Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramına (2006-2010) uyğun olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası gənclərin imkan və bacarıqlarını reallaşdırmaq və gənc istedadlarla aparılan işi gücləndirməkdən ötrü növbəti 5 ili əhatə edən tədbirlər planı hazırlamışdır. Gənc istedadların müxtəlif müsabiqələr və yarışlar vasitəsilə üzə çıxarılması, ali və orta ixtisas məktəblərində həmkarlar ittifaqı təqaüdlərinin təsis olunması, C. Naxçıvanski adına Hərbi Liseyin mədəni hamiliyə götürülməsi, Silahlı Qüvvələrə mədəni hamilik köməyinin göstərilməsi və s. deyilənlərə misal ola bilər. Gənclərin asudə vaxtlarının səmərəli və maraqlı keçməsi üçün müxtəlif tədbirlər, bilik yarışları, baxış-müsabiqələr keçirilir. Bu yaxınlarda başa çatan Azərbaycan peşəkar bəstəkarlarının mahnılarından ibarət "Ötən illərin mahnıları" başlığı altında keçirilən retro musiqi festivalı da AHİK-in təşkil etdiy belə tədbirlərdən biri idi. Bu yaradıcılıq yarışında Bakıdan və Azərbaycanın müxtəlif bölgələrindən yüzlərlə istedadlı gənc öz musiqi qabiliyyətlərini nümayiş etdirdi. Ü. Hacıbəyov, C. Cahangirov, T. Quliyev, E. İbrahimova, E. Sabitoğlu, Ş. Axundova və d. unudulmaz korifey bəstəkarların əsərləri müasir gənclərin ifasında çox məharətlə səsləndi. Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor F. Əlizadənin sədrliyi ilə münsiflər heyətinin seçdiyi qaliblər R. Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan peşəkar mahnı yaradıcılığının ən yaxşı nümunələrini yüksək səviyyədə tamaşaçılara çatdırdılar. Qaliblərin yekun konserti əsl yaradıcılıq bayramına çevrildi. Həmin gün onlara AHİK-in və Bəstəkarlar İttifaqının diplomları, pul mükafatları təqdim edildi. … Beləliklə, iki ay davam edən festival başa çatdı, konsertin son akkordları səsləndi. Lakin festival təkcə bayram demək deyil. O, təşkilatçıları daha dərindən düşünməyə, gənc istedadları üzə çıxarmaq üçün daha maraqlı yollar axtarmağa vadar edir. Televiziyanın "İctimai" və "Lider" kanallarından mətbuat səhifəlrində festivalın mərhələləri, qaliblərin yekun konserti geniş işıqlandırılmış və istedadlı gənc ifaçılar ictimaiyyətə tanıtdırılmışdır. Festivalın müsbət nəticəsi olaraq bütün qaliblərin siyahısı respublika səviyyəli tədbirlərə və konsert proqramlarına daxil edilmək üçün Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilmişdir. Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİRK-in festivala təqdim etdiyi hər iki iştirakçı öz çıxışları ilə fərqlənmişdir. Onlardan H. Aslanov adına Mərkəzi Zabitlər Evinin işçisi Elçin Məmmədov güclü vokal səs imkanlarına malik olduğu üçün Azərbaycan Dövlət Opera və Balet Teatrına işləməyə dəvət edilmişdir. Şuşa şəhər icra nümayəndəliyinin kargüzarı Günay İmamverdiyeva isə 2 Fevral-Gənclər Ğünü münasibətilə Gənclər və İdman Nazirliyinin diplomuna və "Gənclər mükafatı"na layiq görülmüşdür. AHİK-in keçirdiyi yaradıcılıq yarışı bir daha göstərdi ki, festival öz məqsədinə nail olmuş və gənclərin estetik tərbiyəsi istiqamətində istedadlı əməkçi insanların və klub müəssisələri bədii özfəaliyyət kollektivlərinin müsbət işini nümayiş etdirə bilmişdir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.