıb. Artıq bununla bağlı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (QKDK) müəyyən tapşırıqlar verilib.


2011-ci ilin büdcə layihəsi hökumətə təqdim olunub

17.09.10 - 17:50497 baxılıb

Gələn il büdcə vəsaitlərinin həcminin 2 milyard manat artırılması nəzərdə tutulur

Maliyyə Nazirliyi 2011-ci ilin dövlət büdcəsinin layihəsi üzərində işləri yekunlaşdırıb. Eyni zamanda İqtisadi İnkişaf Nazirliyi yeni ilin sosial-iqtisadi inkişaf göstəriciləri ilə bağlı proqnozları başa çatdırıb. Hər iki qurum ölkənin ümumi makroiqtisadi inkişaf ssenarilərini yaxın günlərdə Nazirlər Kabinetinə təqdim edəcək. Maliyyə Nazirliyindən verilən məlumata görə, büdcə layihəsi sentyabrın sonlarında hökumət tərəfindən müzakirə olunacaq və bundan sonra sənədə bir sıra dəyişikliklərin edilməsi barədə fikir yürüdüləcək.


Hökumət taxıl istehsalını artırmaq üçün indidən tədbirlərə başlayıb

17.09.10 - 17:49395 baxılıb

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə toxum və mineral gübrələrin verilməsi üçün işçi qrupları yaradıb. Bu il ölkədə taxıl istehsalının azalması hökuməti indidən yeni əkin mövsümündə ciddi tədbirlər görməyə vadar edib.


Türkmənistan da BTC-yə qoşuldu

07.09.10 - 16:28327 baxılıb

Azərbaycan təkcə BTC ilə il ərzində
60 milyon ton neft satacaq

Qazaxıstandan sonra Türkmənistan hökuməti öz neftini Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə nəql etməyə qərar verib. Artıq türkmən neftinin Şərq-Qərb enerji marşrutu ilə nəqlinə başlanılıb.


BP Meksika körfəzində baş verənlərin... Azərbaycanda təkrar olunmamasına çalışacaq

07.09.10 - 16:26285 baxılıb

Neft şirkəti Meksika körfəzində baş vermiş qəzadan sonra sosial və ətraf mühit risklərini ön plana çəkib

BP şirkəti Meksika körfəzindəki neft yatağında baş verən neftin sızmasından sonra ekoloji sahəyə daha çox diqqət ayırmağa başlayıb. Şirkət neft yataqlarında hasilat işlərindən tutmuş neftin sahilə çatdırılması və nəqli ilə bağlı ekoloji tədbirlərə məsuliyyət daşıyan personalı diqqətli olmağa çağırıb. BP-Azərbaycan şirkətinin prezidenti Rəşid Cavanşir bildirib ki, Meksika körfəzində baş vermiş qəza şirkəti Azərbaycanda da məsuliyyəti artırmağa vadar edib.


< 1 2 3 4 5 6 ... 16 17 18 19 20 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.