Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Almaniyada jurnalistlərin problemləri müzakirə olundu

26.11.09 - 12:07292 baxılıb

Tədbirdə Azərbaycan təmsilçiləri də iştirak ediblər

Almaniyanın paytaxtı Berlində Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramına daxil olan ölkələrin jurnalist təşkilatlarının toplantısı keçirilib. Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təşəbbüsü ilə keçirilən toplantıda bu qurumun ölkəmiz üzrə təmsilçiləri- İctimai Televiziya və Radio Yayımları Şirkəti Həmkarlar İttifaqının xarici əlaqələr üzrə koordinatoru Elnur Əliyev və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli iştirak ediblər.
Almaniya Jurnalistlər İttifaqnın (DJU) dəstəyi ilə təşkil olunan beynəlxalq tədbirdə Azərbaycandan başqa Gürcüstan, Belarus, Moldova, Ukrayna, Rusiya, Ermənistan, Xorvatiya, Slovakiya və Litvanın jurnalist təşkilatlarının nümayəndələri iştirak edirdi. Tədbirin ilk günündə dünyada medianın hazırkı vəziyyətinə dair müzakirələr aparıldı. Almaniya Jurnalistlər İttifaqının baş katibi xanım Ulrike Mayerks Franzen, Beynəlxalq Jurnalistlər İttifaqının proqramlar üzrə direktoru Oliver Moni Kerli, Avropa İttifaqının Almaniyadakı rəsmi nümayəndəsi Mattias Petşke, Xorvatiya Jurnalistləri Həmkarlar İttifaqının baş katibi Marinka Boljkovaç çıxış edərək elektron və çap mediasında çalışan işçilərin sosial və əmək hüquqlarının təmin olunmasında birgə fəaliyyətin vacibliyini vurğuladılar. Daha sonra iştirakçı ölkələrin təmsilçiləri öz hesabatlarını təqdim etdilər. Bu hesabatlarda uğurlardan çox problemlər yer almışdı. Məsələn, Xorvatiya Jurnalistlərinin Həmkarlar lideri rəhbərlik etdiyi təşkilatın ölkəsində fəaliyyət göstərən əksər media qurumlarını özündə birləşdirdiyini desə də, bağlanmış kollektiv müqavilələrin ömrünün cəmi bir neçə ay çəkdiyini dilə gətirdi. Bunun səbəbi isə işə götürən media şirkətlərinin kollektiv müqavilədə nəzərdə tutulan sosial güzəştlərə maddi vəsait ayırmaqda maraqlı olmamaları idi. Litva Jurnalistlər İttifaqının nümayəndəsi Eyste Zilinskiyene isə dünyanı bürümüş iqtisadi böhrandan ölkəsinin ciddi ziyan çəkdiyini və bu faktorun media işçilərinin sosial həyatından da yan keçmədiyini bildirdi. Tədbirdə Azərbaycan jurnalist həmkarlar təşkilatlarının nümayəndələrinin də çıxışları dinlənildi. Problemlərlə yanaşı uğurlu işlər də qeyd olundu. Elnur Əliyev İctimai Teleradioda həmkarlar təşkilatının fəaliyyəti, rəhbərliklə bağlanmış kollektiv müqavilənin ictimai yayımçıların sosial həyatına müsbət təsiri barədə danışdı. Beynəlxalq tədbirdə diqqəti çəkən əsas məqamlardan biri gənclərin həmkarlar hərəkatında rolunun artırılması ətrafında gedən müzakirələr idi. Toplantıda çıxış edən BJF-in baş katibi Aydan Uayt gənclərin həmkarlara cəlb olunması yönündə maariflənməsi üçün zəruri tədbirlərin görüləcəyini və bu istiqamətdə üzv təşkilatlarla müxtəlif layihələrin həyata keçiriləcəyini bildirdi.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.