Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
fevralın 13-də
…Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
fevralın 14-də
…Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl-Nahyanı qəbul etmişdir. …Belçika Krallığına işgüzar səfərə yola düşmüşdür. …Brüsseldə Avropa Xalq Partiyasının (AXP) prezidenti Uilfrid Martens ilə görüşmüşdür.
fevralın 15-da
…NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşmüşdür. …Belçika Krallığına işgüzar səfərdən qayıtmışdır.
fevralın 16-də
…Qusar rayonuna səfərə gəlmişdir. …Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. …rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir. …şahmat mərkəzinin açılışında iştirak etmişdir. …Qubada Qırmızı qəsəbənin sakinləri ilə görüşmüşdür. …Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.
fevralın 17-də
... Şahdağ qış-yay turizm kompleksinin tikintisinin gedişi ilə tanış olub.
Nigeriyada elan olunan ümumi tətil ölkənin çox hissəsini iflic vəziyyətə salıb. Neftlə zəngin ölkədə yanacağın qiymətinin artmasına və hökumətin uzun sürən korrupsiya fəaliyyətinə etiraz olaraq minlərlə insan küçələrə çıxıb.
Paytaxt Abucada əllərində bayraq və şüarlar tutan etirazçılar polisin mühafizəsini yararaq yürüş ediblər. Etirazçılardan bəziləri ölməyə belə hazır olduqlarını deyiblər. Nigeriyanın iqtisadi paytaxtı sayılan Laqosda 10 minədək insan küçələrə çıxıb. Bəziləri polisin küçələrdə qurduğu metal maneələri dağıdıb, digərləri isə avtomobil təkərləri yandırıblar. Nigeriya prezidenti Qudlak Conatan administrasiyasının göstərişi ilə hökumətin yanacağa tətbiq etdiyi subsidiyaların yanvarın 1-də bitməsindən sonra yanacağın bir litrinin qiyməti 1.70 dollardan 3.50 dollara yüksəlib. Bu isə öz növbəsində 160 milyondan çox əhalisi olan ölkədə ərzaq və nəqliyyatda qiymət artımına səbəb olub. Həmkarlar ittifaqları isə tətili davam etdirəcəklərini deyib. Nigeriyada gündəlik 2.4 milyon barel xam neft hasil olunsa da, yanacaq ehtiyatının təxminən 70 faizini Birləşmiş Krallıq və Venesuela kimi ölkələrdən idxal edir, çünki öz neftayırma məntəqələrinin çoxu etinasızlıq səbəbindən fəaliyyətsizdir.
Hansı hallarda hakim mülki işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər?
Ruslan HƏSƏNLİ, Sumqayıt şəhəri.
- Mülki Prosessual Məcəllənin 19-cu maddəsinə əsasən, hakimin mülki işə baxılmasına aşağıdakı hallarda yol verilmir: o O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; o O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; o O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apelyasiya və kasasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə. Aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər: o O, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; o O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin birbaşa qohumudursa və qohumu olmuşsa, ya da qohumluq əlaqəsindədirsə; o O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. Bir-biri ilə qohumluq əlaqəsində olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.