Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

iyulun 18-də

…Gürcüstana işgüzar səfərə gəlmişdir.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar.
…və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər.
…və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar.
…Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.

iyulun 19-da

…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 20-də

…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar.
…,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər.
…BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir.
…İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 21-də

…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir.
…Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır.
…Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.

iyulun 22-də

…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır.
…Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir.
…"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Finlandiya . Əmək naziri sahibkarları günahlandırdı

23.04.10 - 15:0137 baxılıb


ABŞ . Ortaq məxrəcə gəldilər

23.04.10 - 15:0032 baxılıb

"Century Aluminium Company" Amerikanın aparıcı alüminium istehsalçısıdır. Şirkətin ABŞ və İslandiyada bir sıra zavodları fəaliyyət göstərir.

Şirkətin birillik alüminium istehsalı 785 min ton təşkil edir. "Century Aluminium Company" böhrandan əziyyət çəkməyən şirkətlər sırasındadır.
Hazırda şirkətdə qüvvədə olan əmək müqaviləsinin vaxtı mayın 4-də bitəcək. Bundan narahat olan işçilər "United Steelworkers" adlı həmkarlar ittifaqına müqavilənin müddətinin uzadılmasına kömək etmək üçün müraciət ediblər.


Yunanıstan. Dövlət qulluqçuları hökumətin yenidənqurma proqramına qarşı çıxırlar

16.04.10 - 19:4452 baxılıb


ABŞ. Nyu-Yorkda kütləvi tətil gözlənilir

16.04.10 - 19:4437 baxılıb


Almaniya. "Luftgansa"da gərginlik yaşanır

16.04.10 - 19:4455 baxılıb


Ermənilərin əmək hüquqlarinda ciddi problemlər var

16.04.10 - 19:4367 baxılıb

BHİK-in sonuncu icmalında Dünya Ticarət Təşkilatının bəyannaməsinə qoşulmuş Ermənistanda əmək standartları üzrə hüquqların qorunması sahəsində ciddi problemlərin olması barədə həyəcan siqnalı verilmişdir.

Beynəlxalq Əmək Təşkilatının bütün 8 konvensiyası Ermənistan tərəfindən təsdiq edilmişdir. Yəni silahlı qüvvələr və qanunverici-icra orqanlarından başqa digər sahələrdə çalışanlar müstəqil həmkarlar təşkilatlarında birləşməkdə azaddırlar. Lakin buna baxmayaraq, ölkə həmkarlar təşkilatları bütün işçiləri öz sıralarına cəlb etməkdə acizdir, çünki dövlət yetkililərinin səhlənkarlığı ucbatından Əmək Kodeksi qeyri-rəsmi sövdələşmələr əsasında, hüquqlar nəzərə alınmadan formalaşdırılır.


Ümumdünya xatirə günü

16.04.10 - 19:4227 baxılıb


Hökumətə təklif: Dövlət gəlirdən imtina etməlidir

12.04.10 - 14:5729 baxılıb


Qvatemalada daha bir qətl

09.04.10 - 17:4433 baxılıb


Aksiya baş tutmadı

09.04.10 - 17:4232 baxılıb


Fransa: haqsız bərabərsizlik

09.04.10 - 17:4232 baxılıb

Yüksək gəlirlərin və maaşların "partlayışı"

Fransa Milli İqtisadi və Statistik Tədqiqatlar İnstitutunun apardığı iki tədqiqatın bu günlərdə dərc olunmuş nəticələri ölkədə ciddi rezonans doğurmuşdur. Tədqiqatçıların gəldiyi nəticəyə görə, 2002-2007-ci illərdə artım ən çox yüksək gəlirlə işləyən insanların əməkhaqlarında müşahidə edilmişdir.
Özəl sektorda çalışan, əksəriyyəti kişilərdən ibarət yaşlı insanların, xüsusilə müəssisə rəhbərlərinin, peşəkar maliyyə və kommersiya işçilərinin maaşları daha yüksək olmuşdur.


Əmək hüquqlarında dəyişikliyə ehtiyac duyulur

05.04.10 - 11:4738 baxılıb


İTUC-da gənclərin yenidən təşkili kampaniyası

05.04.10 - 11:4633 baxılıb

Gənc işçiləri qlobal həmkarlar ittifaqı təşkilatında birləşdirmək üçün İTUC yeni kampaniyaya başlamışdır. Kampaniya müddətində, video da daxil olmaqla, sosial şəbəkələrin qurulması, emblemlər, vebsaytlar yaradılması və sair bu kimi üsullardan istifadə etmək nəzərdə tutulur.

Bir çox ölkələrdə aparılan tədqiqatlar göstərmişdir ki, ötən illərlə müqayisədə gənclərin həmkarlar ittifaqlarına münasibətində ciddi dəyişiklik baş verməmişdir. Amma iş sahəsində, yəni texnologiyalarda, işçi qüvvəsinin xarakterində və cəmiyyətdə dəyişikliklər vardır.


Fransa. Pensiya yaşının uzadılmasına qarşı birləşdilər

19.03.10 - 13:3651 baxılıb


Fransa. İxtisarlar etiraz doğurdu

19.03.10 - 13:3546 baxılıb

"Paris Xəstəxanaları İctimai Birliyi "nə (APHP) daxil olan xəstəxanaların 2000 işçisi sendikalistlərin çağırışı ilə yığıncaq keçirmişlər.

Onlar birlik xəstəxanalarında baş verən ixtisarlara və məhdudiyyətlərə etirazlarını bildirmişdir. APHP rəhbərliyi şəfqət bacılarını özündə birləşdirən hazırkı 37 qrupu yenidən təşkil edərək onların sayını 12-yə endirmək fikrindədir. Bu isə 2012-ci ilə qədər təxminən 3-4 min işçinin ixtisarına səbəb ola bilər.


Dövlət və həmkarlar ittifaqları arasında qarşıdurma

09.03.10 - 12:0559 baxılıb


Yeni həmkarlar ittifaqı mərkəzi yaranıb

09.03.10 - 12:0552 baxılıb


Avropa əhalisinin etiraz dalğası

09.03.10 - 12:0442 baxılıb

Almaniya, Fransa, Yunanıstan, Avstriya və Çexiyada minlərlə insan küçələrə səpələnib. Nümayiş iştirakçıları hökumətdən ixtisarlara son qoyulmasını və əməkhaqqının artmasını tələb edirlər.

Adıçəkilən ölkələr arasında ən böyük aksiya Almaniyada keçirilib. Yerli həmkarlar ittifaqları hökumətin apardığı antiböhran proqramına qarşı çıxıblar. Məlumat üçün bildirək ki, proqram çərçivəsində ixtisarların sayının çoxalması, əməkhaqqının artırılmaması, dövlət sektoruna işçilərin qəbulunun dayandırılması nəzərdə tutulub. Bununla yanaşı spirtli içkilərin, siqaretin və yanacağın qiymətində bahalaşma hallarıda müşahidə olunub.


QVATEMALA: həmkarlar əleyhinə zorakılığın artma həyəcanı

01.03.10 - 11:1344 baxılıb

Amerika Həmkarlar İttifaqları Regional Təşkilatı və Qvatemala Həmkarlar İttifaqları Federasiyası 2007-ci ildən bəri ölkədə həmkarlar ittifaqına qarşı genişlənən zorakılıq hallarından çox narahatdırlar.

Fəhlə hərəkatının parçalanmasına, onun müstəqilliyinin zəbt olunmasına və hökumətin maraqlarının qorunmasına xidmət edən hərəkətlər, məsələn, üzvlərin ələ alınması, "paralel" ittifaqların yaradılması, fəallara qarşı zorakılıq aktlarının törədilməsi ən çox həyəcan doğuran faktlardır.


FRANSIZ FƏHLƏLƏRİN QƏTİYYƏTİ

01.03.10 - 11:1254 baxılıb


< 1 2 3 4 5 6 >

Axtarish sistemi

  


« July 2010
Mo Tu We Th Fr Sa Su
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Advokat

Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?

Mirzə QƏHRƏMANOV,
Naxçıvan şəhəri.


- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.