Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Yeni iş yerləri yaradılacaq

13.02.10 - 21:18235 baxılıb

Güzəştli kreditlərlə maliyyələşdirilən investisiya layihələri hesabına

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlıq subyektlərinin investisiya təkliflərinin qəbuluna başlayıb. Fevralın 1-dən etibarən start verilən bu proses "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq aparılır. Güzəştli qaydada maliyyələşdiriləcək layihələrdə südlük cins iribuynuzlu heyvandarlıq komplekslərinin (ailə fermer təsərrüfatlarının), kiçik və ya orta həcmli üzüm emalı müəssisələrinin yaradılması, uşaq qidası istehsalının təşkil olunması yer almalıdır.


Qanun kənd təsərrüfatının istehsalçılarına dəstək olacaq

13.02.10 - 21:16380 baxılıb


Ötən il mənzil tikintisinin həcmi 20 faiz azalıb

06.02.10 - 20:52437 baxılıb

50-dən çox tikinti şirkəti 2009-cu ildə bina inşa etməkdən imtina edib

Son iki ayda tikinti materiallarının qiymətlərində 5 faizə yaxın ucuzlaşma baş verib. Ən çox istifadə olunan tikinti mallarından qum, sement, çınqıl, mişar daşı, kərpic, taxta, armatur, künyə, dəmir təbəqə, dikt, sink təbəqə, dam örtüyü, şüşə ucuzlaşmaya məruz qalıb. Araşdırmalar göstərir ki, qiymət ucuzlaşmasına səbəb tikinti materiallarına olan tələbin azalması olub. Dekabrın ortalarından başlayaraq tikinti sektorunda sifarişlərin miqyası azalıb, torpaq sahələrində yeni evlərin inşası, eyni zamanda tikinti şirkətlərinin işlərinin həcmi xeyli aşağı düşüb.


Davosdan xoş xəbərlər gəlmədi

01.02.10 - 12:12242 baxılıb

Valyuta Fondu 2010-cu ildə qlobal böhranın davam edəcəyini və neftin qiymətinin 40 dollara düşəcəyini bəyan etdi

İsveçrənin qış kurort şəhəri olan Davosda öz işinə başlayan Ümumdünya İqtisadi Forumunun ilk günləri sakit axarda keçməyib. Sayca 40-cı forum olan bu tədbirdə iştirak edən dünyanın 90-dan çox ölkəsinin dövlət və hökumət başçısının, 2500-dək iş adamının, siyasətçilərin müzakirələri göstərir ki, Davosda əsas məsələ olan qlobal böhranla mübarizədə yekdillik yoxdur. Dünya dövlətlərinin liderləri bu məsələdə bir araya gələ bilmirlər.


Tikinti bazarında böhran gələn ilin əvvəlinədək davam edəcək

16.01.10 - 16:33301 baxılıb


Saxta məhsullardan yaxa qurtarmağın yolları

16.01.10 - 16:29221 baxılıb

Vahid Əhmədov: "Daxili bazarın saxta məhsullardan müdafiəsi beynəlxalq təcrübədə sınanmış çeşidli səmərəli mexanizmlərə əsaslanmaqla həyata keçirilməlidir"

Zahid İsayev: "Əvvəlki illərlə müqayisədə ticarət obyektlərində saxta məhsulun miqdarı xeyli dərəcədə azalıb"

Sevgim Rəhmanov: "Saxta malın mağazalardan tam yığışdırılmasının yollarından biri malın hesab fakturasının tələb olunmasıdır"


Yeni ilin “Endirim" kampaniyası başladı!

28.12.09 - 14:12315 baxılıb

Yanvarın birinci yarısınadək bütün yeni il hədiyyələri yoxlanılacaq

Rusiyada bayram endirimlərinə nəzarətin gücləndirilməsi məqsədiilə qanunvericiliyə dəyişiklik edilib

Yeni ilin gəlişi ilə paytaxtın mağazalarının qapı və pəncərələrində "endirim kampaniyası başladı" yazılarının sayı daha da artıb. Bu yazılar nə qədər reallığa yaxındır? Mütəxəssislərin bu suala münasibətini öyrənməmişdən əvvəl bir neçə mağazaya baş çəkdik. "Endirimlər" əsasən satılmayan, uzun müddət mağazalarda yatıb qalan mallara şamil edilir. Mövsümi, alıcılarda maraq doğuran mallar isə kampaniyaya daxil olunmayıb. Ən təəccüb doğuranı odur ki, endirimlə satılan malların üzərində əvvəlki qiymət yazılmayıb.


İpoteka bazarı genişlənməlidir

28.12.09 - 14:10351 baxılıb


Moskvada soydaşlarımıza “qırmızı işıq”

14.12.09 - 11:33344 baxılıb

Əlövsət Əliyev: “Bu addım azərbaycanlıların vətənə dönməsinə ciddi təsir etməyəcək”

Gələn il yanvarın 1-dən Moskvada yaşayan soydaşlarımız kommersiya qurumlarında sürücü vəzifəsində işləyə bilməyəcək. Moskvada marşrut avtobuslarında çalışan sürücülərin 70 faizinin Azərbaycan, Ermənistan, Tacikistan vətəndaşları olduğunu açıqlayan Rusiya tərəfi bu addımını əcnəbilərin şəhəri yaxşı tanımaması, rus dilini zəif bilmələri ilə izah edir. Maraqlıdır, bu qərar azərbaycanlı miqrantlara necə təsir edəcək?


Rusiya Avropanı yenə qazsız qoymaq niyyətindədir

14.12.09 - 11:31339 baxılıb


Ticarət obyektlərində “mövsümi endirimlər"

14.12.09 - 11:25365 baxılıb


Ölkə banklarının sağlamlaşdırılmasına zərurət var

07.12.09 - 14:32326 baxılıb

Xəyal Şərif-zadə: "Mərkəzi Bankın faiz dərəcəsi ilə bazarda kreditlərin orta faiz dərəcələri arasinda fərqlərin olmasını təbii hesab edirəm"

Vüqar Bayramov: "Kommersiya banklarının faiz dərəcələrinin yüksək olması bank sistemində yeni böhrana yol açmaqla yanaşı, real sektorun da inkişafını ləngidir"


2010-cu ildə orta aylıq əməkhaqqının 339,2 manata çatacağı proqnozlaşdırılır

26.11.09 - 12:05507 baxılıb

Gələn il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri və xərcləri 1 milyard 775 milyon 721 min 620 manat olacaq. Bu barədə Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli məlumat verdi. O, dünyadakı maliyyə böhranının fondun da büdcəsinə təsirsiz ötüşmədiyini qeyd etdi. Dedi ki, nəticədə fondun büdcəsinə dövlət büdcəsindən transfertlərin həcmi artırılıb. Komitə sədrinin sözlərinə görə, ilk baxışda fondun büdcəsinin icmal rəqəmləri 2009-cu ilə nisbətən 18 milyon manat azalıb. Amma bəzi reallıqlar nəzərə alınsa, gələn il büdcənin artımla müşayiət olunacağı proqnozlaşdırıla bilər: "Hesablamalara görə, bu il Azərbaycanda inflyasiyanın həddi təxminən 1 faiz olacaq. Bu isə 2009-cu ildə pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi üçün nəzərdə tutulan 50 milyon manat vəsaitin istifadə olunmadan ehtiyat kimi fondun büdcəsində qalması deməkdir. Eyni zamanda 2009-cu ildə fondun rabitə və aparatının saxlanma xərclərinə 2 milyon manata qədər qənaət edilib. Beləliklə, fondun büdcəsi gələn il 50 milyon manat artımla proqnozlaşdırıla bilər".


İqtisadiyyatımızı böhran da ləngidə bilmir

26.11.09 - 11:57318 baxılıb


Azərbaycan gələn il İrana qaz ixrac edəcək

16.11.09 - 12:25398 baxılıb

Qazıməmməd-Astara-Bind-Biand kəməri vasitəsilə 500 milyon kubmetr qaz nəql olunacaq

Azərbaycan gələn ildən etibarən Rusiya ilə yanaşı, İrana da qaz ixrac edəcək. Artıq hər iki ölkə arasında qaz ticarəti ilə bağlı anlaşma əldə olunub. Dövlət Neft və İranMilli Qaz İxrac şirkətlərinin dünən imzaladıqları anlaşma memorandumuna əsasən, Azərbaycan qazı 2010-cu ildən etibarən İrana ixrac ediləcək. Sazişin bəndlərinə uyğun olaraq tərəflər noyabr-dekabr aylarında qaz nəqli üçün infrastrukturu tam hazır vəziyyətə gətirməlidirlər.
Qazın nəql olunması ilə əlaqədar ötürmə sistemi və nəql marşrutu hazır vəziyyətdə olduqdan sonra DNŞ və İran Milli Qaz İxrac Şirkəti qazın alqı-satqısına dair sazişi imzalayacaq.


Büdcə layihəsi müzakirə edildi

09.11.09 - 11:27319 baxılıb

“Gələn il ölkənin hərbi potensialının gücləndirilməsi prioritet istiqamətlərdən olacaq”

Milli Məclisin 5 komitəsinin (iqtisadi siyasət, aqrar siyasət, təhlükəsizlik və müdafiə məsələləri, təbii ehtiyatlar, energetika və ekologiya, sosial siyasət) birgə iclasında 2010-cu ilin dövlət büdcəsi layihəsi müzakirə olundu. Deputatlar qarşısında çıxış edən maliyyə naziri Samir Şərifov bildirdi ki, büdcə layihəsi qlobal maliyyə böhranının yaratdığı iqtisadi durum və bunun gələcək illərə təsiri nəzərə alınaraq hazırlanıb. Layihə tərtib olunarkən ölkənin əsas makroiqtisadi göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyəti, daxili və xarici amillər, o cümlədən böhranın 2009-cu ildə Azərbaycan iqtisadiyyatına təsiri qiymətləndirilib.


Qiymətlər stabil qala biləcəkmi?

02.11.09 - 18:20267 baxılıb

Aydın Vəliyev:
"Hazırda yerli müəssisələrin
maddi-texniki potensialı ildə
70 min ton quş əti istehsal
etməyə imkan verir"

Bir həftə əvvəl 7-8 qəpiyə satılan yumurtanı indi alıcılar 10-11 qəpik civarında almaq məcburiyyətində qalıblar. Əsasən də topdansatış məntəqələrində. Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bahalaşmada yerli quşçuluq müəssisələrinin rol oynamadığını vurğuladı. Onun sözlərinə görə, yumurtanın bahalaşması son vaxtlar bu məhsula tələbatın artması və işbazların məsələyə müdaxiləsi ilə əlaqədardır. Bununla yanaşı, bahalaşmaya mövsümi amillərin də təsir etdiyini unutmaq olmaz. Məlumat üçün bildirək ki, bu gün Azərbaycana xaricdən yumurta idxal olunmur. Ona görə də tələbat artan kimi qiymətlərdə də bahalaşma müşahidə edilir. Damazlıq yumurta isə xaricdən gətirilir. Özü də müəssisələrə "bir əldən" satıldığından qiyməti baha olur.


Azərbaycan yeni qaz marşrutlarını nəzərdən keçirir

26.10.09 - 14:12337 baxılıb


2010-cu ilin dövlət büdcəsi müzakirəyə çıxarılacaq

26.10.09 - 14:12343 baxılıb


Taxılın qiyməti ucuzlaşır

26.10.09 - 14:07234 baxılıb

Vahid Əhmədov: “Dünyada taxıl istehsalı azaldığı halda Azərbaycanda artım müşahidə olunur”.

Dünya bazarında taxılın qiyməti 10-12 faiz düşüb. İndi birjalarda kiloqramı 12 sentə satılır. Bu ucuzlaşma Azərbaycanda da müşahidə olunur. Qəribədir ki, bu şəraitdə çörəyin qiyməti heç də aşağı düşməyib. Çörəkbişirmə sexlərində bunu çörəyin maya dəyərinin artması ilə izah edirlər. Bildirirlər ki, unun topdansatış qiyməti xeyli bahalaşıb.


< 1 2 3 4 5 6 7 8 ... 16 17 18 19 20 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.