Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(avqustun 16-da)
…Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gülü qarşılamışdır. …Türkiyə Prezidenti Abdullah Güllə təkbətək görüşmüşdür. …Azərbaycan Respublikası Prezidentinin və Türkiyə Prezidenti Abdullah Gülün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdə iştirak etmişdir. …və Türkiyə Prezidenti Abdullah Gül "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə" imzalamışlar. …və Türkiyə Prezidenti Abdullah Gülün mətbuat konfransı olmuşdur. …"Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti adından Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün şərəfinə təşkil olunmuş rəsmi ziyafətdə iştirak etmiş və nitq söyləmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 7-də hava şəraiti günəşli keçəcək, şimal-qərb küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaqdır.
Gecə 25-28, gündüz 37-39, bəzi yerlərdə isə 41 dərəcə isti olacaqdır. Avqustun 8-də də hava şəraitinin günəşli keçəcəyi, şimal-qərb küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 25-27, gündüz müsbət 37-39 dərəcə təşkil edəcəkdir. Azərbaycanın rayonlarında avqustun 7-8-də hava şəraiti günəşli keçəcək və şərq küləyi əsəcəkdir.
Azərbaycan həmkarlar ittifaqı işçilərin birbaşa əmək və sosial hüquqlarının yaxşılaşdırılmasına təsir göstərən beynəlxalq tədbirləri çox məmnuniyyətlə ənənə şəklinə salmağa çalışır. Belə tədbirlərdən biri də hər il bütün dünyada qeyd olunan 28 Aprel Ümumdünya Əməyin Mühafizəsi Günüdür.
Ölkə həmkarlar ittifaqları, o cümlədən Toxucu və Yüngül Sənaye İşçiləri Müstəqil Həmkarlar İttifaqı həmin günü çox geniş miqyasda, rəngarəng tədbirlər həyata keçirməklə qeyd etmişdi. Lakin AHİK, onun üzv təşkilatları 28 apreli kampaniya halından çıxararaq əməyin mühafizəsini ilboyu fəaliyyətinin prioritet cəhətinə çevirdi. Beynəlxalq Əmək Təşkilatı tərəfindən təklif olunmuş "Yeni şəraitdə əmək sferasında profilaktika və risklərin idarə olunması" devizi altında bir-birindən təsirli tədbirlər hazırlanıb reallaşdırılır. Növbəti tədbir "Şəki-ipək" Açıq Səhmdar Cəmiyyətində baş tutub.
Bəlkə bəzi iş adamları bu şüarı əldə rəhbər tutub ölkədə tütün istehsalının azalmasına rəvac verirlər?
Azərbaycanda tütün məhsullarının istehsalı azalıb. İlk baxışda bu faktı ölkə əhalisinin zərərli vərdişdən imtinası-yəni tələbatın aşağı düşməsi kimi də izah edib sevinmək olar. Amma, təəssüf ki, məsələnin məğzində heç də müştərilərin siqaretin fəsadlarını başa düşməsi yox, müəyyən qrup əhalinin iqtisadi gəlirlərinə ziyan gətirəcək amillər durur.
Azərbaycan həmkarlar ittifaqları Dövlət Gənclər Siyasətini əsas tutaraq gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə çox böyük əhəmiyyət verir.
Artıq 10 ildir ki, Müdafiə Nazirliyinin C.Naxçıvanski adına Hərbi Liseyi mədəni hamiliyə götürülmüşdür. Konfederasiya burada gənc hərbiçilərin dövlət dilinə və rəmzlərinə, ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması istiqamətində məqsədyönlü fəaliyyət göstərir. Bu illər ərzində liseydə təhsil alan gənc hərbiçilər arasında mütəmadi olaraq vətənpərvərlik mövzusunda mədəni-kütləvi tədbirlər, baxış-müsabiqələr, idman yarışları keçirilir, dərs əlaçılarına, tağım və bölüklərə, müsabiqə qalibləri olan istedadlı müdavimlərə AHİK-in diplomları və qiymətli hədiyyələri, sahə həmkarlar ittifaqı komitələrinin pul mükafatları təqdim olunur.
Mayın 23-də ABŞ-ın Merilend Universitetinin doktoru Riçard Veysmillerin rəhbərlik etdiyi tələbə heyəti Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin qonağı olmuşdur.
Universitet tələbələrinin səfəri "Azərbaycanda Yay Ətraf Mühiti" layihəsi çərçivəsində baş tutmuşdur. Qeyd edək ki, Azərbaycanın Xəzər Universiteti ilə Merilend Universiteti arasında mübadilə proqramı çərçivəsində həyata keçirilən bu proqram Merilend Universitetinin psixologiya fakültəsinin 4-cü kurs tələbəsi Hökümə Kərimovanın təşəbbüsü ilə yaradılaraq həyata keçirilir. İyun ayının 4-nə qədər Azərbaycanda həyata keçiriləcək "Azərbaycanda Yay Ətraf Mühiti" layihəsi adekvat olaraq azərbaycanlı tələbələr tərəfindən ABŞ-da da keçiriləcəkdir.
Artıq bir neçə gündür ki, Cənubi Afrikada liman və dəmiryolu şirkətlərinin 18 min işçisi kütləvi nümayişlərə başlayıb.
Nəqliyat işçiləri həmkarlar ittifaqının nümayəndələri bildiriblər ki, işçilər əməkhaqqının 15 faiz artacağınadək tətilləri davam etdirəcəklər. "Transnet" şirkətinin rəhbərliyi isə əməkhaqqının yalnız 11 faiz artacağını söyləyib. Məlumat üçün deyək ki, əgər tətil və nümayişlər uzun müddət davam etsə, yanacağın dəmiryolu vasitəsilə ölkəyə çatdırılmasında böyük problemlərin yaşanacağı gözlənilir.
Faşizm üzərindəki Qələbənin 65 illiyinə həsr edilmiş Yaradıcılıq Ongünlüyü davam edir. Budəfəki tədbir H.Z.Tağıyev adına TTSK ASC-nin klubunda təşkil olunmuşdu.
Oqtay Babayevin rəhbərlik etdiyi "Məşəl" instrumental ansamblının solistləri Zeynəb və Kəmalə Qurbanovalar, məktəbli aşıq Məhət Qazaxlı, sintezator müəllimi Elşən Babazadənin ifa etdiyi vətənpərvər mahnılar sürəkli alqışlarla qarşılandı. Klubun fəal veteranı,75 yaşlı Valentin Çapliginin ifa etdiyi "Müharibə dövrünün mahnıları" bütün veteranları kövrəltdi. Qurbanəli Mürsəlovun rəhbərlik etdiyi xalq teatrının üzvləri isə yüksək coşqunluqla "Biz qalib gəldik" kompozisiyasını nümayiş etdirdilər.
AHİK-in faşizm üzərində qələbənin 65 illiyi münasibətilə keçirdiyi yaradıcılıq dekadası davam edir. Bu günlərdə Şamaxı Təhsil İşçiləri Evi Mədəni-Maarif Texnikumunda müharibə veteranları ilə görüş keçirdi.
Tələbə və müəllim heyəti müharibə veteranlarını çay süfrəsi arxasında qarşıladılar. Dəhşətli müharibənin canlı şahidləri olan Məstalı Məmmədov, Qiyasəddin Babayev, Vəli Vəliyev, Böyükağa Hidayətov, 85 yaşlı Qədir Qədirov, hazırda Çuxuryurd kənd orta məktəbində müəllim işləyən Saday Mütəllimov cəbhə illərini xatırladılar.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi birlikdə bir sıra tədbirlər həyata keçirməkdədir.
Belə tədbirlərdən biri də müəllimlər arasında şahmat yarışlarıdır.Yarışların final görüşləri ümummilli liderin doğum günü paytaxtda baş tutacaq. Hələlik isə bölgələr üzrə qaliblər müəyyənləşdirilir. Artıq Daşkəsən müəllimlərini final mərhələsində təmsil edəcək nümayəndə məlumdur.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə ATİAHİ Gəncə Şəhər Komitəsi şəhərin orta məktəblərinin müəllimləri arasında şahmat yarışı keçirdi.
Şəhər şahmat məktəbində baş tutmuş yarışın yekununa həsr edilmiş tədbiri giriş sözü ilə komitə sədri Bayram Hacıyev açdı. Bildirdi ki, yarışlarda 50-dən çox müəllim iştirak edirdi. Yüzlərlə insan onların mübarizəsini maraqla izlədi. Bu tədbir göstərdi ki, şəhərimizdə şahmata böyük maraq var. Biz bundan sonra da belə tədbirlərin keçirilməsini nəzərdə tutmuşuq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir.
Yağıntılar respublika ərazisində qeyri-bərabər paylanacaq.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi aran rayonlarında isə normadan az olacağı ehtimal olunur.
Tarixçilər beynəlxalq status almış bu günün yaranmasının müxtəlif tarixi mənbələri olduğunu iddia edirlər
8 Mart Beynəlxalq Qadınlar Günü artıq uzun illərdir ki, dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilməkdədir. Qadınlar Gününün yaranma tarixi ilə bağlı müxtəlif versiyalar var. Bəzi tarixçilər bu günü 1910-cu ildə qadınları mübarizəyə səsləyən Klara Setkinin adı ilə bağlasalar da, digər tarixi mənbələr bu bayramın hələ Qədim Roma dövründən qeyd edildiyini iddia edir. 1857-ci ildə Nyu-Yorkda tekstil sənayesinin işçiləri və tikiş fabrikinin fəhlələri iş şəraitinin dözülməz olmasına və əməkhaqqının azlığına etiraz əlaməti olaraq aksiyalara başladılar. Həmin aksiya da məhz 8 marta təsadüf etdi. Qadınlar əməkhaqlarının kişilərlə bərabər olmasını tələb edirdilər.
Fevralın 24-də "Əbədi muğam" adlı layihə çərçivəsində Bakının Şirvanşahlar Sarayında həftəlik muğam konsertlərin silsiləsinin davamı keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva deyib.
O bildirib ki, fevralın 17-dən etibarən hər çərşənbə günü muğam konsertləri davam edəcək, silsilənin açılışı isə fevralın 24-ü xanəndə Ehtiram Hüseynovun çıxışı ilə başlayacaq. Bu dəfə layihə çərçivəsində Azərbaycanın gənc muğam ifaçılarının iştirakı nəzərdə tutulur.
Azər Rəsulov: “Keyfiyyətli müdafiə üçün vəkillərə ödənilən məbləğ nəzərəçarpacaq dərəcədə artırılmalı idi” Fərhad Nəcəfov: "Məbləğin artırılması dövlət hesabına işə çıxan vəkillərin işinə müsbət təsir edəcək"
Azərbaycanda vəkillik sahəsində rast gəlinən əsas problemlərdən biri kimi dövlət hesabına işə çıxan vəkillərə ödənilən vəsaitin azlığı ilə bağlı idi. Belə ki, artıq neçə illərdir dövlət hesabına hüquqi yardım göstərilməsinin bir saatına görə vəkilə təxminən 99 qəpik qonorar verilirdi. Bu günlərdə isə Nazirlər Kabineti "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərarına dəyişikliklərlə bağlı qərar qəbul edib. Yanvarın 1-dən qüvvəyə minən qərara əsasən, vəkillərə müdafiə üçün saat hesabına ödənilən məbləğ 90 qəpikdən 2 manatadək artırılıb.
Sosial müavinətlərin növləri barədə məlumat verməyinizi xahiş edirəm.
Oruc MUSAYEV, Şirvan şəhəri.
- 7 fevral 2006 - cı il tarixli "Sosial müavinətlər haqqında" qanunun 4- cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müavinətlərin aşağıdakı növləri nəzərdə tutulmuşdur: o aylıq müavinət o dövlət qulluqçularına ömürlük müavinət o yaşa görə müavinət o əlilliyə görə müavinət o 16 yaşadək əlil uşaqlara müavinət o ailə başçısını itirməyə görə müavinət o AR Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət. o 3 yaşadək uşağa qulluğa görə müavinət o müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərin 16 yaşadək (ümumtəhsil müəsissələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət o valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət. o bir yaşadək uşağı olan aztəminatlı ailələrə müavinət o birdəfəlik müavinətlər o radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün müavinət. o uşağın anadan olmasına görə müavinət. o dəfn üçün müavinət.