Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

martın 1-də

… Dövlət Teleqraf Agentliyinin-AzərTAc-ın 90 illik yubiley mərasimində və MDB Milli İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclasında iştirak edən nümayəndə heyətlərinin başçılarını qəbul etmişdir.
… Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması ilə əlaqədar Sərəncam imzalamışdır.

martın 2-də

… Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberqi qəbul etmişdir.
… Avropa Xalq Partiyasının prezidenti Vilfred Martinsi qəbul etmişdir.
… Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsini və Avropa Komissiyası vitse-prezidentinin adından, Avropa İttifaqına növbəti sədrlik edən dövlətin - İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Migel Angel Moratinosun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

martın 3-də

… Rusiya Federasiyası Baş nazirinin birinci müavini İqor Şuvalovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
… Niderlandın Xarici İşlər Nazirliyinin baş katibi, nazirin müavini Ed Kroninburqun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
… Filippinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pedro O. Çanın, İrlandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Rasselin, Liviyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saad Mustafa Mucbirin və Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Egberg Mikkelsenin etibarnamələrini qəbul etmişdir.

martın 4-də

… Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin maddi texniki bazasının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən, Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan müasir təcili tibbi yardım avtomobillərinin alınması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 7,0 (yeddi) milyon manat vəsait ayrılacaq.

Dövlət və həmkarlar ittifaqları arasında qarşıdurma

09.03.10 - 12:057 baxılıb


Yeni həmkarlar ittifaqı mərkəzi yaranıb

09.03.10 - 12:058 baxılıb


Avropa əhalisinin etiraz dalğası

09.03.10 - 12:047 baxılıb

Almaniya, Fransa, Yunanıstan, Avstriya və Çexiyada minlərlə insan küçələrə səpələnib. Nümayiş iştirakçıları hökumətdən ixtisarlara son qoyulmasını və əməkhaqqının artmasını tələb edirlər.

Adıçəkilən ölkələr arasında ən böyük aksiya Almaniyada keçirilib. Yerli həmkarlar ittifaqları hökumətin apardığı antiböhran proqramına qarşı çıxıblar. Məlumat üçün bildirək ki, proqram çərçivəsində ixtisarların sayının çoxalması, əməkhaqqının artırılmaması, dövlət sektoruna işçilərin qəbulunun dayandırılması nəzərdə tutulub. Bununla yanaşı spirtli içkilərin, siqaretin və yanacağın qiymətində bahalaşma hallarıda müşahidə olunub.


QVATEMALA: həmkarlar əleyhinə zorakılığın artma həyəcanı

01.03.10 - 11:1310 baxılıb

Amerika Həmkarlar İttifaqları Regional Təşkilatı və Qvatemala Həmkarlar İttifaqları Federasiyası 2007-ci ildən bəri ölkədə həmkarlar ittifaqına qarşı genişlənən zorakılıq hallarından çox narahatdırlar.

Fəhlə hərəkatının parçalanmasına, onun müstəqilliyinin zəbt olunmasına və hökumətin maraqlarının qorunmasına xidmət edən hərəkətlər, məsələn, üzvlərin ələ alınması, "paralel" ittifaqların yaradılması, fəallara qarşı zorakılıq aktlarının törədilməsi ən çox həyəcan doğuran faktlardır.


FRANSIZ FƏHLƏLƏRİN QƏTİYYƏTİ

01.03.10 - 11:1217 baxılıb


“Disney"də çətin günlər yaşandı

19.02.10 - 15:4012 baxılıb

"Disney" mehmanxanaları İşçilərinin Həmkarlar İtifaqının nümayəndələri Kaliforniyada bir həftəlik aclıq aksiyasına başlayıblar. Təşkilat rəsmiləri artıq uzun müddətdir ki, şirkət rəhbərliyindən müəssisə əməkdaşları üçün güzəşt proqramının hazırlanmasını tələb edir. Lakin qurum nümayəndələri hələ də təşkilatın bu tələbini yerinə yetirmir. Mehmanxanada fəaliyyət göstərən "Rage Against the Macine" qrupu etiraz əlaməti olaraq musiqi gününə həsr etdikləri konserti mehmanxanadan kənarda keçiriblər. Nəticədə polis və tədbir iştirakçıları arasında qarşıdurma yaşanıb.


Kütləvi etiraz aksiyaları

19.02.10 - 15:3918 baxılıb


Türkiyədə işçilər təzyiqə məruz qalıblar

13.02.10 - 21:1521 baxılıb


“Opel"də ixtisarlar başladı

13.02.10 - 21:1521 baxılıb


“Fazer Amica"da həmkarlar təşkilatı yaradıldı

13.02.10 - 21:1316 baxılıb

Bu həftə "Fazer Amica" şirkətinin rəhbərliyi ilə həmkarlar ittifaqının nümayəndələri arasında görüş keçirilib. Görüşdə həmkarlar ittifaqı komitəsinin üzvləri, Ümumrusiya Əmək Konfederasiyası və Beynəlxalq Qida Məhsulları Birliyinin nümayəndələri, müəssisənin rəhbəri Uva Seqlina və qurumun meneceri İrina Kuzina iştirak ediblər. Məlumat üçün bildirək ki, bu görüş ötən ilin noyabrın 27-də şirkətdə yaradılan həmkarlar ittifaqının ilk toplantısı olub.


Əməkhaqqının az olması narazılığa səbəb olacaq

06.02.10 - 20:5623 baxılıb

Britaniyanın "Hevvlett-Paskard" və Hindistanın "Nokia" şirkətlərinin işçiləri etiraz aksiyası keçirməyi planlaşdırırlar. Hər iki şirkətin işçilərinin tətil keçirmə səbəbi əməkhaqqının azalması və kütləvi ixtisarların aparılmasıdır.

"Hevvlett-Paskard"ın işçiləri həmkarlar ittifaqının şirkət rəhbərliyi ilə apardığı danışıqların uğursuz nəticəsindən narazı olduqlarını bildiriblər. Həmkarlar ittifaqının nümayəndələri onu da bildiriblər ki, ötən il işçiləri nəzərdən tutulandan artıq işləmişlər və nəticədə şirkətin illik gəliri 30, 8 milyard dollaradək artmışdır. Bunun müqabilində isə şirkət rəhbərliyi onların əməkhaqlarını azaltmış və ixtisarlar aparmışlar.
Aksiyada təxminən 100 nəfərin iştirak etdiyi gözlənilir. Tətilə "Hevvlett-Paskard"ın ABŞ və İngiltərədə fəaliyyət göstərən filiallarının qatılacağı da istisna edilmir.


Belçikada irimiqyaslı nümayiş

06.02.10 - 20:5526 baxılıb


Böyük Britaniya metro işçilərinin tətili

06.02.10 - 20:5523 baxılıb


Həkimlər tətilə başladılar

25.01.10 - 13:0130 baxılıb


Hava limanlarında gərginlik səngimir

25.01.10 - 13:0033 baxılıb

Helsinkidə hava limanının işçiləri aksiyaya start veriblər. Sərnişinlərin əşyalarının yerbəyer edilməsi ilə məşğul olan şöbənin işçiləri də tətildə fəal iştirak edirlər. “İSS Aviation” şirkətinin əməkdaşları artıq yanvarın 19-dan etibarən öz iş yerlərini tərk etmişlər. Bu şirkət “Blue1”, “SAS” və “Lufthansa” hava şirkətlərinin xidmətindən istifadə edən sərnişinlərin əşyalarının nizamlanmasına görə məsuliyyət daşıyır.
Şirkət əməkdaşlarının aksiya keçirməsi sərnişinlərə əşyalarının çatdırılmasında problemlər yaradır. Bu da uçuşlarda gecikmələrə səbəb olur. Aksiyaya səbəb isə quruma əcnəbi işçi qüvvəsinin cəlb edilməsi ilə bağlı müqavilənin bağlanması olub. Həmkarlar ittifaqlarının verdiyi məlumata əsasən, işçilərin iş saatı normadan artıqdır.


Seçkiqabağı vədlərə əməl edilmir

16.01.10 - 16:4723 baxılıb

Baş nazir Silvio Berluskoniyə məxsus olan "Mediaset" telekanalının işçiləri etiraz aksiyası keçiriblər. Etiraz əlaməti olaraq yüzlərlə vizaj ustası, bərbər və dərzi şirkətin Milanda yerləşən telemərkəzinə yığışıb. İşçilərin narazılığına səbəb onların "Mediaset"dən başqa teleşirkətlərə köçürülməsi xəbəri olub. Onlar bildiriblər ki, bu köçürülmə ixtisara bərabərdir: "Çünki biz həmin şirkətlərin şərtləri ilə tanış deyilik".


“Japan Airlines"in çətin günləri

16.01.10 - 16:4632 baxılıb


Ölkə rəhbərliyini hədələyir

14.12.09 - 11:3735 baxılıb

Fransada keçmiş krallıq iqamətg ahı olan "Versal"ın qapıları hələ xeyli müddət bağlı qala bilər.

Bu tarixi abidənin qapılarının açılması hökumətin mədəniyyət işçiləri həmkarlar ittifaqının tələblərinə necə cavab verəcəyindən asılı olaraq həmkarlar ittifaqı ölkə rəhbərliyini mədəniyyət ocaqlarını maliyyələşdirməyə, sahə işçilərinin problemlərinin həllinə vəsait ayırmağa çağırır.


Ölkə rəhbərliyini hədələyir

14.12.09 - 11:3745 baxılıb

Fransada keçmiş krallıq iqamətg ahı olan "Versal"ın qapıları hələ xeyli müddət bağlı qala bilər.

Bu tarixi abidənin qapılarının açılması hökumətin mədəniyyət işçiləri həmkarlar ittifaqının tələblərinə necə cavab verəcəyindən asılı olaraq həmkarlar ittifaqı ölkə rəhbərliyini mədəniyyət ocaqlarını maliyyələşdirməyə, sahə işçilərinin problemlərinin həllinə vəsait ayırmağa çağırır.


Qanun pozuntusu ilə mübarizə

14.12.09 - 11:3644 baxılıb


1 2 3 4 >

Axtarish sistemi

  


« March 2010
Mo Tu We Th Fr Sa Su
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Advokat

- Səhiyyə sahəsində taun əleyhinə müəssisələrdə (sanitariyalar, şöbələr, laboratoriyalar, institutlar) əmək fəaliyyəti ilə məşğul olan işçilərin əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə neçə gün əlavə məzuniyyət hüququ vardır?

Qənimət HÜSEYNOV,
Hacıqabul rayonu.


- Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın 37-ci bölməsinin113-125-ci bəndlərinə əsasən, səhiyyə sahəsində taun əleyhinə müəssisələrdə (sanitariyalar, şöbələr, laboratoriyalar, institutlar) şübhəli, yaxud yoluxucu materiallarla bilavasitə və yaxud onlarla əlaqəsi olan işlərdə və xüsusi təhlükəli infeksiyalar üzrə yoluxucu otaqlarda (bokslarda), eləcə də bakterioloji preparatların istehsalında işləyən işçilərin:
o Avtoklavçının 18 təqvim günü,
o Sterilizasiya aparatçısının 18 təqvim günü,
o Baytar həkiminin 24 təqvim günü,
o Həkim, zooloq və entomoloqun 24 təqvim günü,
o Müəssisə direktoru (rəisi) və onun elmi işlər, istehsalat üzrə müavininin 24 təqvim günü, laboratoriyanın və şöbənin (bölmənin) müdirinin 24 təqvim günü,
o Təlimatçı- dezinfektorun və laborantın 18 təqvim günü,
o Kiçik tibbi heyətin və tauna qarşı müəssisənin digər işçilərinin 6 təqvim günü,
o Elmi işçinin və texniki rəhbərin 24 təqvim günü, preparatorun 18 təqvim günü əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ vardır.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.