Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Hələ ki, İslam mədəniyyətinin builki paytaxtında elə bir diqqəti çəkən beynəlxalq tədbir gözlənilmir. Əslində reqlamentə görə, bu sayaq məclislərə fevral ayından start veriləcək. İl boyu davam edəcək tədbirlər proqramından xəbərsiz olsaq da, hər halda belə bir sanballı tədbirlər silsiləsindən qazancımızı (turizm sektorunun qazanacağı maliyyə qazancını nəzərdə tutmuruq - hərçənd bu da önəmsiz məsələ deyil - G.M.) təxmin edə bilərik. Bakı İslam mədəniyyətinin paytaxtı olmaqla Azərbaycan insanı nələri qazanacaq? Ən əvvəl, Şərq kinosu barədə təsəvvürü acı bağırsaq kimi uzanan darıxdırıcı İran və bəsit Türkiyə serialları ilə formalaşan Azərbaycan kinomanı müasir, Avropada ziddiyyətli fikirlər ilə qarşılaşmasına rəğmən, bəyənilən yeni filmlərə tamaşa etmək imkanı qazanacaq. Uzun illər öncə bizim yaşlı nəsli riqqətə gətirən Misir, Suriya, Livan kinematoqrafının indiki nəsli, çağdaş inkişaf meyilləri barədə məlumat toplayacağıq. Əgər bəxtimiz gətirərsə, bəlkə XXI əsrin Şərq teatrını da seyr edə biləcəyik. Ortodoksal fikirli insanların düşündüklərinin əksinə olaraq, Məhəmməd Hümmətinin bizdən qat-qat saf qəlbli, pak inanclı olduğu orta əsrlərdə Yaxın Şərqdə miniatür rəssamlıq sənəti zirvəyə çatıb. Təbriz miniatür məktəbi ilə yanaşı, Herat miniatür məktəbi təmsilçilərinin o zaman yaratdıqları lövhələrdəki dinamika, kamillik bu gün də nəzəriyyəçiləri heyran edir. Sözsüz ki, həmin məktəblərin davamçıları bu gün də var. Amma bizim elə imkanımız yoxdur ki, Luvrda, Albert və Viktoriya, Prado muzeylərində, Drezden qalereyasında göz bəbəyi kimi qorunan həmin sənət incilərinə tamaşa edək. Düzdür, aramızda adıçəkilən sənət məbədlərinin yerləşdiyi şəhərlərə gəzməyə getmək imkanı olanlar az deyil. Amma onların belə yerlərə yolu çətin düşə. Ən yaxın qonşumuz, qardaş dediyimiz Türkiyədə simfonik müsiqinin inkişafından, ifaçılarından tam xəbərsizik. Ən yaxın bilgimiz təxminən otuz il əvvələ aiddir. O zaman rəhmətlik Niyazinin idarəsilə bizim filarmoniyada Adnan Sayqunun əsərləri çalınmışdı. Halbuki bu gün Böyük Britaniya Kral Orkestrində Pakistan, İran, Türkiyə, ərəb əsilli gözəl solistlər çalışır. Şəxsən mən, dünyaya səpələnmiş iraqlı musiqiçilərin Səddam Hüseyn rejimi dağılandan sonra vətənə dönərək 30 (!) ildən sonra yaratdıqları simfonik orkestrin çıxışını böyük məmnuniyyətlə dinləyərdim ("melomanın pəmbə diləkləri" silsiləsindən). Bütün bunlar öz yerində. Müsəlman ölkələri ifaçılarının yığma orkestrinin konsertini təşkil edib qərblilərə görk vermək də yerinə düşərdi. Ərəb ədəbiyyatı barədə Azərbaycanda elə ərəbşünasların məlumatı var. Cübran əl-Cübranın mübariz ruhlu esselərini, fəlsəfi nəsrini, lirika dolu mənsur şeirlərini Azərbaycan dilinə orijinaldan çevirmək üçün bundan yaxşı fürsət bir də nə zaman yaranacaq? İlk dəfə 1901-ci ildə Akademiyaların Beynəlxalq İttifaqının qərarı ilə çap olunmuş "İslam ensiklopediyası"nın Azərbaycan nəşri ilə nə zaman tanış olacağıq? Həm də ən vacib məsələ. Bu ensiklopediyanın yeni nəşrlərində Azərbaycan barədə tam dürüst məqalələr nə zaman yer alacaq? İndi də medalın ikinci tərəfinə nəzər salaq. Azərbaycan informasiya yayımı "savaş"ına, özünü tanıtım baxımından ən gec qoşulan ölkələrdəndir. Təbii, bunun bir çox obyektiv səbəbləri var. Xaricdəki diasporun bir neçə qat və təbəqədən ibarət olması, sovet dönəmində ittifaq maraqlarının Milli maraqları əzməsi, dünyanın, eləcə də dindaşlarımızın bizi tamamən ruslaşmış kimi qavraması və s. və i.a. Amma bir illiyə olsa belə, bizim özümüzü Bakıya yolu düşəcək sənət və elm xadimlərinə ən yaxşı tərəfdən göstərmək imkanı əlimizdədir. İnanın ki, Şərqdə ilk operanın Azərbaycanda yarandığını, mütəxəssisləri çıxmaqla, heç şərqlilər də bilmir. Azərbaycan xalçalarını, milli musiqi alətlərimizi illər öncə qurulmuş planlı siyasət nəticəsində kimlərin öz adına çıxarıb dünyaya tanıtdığı da məlumdur. İlk günlərini yaşadığımız 2009-cu ildə Bakının payına düşən ikiqat paytaxtlıq qisməti bütün bu informasiya boşluqlarını doldurmaq, özümüzü daha yaxşı tanıtmaq fürsəti verir. Əgər oxucu hövsələsini basıb bu qeydləri sonadək oxuyubsa, yəqin ki, onun içində bir sual doğulacaq: mən neyləyim? Bu cür miqyaslı işlərin öhdəsindən gəlmək üçün dövlət səviyyəli proqram lazımdır. Elədir. Bizim də borcumuz ən azından Bakıdakı tarixi abidələr, teatr binaları, muzeylər, görməli yerlər barədə kifayət qədər məlumatlı olmaqdır ki, küçədə bizə yaxınlaşan əcnəbilərə ətraflı məlumat verib bələdçilik etməyi bacaraq. Hazırlaşın, qonağımız çox olacaq.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.