Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
…Söhbət bu axşam illər ayrılığından sonra bizim teatrın səhnəsinə yenidən qayıdan dahi Qara Qarayevin "Yeddi gözəl" baletindən gedir. Yeni tamaşanın özəlliklərindən söz açmazdan öncə, "Yeddi gözəl" baletinin tarixçəsi barədə məlumat vermək yerinə düşərdi. Nizami Gəncəvinin eyniadlı poemasının motivləri əsasında yazılmış bu baletin ilk tamaşası 1952-ci ilin elə noyabrında Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulub. Uzun illər teatr səhnəsindən düşməyən bu əsər neçə-neçə Azərbaycan balet artistinin sənət bioqrafiyasına şanlı səhifələr yazıb. Teatr dəfələrlə "Yeddi gözəl"i öz qastrol səfərləri zamanı başqa şəhərlərdə nümayiş etdirib. Bundan başqa, azərbaycanlı bəstəkarın bu baleti ölkəmizdən kənarda da uğurla oynanılıb, hətta Rusiyada baletin telefilm-tamaşası da lentə alınıb. Bununla belə, illərdir ki, bizim teatrda Qara Qarayevin bu şedevri səhnəyə qoyulmurdu. Böyük bəstəkarın 90 illik yubileyinə töhfə kimi yenidən doğma səhnəyə qayıdan "Yeddi gözəl" tamam fərqli yozumda, yeni biçimdə teatrsevərlərə təqdim edilir. Birinci önəmli dəyişiklik ondan ibarətdir ki, baletin musiqisinə toxunulmadan librettosu təzədən yazılıb. İkinci diqqəti çəkən məqam isə tamaşa üzərində beynəlmiləl yaradıcı heyətin çalışmasıdır. Şübhəsiz, dünyanın bir çox teatrları ilə əməkdaşlıq edən dirijorun, baletmeysterin və quruluşçu-rəssamın birgə səyi beynəlxalq səviyyəli festivallarda göstərilməyə layiq mükəmməl tamaşanın yaranmasına rəvac verir. Belə ki, "Yeddi gözəl" baletinin musiqi rəhbəri və dirijoru soydaşımız, 1986-cı ildən İstanbul Opera və Balet Teatrında çalışan Elşad Bağırovdur. Librettonun müəllifi artıq uzun illərdən bəri Türkiyədə yaşayan, rus əsilli tərcüməçi-ədib Yana Temizdir. Tamaşaya dünya şöhrətli baletmeyster, "Dans-Open" beynəlxalq balet festivalının bədii rəhbəri, YUNESKO yanında Beynəlxalq Rəqs Şurasının üzvü, onlarla teatrda uğurlu balet quruluşları ilə ünlü baletmeyster kimi ad qazanmış Vasili Medvedyev quruluş verib. "Yeddi gözəl" poeması kimi rənglərin assosiativ duyumu üzərində qurulmuş səhnə əsərində qəhrəmanların, daha dəqiq desək, əfsanəvi gözəllərin obrazını tamamlamaqdan ötrü tamaşanın bədii tərtibatı böyük əhəmiyyət daşıyır. Dolğun rəng palitrasından, maraqlı dekorlardan istifadə nəticəsində "Yeddi gözəl" baletinin maraqlı bədii tərtibatı ortaya çıxıb. Göz oxşayan tərtibat Rusiya Akademik Böyük Teatrının dekoratorçu rəssamı Dmitri Çerbadjiyə məxsusdur. Tamaşadakı zəngin və tez-tez dəyişilən geyimlərin eksizini isə Azərbaycanın əməkdar rəssamı Tahir Tahirov verib. Biz ümumi motivləri az qala hər bir azərbaycanlıya məlum olan "Yeddi gözəl" baletinin məzmununu danışmaq fikrində deyilik. Çünki əsərin ilk tamaşası elə bu gün oynanılır və sanbalına görə hələ uzun illər repertuarda qalmağa layiq tamaşaya baxmağa dəyər. Bilməyənlərə məlumat, unudanlara xatırlatma olaraq deyək ki, əsərin əsas ideyası əsl məhəbbətin eyş-işrətə, saf duyğuların gəldi-gedər hisslərə qalib gəldiyini sübuta yetirməkdir. Librettodan irəli gələn aydınlıq, musiqinin hər bir obrazın düzgün həllinə imkan verən dolğunluğu, baletmeyster tərəfindən solistlər qarşısındakı vəzifənin düzgün müəyyən edilməsi bizim balet truppasının aparıcı solistlərinin bitkin obraz yaratmasına imkan verib. Əməkdar artistlər İslam İslamov (Bəhram şah), Kamilla Hüseynova (Gözəllər gözəli), Alsu Qimadiyeva (Məğrib gözəli), Yelena Skomoroşenko (Slavyan gözəli), Samir Səmədov (Səməndər), solistlər Nigar İbrahimova (Hind gözəli), Emiliya Mençinskaya (Bizans gözəli) yetərincə dolğun obraz yaratmağa müvəffəq olublar. Son illər bizim Opera və Balet Teatrımız ardıcıl olaraq nüfuzlu beynəlxalq opera və simfonik musiqi festivallarında çıxış edir. Düzdür, mötəbər sənət bayramlarında bütöv opera və balet əsərlərimiz hələ oynanılmayıb. Lakin ümidvarıq ki, XXI əsrin balet tamaşasına verilən tələblərə uyğun səviyyədə hazırlanmış "Yeddi gözəl" baleti Azərbaycan incəsənətini belə sənət göstərilərində təmsil edə biləcək. Hər halda siz də unutmayın ki, bizim Opera və Balet Teatrının səhnəsində ruha qida verən, göz dincəldən, qəlb titrədən bir əsər oynanılır. Afişada onun adı belə yazılıb: Qara Qarayev: "Yeddi gözəl". Gülcahan MİRMƏMMƏD.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.