Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

“Boksdan getmək fikrim yoxdur”

05.09.08 - 20:27496 baxılıb

Qolunda zədəsi olmasına baxmayaraq, boks yarışlarında sona qədər rəqibə müqavimət göstərdi və Azərbaycanın bayrağını qaliblər sırasına qaldırmayınca mübarizəni dayandırmadı. Amma bütün bu cəngavərliyə, populyarlığa, şan-şöhrətə rəğmən kifayət qədər sadə insandır. Hamı ilə dost, mehriban yoldaş kimi davranır. Özü barəsində çox danışmağı sevmir. Daha çox boksçu kimi yetişməsində əməyi olan məşqçilərdən, olimpiya kürsüsünə qalxmaqda ona mənəvi dəstək göstərən insanlardan söz açır, onlara minnətdarlıq edir. Sevincini Azərbaycanın uğurunda şadlanan hər bir həmvətəni ilə bölüşməyə çalışır. Biz də ondan müsahibə götürmək qərarına gələndə ilk növbədə nə düşündüyünü, bürünc medal alıb Pekindən Bakıya döndükdən sonra keçirdiyi hissləri və bir qədər də rinqdən kənarda, öz azarkeşləri üçün maraqlı olan cəhətlərini öyrənmək istədik. XXIX Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Şahin İmranovla görüşümüz "Zenit" İdman Cəmiyyətinin məşq zalında oldu.

- Pekindən qayıtdıqdan sonra hansı işlə məşğul olursunuz və səhhətiniz necədir?
- Hazırda qolumdakı zədəni aradan qaldırmaq üçün müalicə olunuram. Bu səbəbdən məşqləri də müvəqqəti dayandırmışam. Rentgen müayinəsindən sonra həkimlərin dediyinə görə, dirsək nahiyəmdə vətər sınıb. Amma müalicə başa çatdıqdan sonra, təbii ki, yenidən fəal boksla məşğul olmağa başlayacam.
- Həkimlər məşq etməyə icazə vermirlər?
- Həkimlər boksa fasilə verməyimi və sol qolumu çox işlətməməyi məsləhət görürlər. Elə Pekində olanda da daha çox sağ əllə məşq edirdim. Sonuncu döyüşdə hər iki əldən istifadə edirdim, amma çalışırdım ki, əlim boşa çıxmasın.
- Sonuncu yarışda rinqə çıxmazdan əvvəl qolunuzda problem olduğunu bilirdiniz. Buna baxmayaraq, güclü bir rəqiblə döyüşə çıxmaq sizin üçün bir risq idi, yoxsa özünüzə əminlikdən irəli gəlirdi?
- Döyüşdən əvvəl mən qolumda ağrı hiss edirdim. Xüsusilə də kubalı boksçu ilə döyüşəndə qoluma çox ağırlıq saldım. Hətta az qalırdı ki, qolumu tərpədə biməyim. Ona görə də xeyli masaj etdilər, tibbi yardım göstərdilər ki, ağrıları aradan qaldırsınlar. Fransız boksçusu ilə yarışda isə zəiflik göstərmək olmazdı. Çünki o, rəqibinin belə vəziyyətindən istifadə edən bir boksçudur. Onu cəld, ağır zərbələrlə vurub geri çəkilməyə vadar etmək lazım idi. Bu, mənim üçün bir o qədər də çətin olmayacaqdı. Onu məğlub edə bilərdim. Ancaq qolumun ağrısı mənə mane olurdu. Qarşıda hələ üç raund var idi. Özümü çətin vəziyyətə salmaq istəmədim. Ona görə də döyüşü dayandırmağa qərar verdim.
- Azərbaycana qayıtdıqdan sonra Prezident İlham Əliyev Olimpiada yarışlarında uğur qazanan idmançılarımızı qəbul etdi. Onların arasında siz də vardınız. Dövlət başçısı ilə görüşdə hansı hissləri keçirdiniz və bunun məsuliyyəti nədən ibarət olacaq?
- Hörmətli Prezidentimiz bizi qəbul etdi və bizim hər birimizin əziyyətini qiymətləndirdi. Cənab İlham Əliyev məni "Tərəqqi" medalı ilə təltif etdi, pul mükafatı verdi. Prezidentimiz biz hələ Olimpiada kəndində olanda da yanımıza gəlirdi. Biz bu dəstəyi yarışlar dövründə də hiss edirdik. Buna görə mən yalnız minnətdarlıq edə bilərəm.
- Qalib idmançılara dövlət tərəfindən öncədən müəyyən edilmiş həcmdə mükafatlar verildi. Eşitdiyimə görə, başqa qurumlar da sizə mükafatlar ayırıblar...
- Hələlik bizi cənab Prezident qəbul edib. Amma deyilənə görə, bundan sonra bir sıra dövlət orqanları və Azərbaycanda idmanın inkişafına dəstək verən təşkilatlar da bizimlə görüşəcək.
- Siz Pekində olarkən Olimpiada yarışlarını izləyən tamaşaçıların görmədiyi, bilmədyi hansısa yaddaqalan maraqlı nüanslar baş veribmi?
- Olimpiadada tamaşaçı kimi iştirak edən həmvətənlərimizin bizə göstərdiyi fəal dəstək mənim üçün ən yaddaqalan xoş hadisədir. Onlar o qədər böyük coşqu, ruh yüksəkliyi ilə bizi alqışlayırdılar ki, bundan böyük dəstək təsəvvür etməyə çətinlik çəkirəm. Kuba boksçusu ilə döyüşəndə özümü yad ölkədə deyil, doğma divarlar arasında hiss edirdim. Yalnız boksçulara deyil, digər idmançılara da böyük dəstək var idi. Elə olurdu ki, Azərbaycanın bir neçə idmançısı bir gündə yarışırdı. Azərbaycan tamaşaçıları da bərabər sayda qruplara ayrılaraq bütün yarışları izləyir, idmançılarımıza mənəvi dəstək olurdular. Həm tamaşaçılar arasında, həm də Olimpiya kəndində çox böyük mehribançılıq var idi.
- Olimpiada yarışlarından qayıtdıqdan sonra mətbuatda Şahin İmranovun idman aləmini tərk etməyə hazırlaşdığı barədə məlumatlar yayıldı. Belə bir qərarınız varmı?
- Xeyr. Hələlik müalicəmlə əlaqədar olaraq müvəqqəti fasilə verirəm. Afina Olimpiadasında kürsüyə çıxa bilməməyimə görə ürəyimdə bir nigarançılıq qalmışdı. Ona görə də buradan yola düşəndə özümə söz vermişdim ki, vətənə medalla qayıdım. Hətta demişdim ki, medal gətirməsəm, bu mənim Olimpiadada axırıncı oyunlarım olacaq. Mənim idman aləmini tərk edəcəyim barədə şayiələr də buradan qaynaqlanır. Zədələrim sağaldıqdan sonra yenidən məni rinqdə görəcəksiniz.
- Siz həm də Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasından ilk idmançısınız ki, Olimpiada yarışlarında belə yüksək nəticə göstərmisiniz. Bu uğuru əldə etməkdə sizə hansı təşkilatların daha çox köməyi olub?
- Mən Olimpiada yarışlarında həm "Gömrükçü" İdman Klubunu, həm də "Zenit" İdman Cəmiyyətini təmsil edirdim. Yeri gəlmişkən deyim ki, son on ildə Azərbaycan idmanına həmkarlar ittifaqı böyük tövhələr verib. Bu qurumun idman təşkilatlarının yetirmələri Avropa, dünya çempionatlarında, Olimpiya Oyunlarında ləyaqətlə iştirak ediblər. Bu da təşkilatın, xüsusilə AHİK sədri, millət vəkili cənab Səttar Mehbalıyevin idmana böyük qayğısının, diqqətinin nəticəsində mümkün olub. Həm bir idmançı kimi yetişməyimdə, həm də yarış prosesində Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri HİRK-in sədri Rafiq İldarov, Aviasiya İşçiləri HİRK-in sədri Bəkir Yusifov, Metal İşçiləri Hİ Federasiyasının prezidenti Əli Hümbətov, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Müstəqil HİRK-in sədri Etibar Əliyev, Qaz Təchizatı İşçiləri HİRK-in sədri Adil Hümbətov, Müdafiə Sənayesi İşçiləri HİRK-in sədri Rüfət Müfid-Zadə, "Baku Stil Kompani" İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Əliqulu Quliyev, AHİTA-nın prezidenti Nadir Əliyev, “Gömrükçü” İdman Klubunun sədri Xəzər İsayev və "Zenit" İdman Cəmiyyəti Respublika Şurasının sədri Fazil Hadıbəyov mənə daima dəstək göstəriblər və buna görə onlara qəzetiniz vasitəsilə öz təşəkkürümü bildirirəm.
- Burada sizin yanınızda məşqçiniz Məmməd Eyvazovu görürük. Yəqin ki, yarışların gərgin dövründə bəlkə onun qədər həyəcan keçirən olmayıb. Bir idmançı kimi formalaşmağınızda məşqçinin məxsusi əməyi barədə nə deyə bilərsiniz?
- Mən ilk boks məktəbini Sumqayıt şəhərində keçmişəm. 2002-ci ildən başlayaraq mənim məşqçim Məmməd müəllim olub. Onun mənim üzərimdə əziyyəti böyükdür. Hazırlıq prosesində o, bəlkə məndən də çox əziyyət çəkib. Mən həmişə məşqçimə öz təşəkkürümü bildirmişəm. İndi də bir daha minnətdarlığımı bildirirəm.
- Yaxın gələcəkdə sizi hansı yarışlarda görmək mümkün olacaq?
- Hələ bir il müalicə-profilaktik tədbirlərlə əlaqədar boks yarışlarına fasilə verməli olacam. Bu il məni hər hansı yarışlarda görməyəcəksiniz. Fikrim var ki, zədələrim sağaldıqdan sonra gələn ildən etibarən 60 kq. çəkidə döyüşüm.
- London şəhərində keçiriləcək növbəti Olimpiada yarışlarında iştirak etmək və qızıl medal qazanmaq fikriniz varmı?
(Bu suala məşqçi Məmməd Eyvazov cavab verir)
- Şahin bu Olimpiada ilə qurtarmır. Əvvəlcə müalicəsini başa çatdıracaq, sonra Olimpiadaya düşə də bilər, düşməyə də. Amma yığma komandanın tərkidində Şahin İmranovla, Ağası Məmmədovla çiyin-çiyinə məşq etmək gənclər üçün böyük nümunədir, təcrübədir.

Müşfiq ABDULLAYEV.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.