Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Bu günlərdə Praqada 50 min nəfərin iştirakı ilə kütləvi nümayiş keçirilib.
Əhali hökumətin apardığı sosial-iqtisadi siyasətə, o cümlədən təqaüd yaşının 67-dək artırılımasına eitraz edib. Tətil iştirakçıları bildiriblər ki, hər kəs 67 yaşa çatmır: "Belə çıxır ki, bəzi insanlar ölənə kimi işləməlidirlər?" Nümayiş Çexiya-Movar Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü ilə baş tutub.
Ölkənin ən irimiqyaslı "ADDEDY" həmkarlar ittifaqının nümayəndəsi bildirib ki, hökumətin apardığı iqtisadi islahatlara etiraz əlaməti olaraq bu günlərdə 24 saatlıq aksiyanın keçiriləcəyi planlaşdırılır.
Məlumat üçün deyək ki, iqtisadi islahatlara qarşı son tətil minlərlə insanın iştirakı ilə mayın 11-də baş tutmuşdu. Lakin aksiya iştirakçılarının tələbləri yerinə yetirilmədiyi üçün onlar növbəti tətili keçirməyi planlaşdırıblar.
İki həftəyə yaxındır ki, "Qaracanbasmunay" neft şirkətinin 700 nəfər işçisi aclıq aksiyası keçirir. İşçilər əməkhaqqının az olmasına, kollektiv müqavilənin şərtlərinə və həmkarlar ittifaqına göstərilən təzyiqlərə etiraz edirlər.
Dövlət başçısı Qudluk Conatanın prezident seçkilərində qalib elan edilməsi münaqişəyə yol açıb. Qeyd edək ki, son 3 gündə ölkənin 12 əyalətində baş verən qarşıdurmalar zamanı 800-dən çox insan həyatını itirib.
İqtisadi problemlər Yunanıstandan sonra İspaniyada da xalqın küçələrə çıxmasına səbəb olub. Tarixinin ən böyük iqtisadi böhranlarından birini yaşayan, hər beş gəncdən birinin işsiz olduğu İspaniyada 50-dən çox şəhərdə etiraz aksiyaları keçirilib.
İspaniya İşçilərinin Həmkarlar İttifaqı (Union General de Trabajadores) 1888-ci ildə Barselona əyalətinin Matara şəhərində Pablo İqlesias Posse tərəfindən təsis olunub. 1899-cu ildə təşkilatın 6-cı konqresində mərkəzin Barselonadan Madridə köçürülməsi qərara alınır. 1910-cu ildə Pablo İqlesias Posse İspaniya parlamentinə keçirilən seçkilərdə qalib gəlir. Bununla da ölkə tarixində ilk dəfə olaraq həmkarlar ittifaqı təmsilçisi ali qanunverici orqana mandat qazanır. Müxtəlif sahələrdə çalışan milyonlarla işçini özündə birləşdirən ittifaqın üzvləri arasında işsizlər və pensiyaçılar da var.Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, eləcə də Avropa Həmkarlar İttifaqları Konfederasiyanın əsasını qoyan təşkilatlardan biridir.
Bu günlərdə “Eesti Energia Kaevandused” şirkəti və həmkarlar ittifaqları arasında yeni ikiillik kollektiv müqavile imzalanıb.
Müqaviləyə əsasən, vəzifəsinə uyğun olaraq, şirkət işçilərinin əməkhaqları artırılacaq. Bununla yanaşı, muzdlu işçilərin də maaşlarının 11 faizədək yüksəldilməsi nəzərdə tutulub. Qeyd edək ki, müəssisədə 1500 yaxın muzdlu işçi işləyir. Şirkət rəsmiləri və həmkarlar ittifaqı təşkilatının nümayəndələrinin görüşü zamanı güzəştlər, məzuniyyət müddətinin uzadılması, işçilərin ailə üzvləri və uşaqları üçün yeni düşərgə və istirahət mərkəzlərinin tikilməsi barədə də söhbət gedib.
Rusiya Azad Həmkarlar İttifaqları Federasiyasının Gənclər Şurasına yeni sədr seçildi. Bu, Rusiya Federasiyası Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin katibi Olqa Jankeviçdir.
Aksiya ölkənin böyük həmkarlar ittifaqları tərəfindən təşkil olunub.
Tətildə bütün telekanalların, radio, jurnal və qəzetlərin yaradıcı, texniki və inzibati heyəti iştirak edir. Hətta internet saytları da fəaliyyətini dayandırıb. Məlumat üçün deyək ki, aksiya iştirakçılarının qəzəbinə səbəb əməkhaqlarının ödənilməməsi və dövlət tərəfindən büdcə xərclərinin kəsiri proqramının həyata keçirilməsidir.
Omanın Sohar şəhərində sosial-iqtisadi islahatlar tələbi ilə keçirilən etiraz aksiyası hərbçilər tərəfindən dağıdılıb
Oman Baş Prokurorluğu aksiyanın bir neçə təşkilatçısının həbs olunduğunu açıqlayıb. Sohar meydanında kütləvi aksiya fevralın sonlarında başlayıb. Meydan 1 ay ərzində avtomobillərin hərəkətinə bağlı olub.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.