Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

YUNANISTAN . Ölkəni tətil bürüyüb

21.01.11 - 18:17111 baxılıb

Dövlət və şəxsi sektoru əhatə edən böyük həmkarlar ittifaqları bir araya gələrək 4 saatlıq tətil keçiriblər.

Aksiyaya dəmiryolçular, avtobus və trolleybus sürücüləri, aptek sahibləri və hüquqşünaslar qoşulublar.
Pensiyaçılar isə hazırda Yunanıstan Ali Məhkəməsinin binası önündə toplaşaraq mitinq keçirirlər.


İSRAİL . Tibb bacıları etiraz edirlər

21.01.11 - 18:17103 baxılıb


ÇEXİYA . Əcnəbilərin sayı azalmaqdadır

14.01.11 - 12:53125 baxılıb


İNGİLTƏRƏ . Şahzadənin toyu günü tətil planlaşdırılır

14.01.11 - 12:53125 baxılıb


FRANSA . "Renault"da qalmaqal yaşanır

14.01.11 - 12:52136 baxılıb


TUNİS . Vəziyyət nəzarətdən çıxır

14.01.11 - 12:51127 baxılıb

Ölkədə komendant saatı tətbiq olundu. Prezident 300 min yeni iş yeri yaradılacağına söz verdi

Tunis hakimiyyəti ölkədə komendant saatı tətbiq edib. Buna səbəb bir həftədən artıqdır ki, işsizliyə, qiymət artımına və korrupsiyaya etiraz edən yoxsulların aksiyalarının səngiməməsidir.
Komendant saatı saat 20:00-dan saat 06:00-a qədər insanların və nəqliyyatın hərəkətinin qadağan edilməsini nəzərdə tutur. Ölkədəki bütün məktəblər və universitetlər artıq bağlanıb.
Bu arada Tunis Prezidenti Zin əl-Abidin bin Əli ölkədə 300 min yeni iş yeri yaradılacağına söz verib.


KUBA . Nazirliklərdə ixtisarlar aparılacaq

10.01.11 - 13:39129 baxılıb


İSRAİL . İqtisadiyyata 45 faiz ziyan vuruldu

10.01.11 - 13:39127 baxılıb


YUNANISTAN. Nəqliyyatda durğunluq yaranıb

10.01.11 - 13:38127 baxılıb

Nəqliyyat şirkətlərində aparılan yenidənqurma proqramına qarşı çıxan işçilər kütləvi etiraz aksiyalarına başlayıblar.

Gün ərzində metro və avtobuslar işləməyib. Əhalinin mənzil başına çatmasında çətinliklər yaşanıb. Polis və aksiya iştirakçıları arasında qarşıdurmalar müşahidə olunub.
Qeyd edək ki, yenidənqurma proqramına əsasən, Afinanın bütün nəqliyyat şirkətləri birləşdiriləcək, əvəzinə isə iki nəqliyyat idarəsi yaradılacaq.


YAPONİYA . Futbolçuların tətili gözlənilir

29.12.10 - 12:47129 baxılıb

Ölkənin aparıcı futbolçuları Futbol Assosiasiyasının rəhbərliyindən əməkhaqqının və mükafatların artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Oyunçular bu məsələni Assosiasiyanın hüquqşünasları ilə müzakirə ediblər. Belə ki, hüquqşünaslar futbolçuların tələblərini Assosiasiyanın rəhbərliyinə bir neçə dəfə çatdırıblar. Bildiriblər ki, futbolçuların tələbləri yerinə yetirilmədiyi halda, onların oyunlardan imtina edib meydançaya çıxmamaq hüquqları var. Bu isə bir çox oyunların təxirə salınacağı deməkdir.


RUSİYA . Yanacağın qiyməti artırılacaq

29.12.10 - 12:46139 baxılıb


ƏFQANISTAN . Hökumətə etiraz

10.12.10 - 14:34127 baxılıb


YUNANISTAN . Afinada baş vermiş iğtişaşlar nəticəsində 84 nəfər saxlanılıb

10.12.10 - 14:33125 baxılıb


İSPANİYA . Aeroportlar hərbçilərin nəzarətinə keçib

10.12.10 - 14:33129 baxılıb

Baş nazir Sapatero ölkədə fövqəladə vəziyyət rejimi elan etməyə hazırlaşır

Hərbçilər İspaniyada hava nəqliyyatını tam şəkildə öz nəzarətlərinə götürüblər. Aviadispetçerlərin kütləvi tətilinin nəticələrini neytrallaşdırmaq üçün Baş nazir Xose Luis Rodriqo Sapatero müvafiq sərəncamı imzalayıb. Müdafiə Nazirliyi bəyan edib ki, hərbi dispetçerlər ölkədə hava nəqliyyatı sisteminin bərpası ilə məşğuldur. Artıq ölkənin mülki hava nəqliyyatı tam şəkildə Müdafiə Nazirliyinin sərəncamına verilib. Buna rəğmən aviadispetçerlərin əksəriyyəti işləməkdən imtina edib.


İTALİYA. Təhsilə diqqət azalır

03.12.10 - 16:33137 baxılıb


ŞOTLANDİYA. Futbol oyunlarının təxirə salınacağı gözlənilir

03.12.10 - 16:33138 baxılıb


FİNLANDİYA. "Finnair" hava limanında gərginlik yaşanıb

03.12.10 - 16:33114 baxılıb


YUNANISTAN. Böhranın izi hələ də qalmaqdadır

03.12.10 - 16:32118 baxılıb

Ölkənin bütün telekanal, radio və informasiya saytlarının işçiləri tətilə başlayıblar. Xəbər blokadası nəticəsində gündəlik qəzet redaksiyaları da işləməyib.

Tətilçilər bildiriblər ki, sahibkarlar maliyyə böhranını səbəb gətirərək "işçilərin ciblərindən oğurluq edirlər". Müxbirlər əməkhaqqının az olması ilə yanaşı, kollektiv əmək müqavilələrinin də adi şəxsi miüqaviləyə çevrilmədiyini söyləyirlər: "Adi müqavilə istənilən zaman pozula bilər . Bununla sahibkarlar öz işlərini asanlaşdırırlar".


"Foxconn" işçilərlə üz-üzə gəldi

26.11.10 - 16:44100 baxılıb

"Foxconn" kompyuter, kommunikasiya və məişət avadanlıqlarının istehsalı ilə məşqul olan şirkətdir. Bununla yanaşı, fabrik "Intel", HP-Q, "Dell", "Gateway & Apple", IBM, "Cisco", "Nokia", "Motorola", "Sony" markalı elektrotexnikaların istehsalçısı kimi tanınır.


Ölkədə durğunluq yaşanır

26.11.10 - 16:42121 baxılıb

100 milyon avroluq aksiya keçirilib

Portuqaliyada 24 saatlıq ümummilli tətil keçirilib. Banklar, müəssisələr, yanacaqdoldurma məntəqələri, məktəblər bağlanıb, ictimai nəqliyyat işləmir, gün ərzində xəstəxanalarda yalnız təcili xarakterli cərrahi əməliyyatlar aparılıb.


< 1 2 3 4 5 6 7 8 ... 8 9 10 11 12 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.