Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

iyulun 18-də

…Gürcüstana işgüzar səfərə gəlmişdir.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar.
…və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər.
…və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar.
…Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.

iyulun 19-da

…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 20-də

…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar.
…,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər.
…BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir.
…İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 21-də

…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir.
…Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır.
…Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.

iyulun 22-də

…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır.
…Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir.
…"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Versace iflas ərəfəsində

02.11.09 - 18:2481 baxılıb

İtaliyanın məşhur «Gianni Versace» adlı moda evi 1300-dək işçini ixtisara salacağını bildirib. Bu ixtisarlar şirkətin korporativ strukturunun təkmilləşdirilməsinə xidmət edəcək.


Poçt işçilərinin tətili

02.11.09 - 18:2372 baxılıb

Böyük Britaniyada poçt işçiləri genişmiqyaslı tətil aksiyasına başlayıblar. Üç gün çəkəcəyi planlaşdırılan aksiyanın hər gün səhər saatlarından axşama kimi davam edəcəyi nəzərdə tutulub. Əməkhaqlarının günbəgün azaldılması və iş yerlərinin ixtisar edilməsi tətillərin əsas səbəbidir.


«McDonald’s» bağlanır?

02.11.09 - 18:2288 baxılıb

Noyabrın 1-dən «McDonald’s»ın Reykyavikdə fəaliyyət göstərən filiallarının bağlanacağı gözlənilir.


Avropada tətillər

26.10.09 - 14:1382 baxılıb


Çerkizov bazarı işçilərinin həmkarlar ittifaqı yaradıldı

26.10.09 - 14:1352 baxılıb

Bir müddət öncə fəaliyyəti dayandırılan Çerkizov bazarının işçiləri Ümumrusiya Ticarət və Xidmət İşçiləri Həmkarlar İttifaqının ilk təşkilatını yaradıblar. Onlar bu üsulla öz hüquq və maraqlarını qorumaq niyyətindədirlər.
Yeni yaranmış həmkarlar ittifqının sədri Leonid Razvozjayev bildirib ki, bizim öz iş yerlərimizi tələb etmək hüququmuz var: «Çerkizov bazarında on minlərlə insan işləyirdi. Əgər onların bir hissəsi həmkarlar ittifaqının üzvü olsa, bu, güclü bir təşkilat olacaq. Artıq satış məntəqəsindən və mallardan məhrum olan yüzlərlə ticarətçi yeni təşkilatın üzvlüyünü qəbul edib».


Mexikoda nəhəng elektrik təchizatçısı fəaliyyətini dayandırdı

19.10.09 - 12:3058 baxılıb


“Franse Telekom"da ölüm dalğası...

19.10.09 - 12:2957 baxılıb

Şirkətin 25-ci əməkdaşı da həyatına sui-qəsd etdi

Fransanın telekommunikasiya sektorunda kifayət qədər abonenti olan tanınmış "Franse Telekom" şirkətində yaşanan ölüm dalğası öz əhatə dairəsini genişləndirməkdə davam edir. Belə ki, 48 yaşlı işçinin ölümü son 20 ayda artıq 25-ci intihar hadisəsidir. İşçi şirkət həkiminin tövsiyəsi ilə xəstəlik vərəqəsi aldıqdan bir ay sonra həyatına sui-qəsd edib. Telekom işçiləri şirkət əməkdaşlarının ölüm dalğasının bundan sonra da davam edəcəyini istisna etmirlər. Qurum əməkdaşları ölümlərindən öncə yazdıqları məktublarda sui-qəsdi mövcud çətin iş rejimi və qurum menecmentinin onlarla pis rəftarı ilə əlaqələndiriblər.


“Opel"də ixtisarların sayı artmaqda davam edir

28.09.09 - 11:3464 baxılıb

"Opel"in yeni sahibləri olan Kanadanın "Maqna" və Rusiyanın "Sberbank" şirkətləri Almaniyada yerləşən zavodlarının təxminən 4 500 işçisini ixtisara salmaq niyyətindədir. Belə ki, Boxumda 2 000, Russelsxaymda 1 800, Kayzerslauterndə isə 300 işçinin işsiz qalacağı gözlənilir. Yalnız Eyzenaxda yerləşən müəssisənin işçilərinin ixtisara düşməyəcəyi planlaşdırılır. Bu da İspaniyanın Saraqose şəhərində yerləşən zavodun buraya köçürüləcəyi ilə əlaqədardır. Zavodun bağlanması yerli əhalinin etirazına səbəb olub. Saraqosedəki nümayişə 15 mindən çox adam çıxıb.


Böyük Britaniya. Xəsisliyin cəzası

23.09.09 - 12:4570 baxılıb

Böyük Britaniyanın "Böyük Mançester" qraflığında avtobus sürücülərinin tətili nəticəsində marşrutların böyük hissəsi təxirə salınıb, yalnız məktəb şagirdlərinə və universitet tələbələrinə xidmət edən avtobuslar işləyir.

Qeyd edək ki, sentyabrın 10-da yerli həmkarlar ittifaqlarının nümayəndələri və "First Group" nəqliyyat şirkətinin rəhbərliyi arasında danışıqlar olmuşdu. Həmkarların nümayəndələri işçilərin əməkhaqlarının artırılmasını tələb ediblər.


“Toyota" “NUMMİ" zavodunun fəaliyyətini dayandırır

14.09.09 - 10:1875 baxılıb

"Toyota" şirkəti ABŞ-da yerləşən "NUMMİ" zavodunun fəaliyyətini dayandırmağı planlaşdırır. Bu isə minlərlə işçinin işsiz qalacağından xəbər verir.

Avtomobil sənayesi işçilərinin həmkarlar ittifaqı (UAW) "Toyota"nın rəhbərliyinin "vaxtsız" qərarını kəskin tənqid edib. Təşkilatın prezidenti Ron Qetelfingerin sözlərinə görə, adı çəkilən müəssisənin bağlanması Kaliforniyanın minlərlə işçisi üçün ağır xəbər olacaq.


Layiqli həyat uğrunda mübarizə

14.09.09 - 10:17108 baxılıb


Russiya. İkitərəfli müqavilə

07.09.09 - 11:0179 baxılıb


Belarus. Müəllimlər təzyiqə məruz qalır

07.09.09 - 11:0094 baxılıb


ABŞ. «Goodyear» və USW həmkarlar ittifaqı razılığa gəliblər

07.09.09 - 10:5953 baxılıb

Maliyyə böhranı «Goodyear Tire & Rubber Company» kimi nüfuzlu və öndəgedən şin konsernindən də yan keçmədi. Böhranın neqativ təsiri nəticəsində konsernin gəliri ötən illə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb.

Təxminən 554 milyon dollar civarında ziyana düşən konsern 5 200 işçini ixtisara salmaq məcburiyyətində qalıb.
İxtisarlara düşənlərin sayını azaltmaq üçün konserndə fəaliyyət göstərən “United Steelworks” (USW) həmkarlar ittifaqı təşkilatı qurumun rəhbərləri ilə hələ iyun ayından danışıqlara başlamışdı. Nəhayət bu günlərdə tərəflər kompromis əldə edə bildilər. Konsern rəhbərliyi işçilərlə 4 illik əmək müqaviləsi bağlamağa razılıq verdi.


Çin. Qanlı etiraz aksiyası

24.08.09 - 11:3387 baxılıb

Linzhou Dəmir-Çelik fabrikinin “Fengbao İron Steel Co” adlı şirkətə tabe olmasını istəməyən işçilər bu ayın əvvəllərində qanlı etiraza əl atmışdılar. Həmin şirkətin rəhbərlərindən birini öldürməklə özəlləşdirməni dayandırmışdılar.


Böyük Britaniya. «Royal Mail»də vəziyyət gərgin olaraq qalır

24.08.09 - 11:3190 baxılıb


Çili. İxtisar və qiymət artımı təhlükəsi

24.08.09 - 11:3163 baxılıb


Danışığa getmək istəmirlər

03.08.09 - 11:2387 baxılıb

Böyük Britaniyanın «Royal Mail» Poçt Şirkətinin Londonda fəaliyyət göstərən idarələrinin işçiləri şirkətdə aparılan kütləvi ixtisarlara etiraz edərək növbəti aksiya keçiriblər.
«Royal Mail»da yaşanan qalmaqal səngimək bilmir. Artıq Şirkətin Həmikarlar İttifaqı Birliyinin üzvlərinin sözlərinə görə, ixtisarlar, rəhbərliyin təklif olunan güzəştlərdən imtina etməsi işçilərin qəzəbinə səbəb olub.


İş yerlərindən narazıdırlar

03.08.09 - 11:2397 baxılıb

Almaniyanın Həmkarlar İttifaqı Birliyinin üzvləri ölkənin müəssisə və şirkətlərində çalışan işçilərin problemləri ilə yaxından tanış olmaq üçün onların bir qismi arasında sorğu keçiriblər. Sorğunun nəticələri ölkənin hər üçüncü işçisinin işindən narazı olduğunu üzə çıxarıb.


GÜRCÜSTAN. Hökumət Hİ-lə əməkdaşlıqda maraqlıdır

20.07.09 - 10:1688 baxılıb

Gürcüstanın Baş naziri Nika Gilauri ölkənin birləşmiş həmkarlar ittifaqı təşkilatının sədri İrakli Petriaşvili ilə görüşüb. Sədr Nika Gilaurinin həmkarlar ititfaqının fəaliyyəti ilə maraqlanan ilk baş nazir olduğunu diqqətə çatdırıb.
Görüşdə əmək müqaviləsinə ediləcək əlavə və dəyişikliklərlə bağlı müzakirələr aparılıb. Bununla yanaşı, hökumət, həmkarlar ittifaqı və sahibkarların irəli sürdüyü üçtərəfli təkliflər müzakirə edilib. Sözügedən təkliflərə beynəlxalq qurumlar da qoşulublar.


< 1 2 3 4 5 6 >

Axtarish sistemi

  


« July 2010
Mo Tu We Th Fr Sa Su
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Advokat

Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?

Mirzə QƏHRƏMANOV,
Naxçıvan şəhəri.


- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.