Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Britaniyanın "Traydent" raketləri üçün nüvə başlıqlarının təkmilləşməsilə məşğul olan mühəndis və alimləri birləşdirən "Prospekt" həmkarlar ittifaqı maaşların artımı ilə bağlı etiraz aksiyası keçirəcəklərini bildirib.
Raketçilərin işəgötürəni - Britaniyanın Nüvə Silahı Elmi-Tədqiqat Mərkəzi işçilərə 2%-dən az həcmdə maaş artımı təklif edib. Bu isə, işçilərin fikrincə, müəssisənin maliyyə uğurları ilə üst-üstə düşmür. Raketçilər maaşların gəlirlərə uyğun surətdə artırılmasını tələb edirlər.
Həmkarlar ittifaqlarının nümayəndələri ölkə əhalisini noyabrın 23-də yenidən pensiya islahatlarına qarşı kütləvi aksiya keçirməyə çağırıblar.
Qeyd edək ki, pensiya islahatlarına qarşı keçirilən tətillərdə 1,2 milyondan 3,5 milyonadək fransalı iştirak edib. Son aksiya isə noyabrın 6-sı baş tutub. Fransanın 7 irimiqyaslı həmkarlar ittifaqı milyonlarla insanı küçələrə çıxarıb. Tətildə ölkənin bütün iş sahələrində çalışan əməkçinin - həkimlər, müəllimlər, şagirdlər, tələbələr, ticarət və dəmiryolu işçiləri iştirak ediblər.
Dəmiryolu işçilərinin bir həftə davam edən tətili nəticəsində ölkənin dəmiryol nəqliyyatı tamamilə iflic vəziyyətinə düşüb.
Köln, Berlin, Münhen, Ştutqart, Leypsiq, Drezden və Hamburq istiqamətində hərəkət edən 700 qatarın reysi təxirə salınıb. Vəziyyətin kritik həddə çatması həmkarlar ittifaqlarını aksiyanı dayandırmağa məcbur etdi.Lakin həmkarlar ittifaqlarının nümayəndələri bildiriblər ki, aksiyanın təxirə salınmasına baxmayaraq, bir neçə gündən sonra tətil davam etdiriləcək.
"Hilton" dünyanın ən iri mehmanxana şəbəkələrindən biridir. Şirkətin beş yüzdən artıq filialı mövcuddur.
"Hilton"un Çikaqoda yerləşən filialının işçiləri üçgünlük etiraz aksiyası keçiriblər. Yerli həmkarlar ittifaqının nümayəndəsi Anna - Mariya Strassel bildirib ki, mehmanxananın iqtisadi durumu yaxşılaşsa da, əməkhaqları artırılmaq əvəzinə azaldılıb. Bu da işçilərin etirazına səbəb olub.
Çexiya-Moravian Həmkarlar İttifaqları Konfederasiyasının sədri Yaroslav Naçalov ölkənin Baş naziri Pyotr Neças ilə görüşü zamanı yaxın günlərdə kütləvi etiraz aksiyalarının başlanacağını bildirib.
Sədr bu aksiyanın hökumətin planlaşdırdığı yeni ixtisar proqramına cavab olaraq keçiriləcəyini söyləyib. Proqrama əsasən, dövlət qulluqçularının əməkhaqqı 10 faiz azaldılacaq, əmək müqavilələrinin müddəti qısaldılacaq, ixtisarların sayı artacaq və bəzi sosial ödəniş və güzəştlər ləğv ediləcək.
Bu günlərdə Moskvada Rusiya Əmək Konfederasiyası (RƏK) və Transmilli, Qida Məhsulları, Tütün İstehsalı və İctimai Xidmət Şirkətlərinin Ümumregional Həmkarlar İttifaqları ("Solidarnost") arasında əməkdaşlıq sazişi imzalanıb.
Sazişdə qeyd olunur ki, RƏK və "Solidarnost"un rəhbərliyi fəhlələrin hüquqlarını qoruyan qanunların tətbiqini reallaşdıracaq, "Solidarnost"un sədri Nikolay Stroenko bildirib ki, sözügedən razılıq sosial, əmək münasibətlərinə, dövlət orqanları və beynəlxalq təşkilatlarla əlaqələrə dair sualların müzakirəsini əhatə edir: "Bununla yanaşı, biz həmkarlar ittifaqları üzvləri üçün hüquq məsləhətxanasının yaradılmasını da planlaşdırırıq".
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.