Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

fevralın 13-də

…Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

fevralın 14-də

…Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl-Nahyanı qəbul etmişdir.
…Belçika Krallığına işgüzar səfərə yola düşmüşdür.
…Brüsseldə Avropa Xalq Partiyasının (AXP) prezidenti Uilfrid Martens ilə görüşmüşdür.

fevralın 15-da

…NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşmüşdür.
…Belçika Krallığına işgüzar səfərdən qayıtmışdır.

fevralın 16-də

…Qusar rayonuna səfərə gəlmişdir.
…Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
…rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir.
…şahmat mərkəzinin açılışında iştirak etmişdir.
…Qubada Qırmızı qəsəbənin sakinləri ilə görüşmüşdür.
…Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.

fevralın 17-də

... Şahdağ qış-yay turizm kompleksinin tikintisinin gedişi ilə tanış olub.

Portuqaliya . Silah əvəzinə...

27.01.12 - 17:5827 baxılıb

bayraqlardan istifadə olundu

Portuqaliyada hökumətin tədbirlər planı etirazla qarşılanıb. Paytaxt Lissabonda keçirilən etiraz aksiyalarında minlərlə insan iştirak edib. Etirazlar zamanı sağçı qrupla solçu "indiqnatos" qrupu arasında toqquşmalar baş verib.
Tərəflər bir-birilərinə bayraqlarla hücum ediblər. Polisin müdaxiləsilə toqquşmaların qarşısı alınıb.
Etirazçılar daha sonra parlamentin binasına tərəf yürüş ediblər. Yürüşdə Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və Avropa Komissiyası əleyhinə şüarlar səsləndirilib.
Portuqaliya hökuməti Avropa ölkələrinə və Beynəlxalq Valyuta Fonduna 104 milyard dollar məbləğində olan borcun azaldılması məqsədi ilə 3 illik ciddi tədbirlər proqramının tətbiqinə başlayıb. Bu isə ölkədə sosial xərclərin azaldılmasına və vergilərin yüksəldilməsinə səbəb olub.

Afaq HÜSEYNOVA.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

Hansı hallarda hakim mülki işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər?

Ruslan HƏSƏNLİ,
Sumqayıt şəhəri.


- Mülki Prosessual Məcəllənin 19-cu maddəsinə əsasən, hakimin mülki işə baxılmasına aşağıdakı hallarda yol verilmir:
o O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə;
o O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə;
o O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apelyasiya və kasasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə.
Aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər:
o O, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə;
o O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin birbaşa qohumudursa və qohumu olmuşsa, ya da qohumluq əlaqəsindədirsə;
o O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa.
Bir-biri ilə qohumluq əlaqəsində olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.