Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Rusiya dekabradək xarici ölkələrə taxıl ixrac etməyəcək

24.08.10 - 10:33250 baxılıb

Bu addım Azərbaycan üçün heç bir problem yaratmayacaq

Rusiya dekabrın 31-dək xarici ölkələrə taxıl ixrac etməyəcək. BBS-nin məlumatına görə, Rusiyanın taxıl ixracına yasaq qoyması dünya bazarında taxılın qiymətinin xeyli artması ilə nəticələnib. Qeyd edək ki, Rusiya dünyada 3 taxıl ixracatçı ölkədən biridir. Ölkə bu il təxminən 20 milyon ton taxıl ixrac etmək niyyətində idi, lakin Moskvanın son qərarı bu istəyi reallaşdırmağa imkan vermədi.


İkinci İpək yolu...

06.08.10 - 13:54232 baxılıb

Bakı-Batumi avtomobil magistralı region dövlətləri arasında böyük bağlantı yaradan kommunikasiya dəhlizinə çevriləcək

Regionda nəqliyyat-kommunikasiya sistemləri şəbəkəsinin genişlənməsinə dəstək verən Azərbaycan sülh və təhlükəsizliyin möhkəmlənməsi, qarşılıqlı əməkdaşlıq məkanının dərinləşməsi üçün öz təşəbbüslərini daha da artırmaqdadır. Respublikamız bölgə dövlətlərinin sıx inteqrasiyasına və onlar arasında dostluq tellərinin möhkəmlənməsinə xidmət edən trans-nəqliyyat marşrutlarının miqyasının genişlənməsi üçün dəstəyini artırmaqla yanaşı, maliyyə köməyini də əsirgəmir. Azərbaycan Mərkəzi Asiyadan başlayaraq Avropaya uzanan qlobal kommunikasiya sistemlərinin mərkəzi nöqtəsinə çevrilməklə, öz strateji mövqeyini də möhkəmləndirmiş olur.


Azərbaycan Cənubi Qafqazın ən iri enerji nəqletmə kompleksinə sahib ola bilər

06.08.10 - 13:49213 baxılıb

ARDNŞ Rusiyadan Ermənistana mavi yanacaq nəql edən "Şimal-Cənub" magistral qaz kəmərinin Gürcüstan hissəsini almağa hazırlaşır

Respublikamız regionun əsas kommunikasiya dəhlizinə sahib olmaqla Ermənistana qarşı mühüm iqtisadi rıçaq əldə etmək şansı qazanmış olacaq

Regionda strateji enerji-nəqliyyat marşrutları şəbəkəsinin mərkəzinə çevrilən Azərbaycan mühüm tranzit infrastrukturlarının və yanacaq komplekslərinin səhmdarı kimi mövqeyini gücləndirməkdədir. Respublikamızın ən iri enerji şirkəti olan Dövlət Neft Şirkəti (ARDNŞ) bölgədə bir çox dövlətlərin yanacaq-enerji komplekslərinə və nəql marşrutlarına böyük həcmdə investisiya yatıraraq potensial səhmdar kimi özünü təsdiq edib.


Azərbaycan və Gürcüstan yeni İpək yolu çəkəcək

23.07.10 - 14:05235 baxılıb

Azərbaycan və Gürcüstan hökumətləri Bakı-Tbilisi-Qars dəmir yolunun ardınca, bölgədə daha bir nəqliyyat infrastrukturunun- Bakı-Batumi avtomobil magistralının yaradılmasına dair birgə anlaşma əldə ediblər.

Prezident İlham Əliyevin bir neçə gün əvvəl Batumiyə səfəri zamanı qonşu ölkənin dövlət başçsı Mixeil Saakaşvili ilə birgə yeni layihələrin həyata keçirilməsinin perspektivləri müzakirə olunub. Həmin layihələr sırasında isə Bakı-Batumi avtomobil yolu xüsusi əhəmiyyət kəsb edir.
Ekspert Elman Nəsirlinin fikrincə, Bakı-Batumi avtomobil magistralının reallaşması Qafqaz regionunda daha bir trans-nəqliyyat sisteminin işə düşməsinə əlverişli zəmin yaratmış olur. Azərbaycandan Gürcüstan sərhədinə qədər uzanacaq dördzolaqlı avtomagistral yolu Azərbaycanla digər qonşu dövlətləri, eyni zamanda bütün bölgə ölkələrini bir-biri ilə bağlayacaq.


Uyğunluq sertifikatı olmayan məhsullar bazarda xeyli azalıb

23.07.10 - 13:59386 baxılıb


Küçə ticarətinin qarşısını almaq mümkün olmur

29.06.10 - 10:30250 baxılıb

İmran Abdullayev: "Əksər kvas satışı yerlərində heç bir sanitariya qaydalarına riayət edilmirdi"

Əliabbas Bağırov: "Paytaxt küçələrində ticarətlə məşğul olan əcnəbilərə qarşı qanunun qüvvəsindən tam istifadə edə bilmirik"


Yay mövsümü ilə əlaqədar havaların istiləşməsi küçələrdə satılan bir çox məhsulların tez xarab olmasına səbəb olur. Günün altında günlərlə saxlanılan məhsulların satılması isə ondan istifadə edənlərin orqanizmi üçün real təhlükə yaradır. Bütun bunlar küçə ticarətinin qarşısının alınması üçün tədbirlərin gücləndirilməsini zəruri edir.


Neftin qiyməti dəyişdikcə, inflyasiya da artacaq...?

14.05.10 - 18:05384 baxılıb


2010-cu ildə ərzaq böhranı gözlənilir

14.05.10 - 17:03396 baxılıb

Ümumdünya Ərzaq Təşkilatı taxılın və digər ərzaq məhsullarının qiymətlərində kəskin bahalaşmanın olacağını bəyan edir

Dünyada kəskin iqlim dəyişikliklərinin baş verməsi və qlobal soyuqlaşmanın ağır fəsadlarının artması bir çox dövlətlərin yol-nəqliyyat, infrastruktur, turizm, sosial infrastruktur və digər sahələrinə ciddi ziyan vurmaqla yanaşı, onların kənd təsərrüfatı və yeyinti sənayesini də böyük itkilərlə üz-üzə qoyub. Sel və daşqınlar, aramsız yağıntılar, əkin mövsümündə şaxtalı havalar bütün ölkələrin aqrar sahəsinə ciddi zərər vurub. Kənd təsərrüfatı bitkilərinin böyük bir hissəsi vegetasiya dövründə sıradan çıxıb, sel və daşqınlar təsərrüfatları məhv edib, mal-qara və quşçuluq müəssisələri ağır vəziyyətlə üzləşiblər.


Neftin barelinin 110 dollara yüksələcəyi gözlənilir

23.04.10 - 14:55506 baxılıb

Pentaqon ekspertləri 2012-ci ildə dünyadakı neft ehtiyatlarının azalacağını, "qara qızıl"ın qiymətinin nəzarətdən çıxacağını deyir…

Dünya bazarında neftin qiymətinin fərqli istiqamətlərdə dəyişməsi prosesi davam etməkdədir. Nyu-Yorkda "qara qızıl"ın qiymətinin düşməsi müşahidə edildiyi halda, London birjasında artım davam edir. Nyu-Yorkun əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində neftin qiyməti 1 barelə görə 83,68 dollar təşkil edib. Brent markalı neftin 1 barelinin dəyəri 0,90 dollar artaraq 85,70 dollara çatıb.


Keyfiyyətsiz malların satılmasına ciddi qadağa qoyulmalıdır

16.04.10 - 19:37282 baxılıb

Prezident aidiyyəti orqanları sərt tədbirlər görməyə çağırdı

Son vaxtlar İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ticarət məntəqələrində və bazarlarda qida məhsullarının keyfiyyət göstəriciləri ilə bağlı monitorinqləri gücləndirməsinə baxmayaraq, yenə də bu sahədə problemlər qalmaqdadır. Xüsusilə regionlardakı ticarət məntəqələrində keyfiyyətsiz malların çeşidi artıb. Prezident İlham Əliyev də Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında narahatlığını ifadə edib.


Banklar müştərilərdən asılıdır, yoxsa əksinə...

09.04.10 - 17:36348 baxılıb

Məlum olduğu kimi, son vaxtlar 5 min manatdan artıq kredit götürmək istəyənlərdən mütləq hər hansı bir əmlakını girov qoymaq tələb olunur.

Bank Tədris Mərkəzindən verilən məlumata əsasən, kredit normal və nəzərdə tutulan vaxtda qaytarıldığı halda girov məsələsi gündəmdə olmur və həmin şəxsin əmlakı girovluqdan çıxır. Mərkəzdən o da bildirildi ki, iş adamlarının kredit qaytarmasında yaranan çətinliklər hələ ötən ilin əvvəllərindən etibarən müşahidə edilir.


Avro çökməkdədir

05.04.10 - 11:42234 baxılıb

Yunanıstan, Portuqaliya, İspaniya kimi ölkələrdə büdcə kəsirinin və xarici borcların artması investorlarda avroya olan etibarı azaldıb

Avro çətin günlərini yaşamaqda davam edir. Son məlumatlara görə, avro 1 dollar 33 sentə bərabərdir. Bu da son 10 ayda avronun Amerika valyutasına nisbətdə ən aşağı göstəricisidir. Avronun dollara nəzərən qiymətdən düşməsi manat-avro məzənnəsinə də təsir edib. Ötən ilin dekabrından etibarən manatın məzənnəsi Avropanın vahid valyutası ilə müqayisədə 7 faiz möhkəmlənib. Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsinin avroda saxlandığını əsas gətirən mütəxəssislər avronun kursunun kəskin azalmasının ölkəmizə də mənfi təsir göstərəcəyini istisna etmirlər.


Bazarlarda məhsulların qiymət problemi

19.03.10 - 13:37267 baxılıb

Müvafiq strukturlar süni qiymət artımına yol verənlərin cəzalandırılacağını iddia edirlər

Dünya ölkələrində bayram ərəfəsində qiymətlər aşağı düşdüyü halda ölkəmizdə bunun tam əksi baş verir. İşbazlar bayramın gəlişini bəhanə edərək süni qiymət artmından əsaslı şəkildə yararlanmağa çalışırlar, bununla da insanların bayram əhvali-ruhiyyəsini korlayırlar. Novruz bayramı ərəfəsində ərzağın qiymətində baş alıb gedən bahalaşma buna əyani sübutdur. Bəzi işbazlar baş verənləri əhalinin alıcılıq qabiliyyətinin artması ilə əlaqələndirirlər.


Novruz bayramında qiymətlər 50 faiz bahalaşacaq

09.03.10 - 12:02408 baxılıb


Avro ilə pul saxlayanlar, tələsin!

09.03.10 - 11:57246 baxılıb

Avro "ölür", dollar zəifləyir, manat isə möhkəmlənir

Dünya iqtisadi böhranı Avropa valyuta bazarını silkələməyə başlayıb. Artıq dünyanın ən dəyərli valyutalarının məzənnəsi ucuzlaşmaqda davam edir. Dolların ardınca avronun da kəskin şəkildə ucuzlaşması müşayiət olunmaqdadır. Məsələ ondadır ki, indi dollar bahalaşmağa, avro isə dəyərdən düşməyə başlayıb. 2009-cu ilin noyabr-dekabr aylarında avro etibarlı valyuta kimi mövqeyini qismən itirsə də, 2010-cu ilin əvvəllərindən avronun məzənnəsi yenidən aşağı düşüb. Avropa İttifaqı dövlətlərinin əksəriyyətində müşahidə olunan böhran meyilləri isə avronun etibarının aşağı düşməsini daha da sürətləndirib.
Yunanıstanda iqtisadi vəziyyətin gərginləşməsi isə avrozonanın perspektivlərini sual altına alıb. Qeyd edək ki, Yunanıstan iqtisadiyyatı son 2 ildə geriləməyə doğru davam edir və artıq bu ölkədə büdcə vəsaitlərinin 40 faizindən çoxu xarici borc hesabına formalaşmaqdadır. Xarici borcların həcmi 300 milyard dollara çatıb. Bu təhlükəli tendensiya xarici investorları və Avropa İttifaqının maliyyə institutlarını ciddi şəkildə narahat etməyə başlayıb.


Dövriyyədə saxta pullar aşkarlanır

09.03.10 - 11:56364 baxılıb

Aldanmamaq üçün vətəndaşlar diqqətli olmalıdır

Son vaxtlar respublikamızda saxta pul əskinasları hazırlanması ilə bağlı bir neçə fakt aşkarlanıb. "İşbazlar" bu yolla qısa müddətdə varlanmaq istəyir. Belə şəxslərin əməllərindən aldananlar adətən milli pulların nişanələrindən xəbərsiz olan vətəndaşlardır. Saxta pul əskinasları hazırlayan şəxslərə qarşı görülən cəza tədbirləri də problemin tam aradan qaldırılması üçün yetərli olmayıb. Maraqlıdır ki, Azərbaycanda yeni pul əskinasları dövriyyəyə buraxılarkən onların saxtalaşdırılma ehtimalının az olduğunu bildirdilər.


Dünya Bankı Azərbaycana 450 milyon dollar kredit ayıracaq

01.03.10 - 11:15373 baxılıb


Yoxsulluğun səbəbi ailələrin çoxuşaqlı olmasıdır...?

01.03.10 - 11:15389 baxılıb


Qlobal maliyyə böhranının ikinci dalğası qaçılmazdır

01.03.10 - 11:14266 baxılıb

Bunun Azərbaycana təsiri olmayacaq

İsveçrədə növbəti Davos İqtisadi Forumunda bir sıra məsələlər müzakirə olunsa da, diqqət çəkən məqamlardan biri də qlobal maliyyə böhranının ikinci dalğasının gəlməsi ilə əlaqədar səslənən fikirlər olub.
Davos İqtisadi Forumunda qlobal maliyyə böhranının ikinci mərhələsində şirkətlər deyil, dövlətlər müflis olacaq. Dövlətlər şirkətləri düşdüyü çətin vəziyyətdən çıxarmaq üçün büdcədən müəyyən vəsaitlər ayırır ki, bu da nəticə etibarilə dövlətin üzərinə düşən sosial öhdəlikləri yerinə yetirməsində problemlər yaradır. Artıq Avropa və digər dövlətlərin maliyyə gəlirləri aşağı düşüb.


“Vergi dərəcələri tədricən aşağı salınmalıdır"

19.02.10 - 15:38261 baxılıb

Əli Məsimli: "Bu yolla iqtisadi fəallığı artırmaq mümkündür"

"Vergi dərəcələri tədricən aşağı salınmalıdır", - Milli Məclisin İqtisadiyyat Komitəsinin üzvü Əli Məsimli bu fikirdədir. Millət vəkilinin sözlərinə görə, Azərbaycan dünyada tüğyan edən qlobal iqtisadi böhrandan ən az itki ilə çıxan ölkələr sırasındadır. Amma hələ də iqtisadi böhran başa çatmayıb. Bəzi iqtisadçıların fikrincə, onun yeni dalğası gözlənilir.


< 1 2 3 4 5 6 7 ... 16 17 18 19 20 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.