Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Sənubər xanımın namizədlik işi muğamın tarixi və nəzəriyyəsi məsələlərinə həsr olunub. O, 1978-ci ildən bəri beynəlxalq səviyyəli təxminən iyirmi elmi məclisdə Azərbaycan sənətşünaslıq məktəbini layiqincə təmsil edib. Hələ 2002-ci ildə Azərbacyan muğamının YUNESKO-nun tərtib etdiyi "Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin inciləri" siyahısına salınmasından ötrü dosyenin müəlliflərindən biri (o biri müəllif Fransa alimi Jan Dürinqdir) də Sənubər xanımdır. Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyətinin katibi olan Sənubər Bağırova həm də Amerika Etnomusiqişünaslar Cəmiyyətinin, Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın üzvüdür. "Azərbaycan aşıq musiqisi antologiyası" diskindən əvvəl də Sənubər xanımın "Music from Azerbaijan. Sari Gelin Ensemble" beynəlxalq səviyyəli kompakt disk layihəsi olub. Hələlik son layihə barədə Sənubər xanım özü danışsa, daha yaxşı olar: - 2007-ci ilin dekabrında Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva ilə söhbət edirdik. Sevda xanım dedi ki, milli aşıq sənətinin YUNESKO-nun dünya mədəni irsi siyahısına salınmasından ötrü hazırlıq işləri görmək, disk buraxmaq lazımdır. Mən də fikirləşdim ki, xaricdə buraxılan disklərin dünyada yayılmaq şansı çoxdur. Bizim məqsədimiz odur ki, milli mədəniyyətimizi dünyada Azərbaycanın adı ilə tanıdaq. Bilirsiniz, bu gün dünya alimləri, sənətşünasları Azərbaycan mədəniyyətinə çox maraq göstərirlər. "Azərbaycan aşıq musiqisi antologiyası" əvvəlcə bir disk şəklində nəzərdə tutulmuşdu. Lakin material bolluğu, Şimali Azərbaycan ərazisində yayılmış bütün aşıq ifaçılığı məktəblərini göstərmək istəyim disklərin sayını ikiyə çatdırdı. Antologiya Fransanın "Maison des Cultures du Monde" (Dünya Mədəniyyət Evi) İnstitutunun nəzdindəki "İNEDİT" səsyazma şirkətində hazırlanıb. - Bir neçə il əvvəl "Maison des Cultures du Monde" İnstitutu Azərbaycan muğam sənətinin təbliği üçün az iş görməmişdi... - Onlar səksəninci illərin sonundan başlayaraq 1994-cü ilədək Fransada bizim xanəndələrin disklərini buraxmışdılar. Orada muğama yaxşı bələd olsalar da, aşıq musiqisindən xəbərsizdilər. Buna görə də "Maison des Cultures du Monde" İnstitutunda bu ideya ilə maraqlandılar və diskin bütün hazırlıq işlərini - aşıqların seçilməsini, onların ifasının Bakıda studiyada lentə alınmasını, diskə daxil ediləcək mətnin yazılmasını mənə tapşırdılar. - Bəs Fransada bizim studiyadakı yazılışları bəyənib qəbul etdilərmi? - Bəli, sadəcə, səs yazılışlarına bir sıra xırda texniki düzəlişlər Fransada aparılaraq öz standartlarına uyğunlaşdırdılar. Amma səsyazma zamanı Bakıda xeyli problem yaşandı. - İfaçı seçimi ilə bağlı problemləri nəzərdə tutursunuz? - Təbii ki, 400 nəfərədək aşığın arasında seçim aparmaq çətindir. Həm də mən çalışırdım ki, aşıq yaradıcılığındakı bütün istiqamətlər, əsas janrlar bu diskdə öz əksini tapsın. Məsələn, elə aşıqlar var ki, onların, ümumiyyətlə, studiyada səs yazdırmaq, ifa etmək təcrübəsi yoxdur. Bir tərəfdən də, adətən, qış aylarında aşıqların səsi yerində olmur. Lakin bütün bunları adladıq. Başqa bir problem isə aşıqların bu işə münasibəti ilə bağlıdır. Bəzi məşhur aşıqlara zəng vurub bu barədə məlumat verəndə bəhanə gətirirdilər ki, gələ bilmirəm, nəyimə lazımdı, qalsın gələn dəfəyə… Belə bir fürsət on ildə bir dəfə düşür!.. Amma diskin sorağı çıxanda özləri başladılar məni axtarmağa, onda da artıq gec idi… Mən gözləyirəm ki, disk geniş yayılandan sonra bu cür narazılıqların sayı artacaq. - Necə deyərlər, sənətə tam bizim standartlara uyğun münasibət… Əcnəbilərin bizi yaxından tanımaq istəyinə başısoyuq münasibət və tarixi fürsəti qaçırmaq "bacarığı"… - Mən çox istərdim ki, Ədalət Nəsibovun ifası bu antologiyaya düşsün. Çünki Azərbaycanın çağdaş aşıq sənətinin mənzərəsini Ədalətsiz tamamlamaq mümkün deyil. Amma o, etiraz edib yazılışa gəlmədi. Elədə mən onun radiodakı lent yazılarını Parisə yolladım ki, seçib antologiyaya daxil etsinlər. Oradan da məlumat aldım ki, həmin yazılışın texniki səviyyəsi tələb olunan standartlara cavab vermir. Dünyada yalnız bir-iki yerdə köhnə lent yazılarını müasir texniki standartlara uyğunlaşdıraraq təmizləyən xüsusi aparat var. Mən çox istərdim ki, həmin studiyaları tapım, çünki bizim dünyasını dəyişmiş bir çox ustad aşığımız var ki, onların yaradıcılığını dünyaya çatdırmaq lazımdır. Deyirlər ki, dünyada heç bir şey təsadüfi deyil. Bizə təsadüf görünən hər bir olayın arxasında bir zərurət dayanır. İşə bax ki, "Azərbaycan aşıq musiqisi antologiyası"nın təqdimat mərasimi məhz fevralın 2-nə, ölkəmizdə Gənclər Gününün qeyd edildiyi bir günə salınıb. Heç şübhə yox ki, tədbirin təşkilatçıları münasib gün seçərkən daha çox xaricdən təşrif buyuracaq qonağın, "Maison des Cultures du Monde" İnstitutunun rəhbərlərindən biri olan cənab Pyer Buanın iş qrafikini nəzərə alaraq belə qərar çıxarıblar. Amma burada da musiqinin özü kimi qeyri-adi, mistik nəsə var. Ulu sənətə müasir baxış, onu davamlı inkişaf etdirmək gərəkdir ki, sənət qocalmasın, həmişəcavan qalsın, özünü dünyaya tanıda bilsin.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.