Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Mətanət Hüseynova klinikada nə az, nə çox - 4 dəfə əməliyyat olunub. Birinci əməliyyata 800 dollar, ikinci əməliyyata isə 600 dollar verdiyini bildirir: "Məsələ ilə bağlı Səhiyyə Nazirilyinə də müraciət etmişəm. Nazirilyin xətti ilə respublikanın baş cərrahı Məmməd Kərimov müayinə etdikdən sonra müalicənin xarici ölkələrdə uğurlu olacağını dedi. Almaniyada müayinə zamanı məlum oldu ki, burnumun əvvəlki görkəmini geri qaytarmaq mümkün olsa da, qulaqlarımın görkəmini bərpa etmək qeyri-mümkündür. Almaniyada müalicə olunmaq üçün 150 min avro lazımdır. Bu məbləği kompensasiya kimi xəstəxanadan tələb etmişəm”. Mətanət xanım Xətai Rayon Məhkəməsində onu "gözəlləşdirən" həkimi Rafiq Dəmirçalova qarşı iddia qaldırıb. Proses hakim Səadət Səlimovanın icraatındadır. Məsələyə aydınlıq gətirmək üçün Leyla Şıxlinskaya adına Klinika ilə əlaqə saxladıq. Rafiq Dəmirçalovun məzuniyyətdə olduğu bildirildi. Qeyd edək ki, həkim ayın sonunda işə qayıdacaq. Maraqlıdır, belə olan halda hüquq-mühafizə orqanları ağxalatlılara qarşı hansı tədbirləri həyata keçirmək səlahiyyətinə malikdirlər? Həkimlər sağlamlığımıza zərər yetiribsə, biz nə etməliyik? Bu və digər suallarımızı cavablandırmaq üçün "Kermus Consaltinq" hüquq şirkəti ilə əlaqə saxladıq. Şirkətin direktor müavini Ceyhun Cəfərlinin sözlərinə görə, Cinayət Məcəlləsinin 142-ci maddəsinə əsasən, tibb işçisinin üzrlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərməməsi nəticəsində onun sağlamlığına az ağır zərərvurma baş verirsə, təqsirkar 330 manata qədər cərimə oluna bilər. Həmçinin tibb işçisi tibbi yardım göstərmədiyinə görə, 2 ilədək müəyyən vəzifə tutmaq hüququndan məhrum edilir. Bununla yanaşı, 1 ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrum etməklə cəzalandırılması istisna deyil. Etiraf edək ki, əksər hallarda pasiyentlərin əlində həkimə və müalicəyə xərclədiyi məbləğlə bağlı sənədlər olmadığına görə, onlar müvafiq instansiyalara müraciət edə bilmirlər. Vəkil iddianı sübut etmək üçün mütəxəssislərin ekspertiza aparmasını tələb edə bilər. Təbii ki, bunu tibb elminin inkişaf hüdudları çərçivəsində etmək mümkündür. Məsələn, hansısa tibbi preparat reseptə uyğun tətbiq olunmayıbsa, bu, həkimin ya qəsdi, ya da ehtiyatsızlığı ucbatından baş verir. Həkimin vurduğu zərər ağırlaşdıqca sanksiya da sərtləşir. Səhiyyə xidmətindən narazı qalan oxucularımızın diqqətinə çatdıraq ki, Cinayət Məcəlləsinin 142-ci maddəsinə əsasən, əgər tibbi yardım göstərilməməsi şəxsin ölümünə səbəb olubsa, təqsirkar 3 ilədək müəyyən vəzifə tutmaq hüququndan və 3 ilədək azadlıqdan məhrumedilmə cəzası ala bilər. Amma ölkəmizdə çətin elə həkim tapılsın ki, o, açıq şəkildə pasiyentə yardım etməkdən imtina etsin. Həkim kömək edir, amma bu yardım bizim tələblərimizi ödəmir, sağlamlıq durumumuzu daha da pisləşdirir. Ən pis hallarda hətta ölümə səbəb olur. Bu halda CM-də konkret norma nəzərdə tutulmayıbsa da, tibb işçisinə qarşı ümumi normalara uyğun cinayət işi qaldırıla bilər. Belə əməl 124-cü maddədə "Ehtiyatsızlıqdan adamöldürmə" kimi tövsif olunur. Maddənin birinci hissəsində göstərilir ki, ehtiyatsızlıqdan adamöldürmə 3 ilədək azadlığın məhdudlaşdırılması və 3 ilədək azadlıqdan məhrum edilməklə cəzalandırılır. Əgər 2 və ya daha çox adam öldürülərsə, bu halda təqsirkar 2 ildən 6 ilədək azadlıqdan məhrum edilməklə cəzalandırılır. Hüquqşünasın sözlərinə görə, həkimin düzgün diaqnoz qoymaması ehtiyatsızlıq sayılır. Çünki diaqnoz qoyarkən həkim xəstəliyin tarixini, gedişatını, baş verə biləcək nəticələri dəqiq müəyyənləşdirməlidir. Bu zaman həkim təcrübəsinə, biliyinə, elmi nailiyyətlərə arxalanmalıdır. Əgər həkimin müəyyən şübhəsi varsa, o, diaqnozu müəyyən edə bilmədiyini yazmalıdır (kiminsə belə hala rast gəldiyinə inanmaq çətindir). Bu halda xəstəni başqa şöbələrə göndərməli, həmkarları ilə məsləhətləşməlidir. Əgər o, düzgün diaqnoz qoymayıbsa, deməli, diaqnozda dəqiqlik tapmayıb. Amma buna baxmayaraq, diaqnoz qoyub. Bu isə ehtiyatsızlıqdır. Nəticədə zərərçəkənin çəkdiyi bütün xərclər ödənilməli, əlavə müalicə üçün tələb olunan kursun haqqı verilməlidir. Səhiyyə Nazirliyinin hüquqşünası Səbuhi Abdullayevin dediyinə görə, mahiyyətindən asılı olaraq, xəstə həkimə və eləcə də müəssisənin özünə qarşı da iddia qaldıra bilər. Səhiyyə Nazirliyində şikayətlərə kollegiya baxır və qəbul olunmuş qərar nazir tərəfindən təsdiqlənir. Əgər şikayətlər birbaşa yüksək instansiyalara göndərilibsə, məktub araşdırılmaq üçün Səhiyyə Nazirliyinə verilir. S.Abdullayevin sözlərinə görə, Bakı şəhərindəki bir çox xəstəxanalar Bakı Səhiyyə İdarəsinə tabedir. Ancaq məsələn, Respublika Xəstəxanası birbaşa nazirliyin tabeçiliyindədir. Şikayətlərə də xəstəxanın özündə, Bakı Səhiyyə İdarəsində və eləcə də Səhiyyə Nazirliyində baxıla bilər. İntizam məsuliyyəti Əmək Məcəlləsinin 186-cı maddəsi əsasında aparılır. Öncə tibb işçisi xəbərdarlıq alır. Bundan sonra isə intizam-tənbeh tədbirləri həyata keçirilir. Həmçinin kollektiv müqavilədə nəzərdə tutulmuşsa, aylıq əməkhaqqının 1/4 hissəsi məbləğindən çox olmamaq şərtilə cərimə oluna bilər. Kollegiyanın və Tibbi Şuranın qərarı ilə təqsirkar həkim işindən azad da edilə bilər. Özəl tibb müəssisələrinə gəldikdə, nazirlik onlara yalnız lisenziya verir. Lakin hər hansı şikayət və ya məhkəmə olarsa, buna həmin müəssisənin özü hüquqi şəxs kimi və ya həkimin özü cavab verməlidir. Nazirliyin bu işə heç bir aidiyyəti olmur.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.